Çovan:
De görüm hardan gəlersən
Sana qurvan olum oğlan
Çekifsən kürən çəliyi
Vurum atdan salım oğlan.
Məhəmməd:
Şükür gəldik Xanbalığı elinə
Çovan əl vurma sonam telinə
Mölan eşqinə, Allah yoluna
Çovan, incitmə, qoy məni gedim.
Çovan:
Qanıyasın piyalalar dolsun
Bir çomax vurram, rəngin solsun
Üç ay qız mənim olsun
Yaz yola salım oğlan.
Məhəmməd:
Duran dağlar Məhəmmədə daldadı
Siryaqublar sağ-soldadı
Moğum şahın gözü yoldadır
Çovan, gəl incitmə məni qoy gedim.
Çovan:
Mən çovanam içməmişəm
Bu yollara düşməmişəm
Püxtə döyüləm bişməmişəm
Sana qurvan elim oğlan.
Məhəmmədnən oğlan sözdərin tamam eyliyənnən sonra çovan Məhəmmədi tanıyıf əl-ayağına döşəndi:
– Ay Məhəmməd, səni əvvəl tanımamağımnan ağzıma gələni danışdım. Məni bağışda və bir də onu bil ki, çovanlar belə dəlisoy olur. Özü də hələ Moğum şah Xanbalığdadı, getsəniz çatarsınız.
Məhəmməd ordan sağ-salamat yola düşüf gejə yarı Xanbalıxda qarının öyünə yetişdilər. Hər tərəfə baxef bir kəs görmədilər. Məhəmməd belə sandı ki, Moğum şah munun səsini eşider, əmbə özü cavab endirif vermir. Halı belə görən Məhəmməd əmisi oğlunun bietivar olduğunu bu dillərnən söylüyür:
Dostları ilə paylaş: |