Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə73/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   69   70   71   72   73   74   75   76   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Məlik Məhəmməd:

Hüseyn məzlum çəkdi zülfiqar

Çalxandı xeymə nə qana döndü

Şəfaət etdi, Hindin şahına

Uzatdı dəstində nə qana döndü.
Yardan ayrı yemərəm qeyri nan

Əziz təbib sən bağrımı yarnan

Keşt elədim bir vəfalı yarnan

Xoryat əli dəgdi nə qana döndü.

Bahar fəsli bağça gülün dərəndə

Dəribən dosta peşkeş verəndə

Məhəmmədəm Güləndamı görəndə

Dolubnan didarı nə qana döndü.

Söz tamama yetişdi, ana-bala ah-fəğan edif deyirdilər: – Gö­rə­sən, bu naməni kim yazmış ola.

Bular naməni yazanı tapmaxda olsun, gəl sana dərvişlərdən vəbər verim. O gejə Güləndamı götürüf bərri biyabana yola düş­dü­­lər. Bu minvalnan beş gün yol getdilər ta inki, qayadan bina əyil­­­miş bir qalaça tapıf, Güləndamı o qalaçaya qoyuf diqqətlə bax­dıxda gördülər ki, bir gözəldir ki, dünyada misli-manəndi yox­dur. Odur ki, munun sağalmasına səy guşiş etməyə başladılar. Odur ki, bir az müddət Güləndamın yarası şəfa tapıf əvvəlki ha­lı­na gəldi. Günlərin bir günündə dərvişlər yaxın kəndlərə pay yığ­ma­ğa getmişdilər. Güləndam tək və tənha qalaçada fikrə piçidə oluf bəxtindən şikayət eliyə-eliyə bu dillərnən ahu-zar eyliyir:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin