Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə80/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   76   77   78   79   80   81   82   83   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Moğum şah:

Moğum şaham keçdim küllü-varımnan

Namısımnan, qıryatımnan, arımnan

Rəhm elə xavar ver, Gülşat yarımnan

Bava bu yol Xanbalığa gedərmi?
Balxudar:

Qoja Balxudara ixtiyar deyin

Baxçalarda titrəşirdi dar deyin

Gülşat xanım ağlayırdı yar deyin

Oğul bu yol Xanbalığın yoludu.

Hər ikisi sözdərin qutardığda qoja Balxudar Gülşatdan gə­tir­diyi naməni Moğum şaha verməgnən baravar afalatı da ona söy­lə­di.

Moğum şah hər bir afalatdan xavardar olduğunnan şad-şa­dı­man layışdarnan halallaşıf Məhəmmədnən Xanbalığa yola düş­dü­lər. Bular gejə-gündüzə salıf bir müddətdən sora Xanba­lığa yetişdilər. Qərif olduğlarınnan Xanbalıxda “Vaysa” addı bir qa­rı­­ya qonax oldular. Azdan-çoxdan yeyif yatdılar. Savah duranda toy səsi eşitdiklərinnən qarıdan nə toy olduğunu xavar aldıxda qarı afalatı söyləməginən baravar dedi:

– İndi axırda qız başını bəzətməyə qoymuyur. Özü də əlində zə­hər piyalası tutuf zornan bəzəyif ərə vermək isdəsələr, dərhal zə­həri içif həlak olajax.

Moğum şah öz afalatını Vaysa qarıya söylədi. Ay qarı, nə­nə! İndi ki, belə oldu. Gəl sana bir nişana verim. O qızın ya­nına get, nişanını görkəzən kimi başını bəzədər. O səbəvə sana da muş­dulux verəllər. Vaysa imannı bir qarı olduğunnan Mo­ğum şa­hın sözünə razı oldu. Moğum şah üzüyünü qarıya verdi. Qarı üzü­yü götürüf bir tərəfdən özünü Gülşata yetirdi. Və üzüyü Gül­şa­ta verdi. Afalatı da söylədi. Gülşat bir konüldən min konü­lə açı­lıf, qarı çox müjdə alsın, başını ona bəzətdi. Gülşat dedi:

– Ay qarı nənə, bu nişanı gətirdiyin üçün mən başımı bə­zət­dim ki, sən çox müjdə alasan. Ancax bu şərtnən müjdə alan­nan so­ra bu gejə nə təhər olursa olsun ollardan mana cannı bir nişanə gə­tirəsən.

Qarı can dilnən razı oldu. O yannan qul-qaravaş Xamuy xa­na və Mustafa xana xavar verdilər ki, Vaysa qarı Gülşatın ba­şını bə­zədi. Xannar qızın yanına gəlif, işi bildiydən sora qarıya özü ağı­rı qızıl-gümüş verdilər. Qarı olara alqış eliyif Moğum şahın ya­nına gəldi. Afalatı ona söylədi. Moğum şah qarıya qızıl­dan, gü­müşdən verif dedi:

– Ay nənə, amandı bir fəndnən bu gejə Məhəmmədi Gülşata ye­tir. Bəlkə bir təybiri var. Və ya sir sözü var.

– Ay bala, o mənim gözdərim üstə deyif o saat Məhəmmədə öz qızının paltarını geydirif özünnən Gülşatın yanına apardı. Qul qa­rabaş içəri qoymaq istəmədiydə dedi:

– Mən Gülşatın süd anasıyam, köçənə kimi qızımı ona qara­vaş verməyə gətirmişəm.

Bu sözü eşidəndə içəri buraxdılar. O axşam qarı da Gül­şat­gil­də qalası oldu. Ona görə axşam olanda Gülşat elə bildi ki, bu gə­lən söygülüsü Moğum şahdı. O bu xəyalnan onnan öz ye­rini bir saldı. Məhəmməd utandığınnan naəlaj Gülşatnan bir yerə girdi. Əmbə Moğum şahın qızıl yazılı bıçağını qıznan özünün ara­­sına qoydu. Gülşat halı belə görüf bu dillərnən Vaysa qarıdan afa­latı xavar alır:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin