Şahzada İbrahim:
Aləm zərdə, nur təcəlla
Dilimi öyrətdim ya sənə möla
Bir Allahı iki bilən kafirdi,
İllə ki, şek edə ya sənə möla.
Yol oğluyam, yol oğlunun yolunda
Dərsim aldım vətənimdə elimdə.
Yeddinci təbəqədə merac yolunda,
Qalxdı cavab verdi ya sənə möla.
İbrahim dini bəslər dinlər içində,
Bir xaş gül bitmiş qızılgüllər içində,
Ərəb nisbətində taput ellər içində,
Qalxdı cavab verdi ya sənə möla.
Söz tamama yetişdi. Şahzada İbrahim gənə haman cadə yola düşüb, Hirat şəhərinə tərəf getməgə başladı. Bir müddətdən sonra Hiratın yaxınlığında, məşhur södəgər xoca “Əziz”ə yetişdi.
– Əmi can, bu şəhər hansı şəhərdi, Fətəli şahın qızını tanıyırsanmı?
– Bala, sən haman şəhərin adını və qızın əsl nisbini söylə, mən nişan verim.
Dostları ilə paylaş: |