Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə79/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   75   76   77   78   79   80   81   82   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Moğum şah:

Başına döndüyüm, qurvan olduğum

Bava bu yol Xanbalığa gedərmi

Alışıf oduna biryan olduğum

Bava bu yol Xanbalığa gedərmi?

Qoja Balxudar bu cavannarı görüf belə fikir elədi ki, bular bəl­kə Gülşat deyən cavanı tanıyalar. O naməyi bulara verə. Qı­ya­mat borjunnan qutara. Ona görə bu dillərnən həm Xanbalığın yolunu nişan verir. Həmi də Gülşatın halını söylüyür.



Balxudar:

Qoja Balxudar alsın qadanı

Oğul bu yol Xanbalığın yoludu

Bir də danış, eşidim sədanı

Oğul, bu yol Xanbalığın yoludu.
Moğum şah:

Gah ağlıyıf, gah danışıf gələrsən

Gah da dəsmalnan göz yaşı silərsən

Yük bağlıyıf bava hardan gələrsən

Bava bu yol Xanbalığa gedərmi?
Balxudar:

Gah ağlıyıf, gah danışıf gülürəm

Dəsmal alıf, göz yaşımı silərəm

Yük bağlıyıf Xanbalığdan gələrəm

Oğul bu yol Xanbalığın yoludu.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin