Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə88/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   84   85   86   87   88   89   90   91   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

BEYLİBOZUN NAĞILI
Fatma Əli qızı

Qazax- 1918
“Lil Parrı” şenniyində Yosma addı bir kişinən Yetər addı bir ar­­vad var idi. Bu ər arvadın da Usuf Gülbaxt addı bir oğlu var idi ki, gözəlliydə dünyəyə tek gəlmişdi.

Usuf Gülbaxt böyuyuf ata-anasının dəlaləti ilə molla ya­nın­da oxumağa başdadı. Yazıx yenijə yaxşıca oxuyurdu ki, anası Ye­­tər bafat elədi. Usuf Gülbaxt mədrəsədə anasının ölüm xa­va­rı­nı eşidən kimi tez öylərinə gəlif atasınnan baravar ədətdəri üzərə anasını dəfn elədilər. Yosma kişi arvadı Yetərin ölü­mün­nən çox keçməmiş qonşuluxlarınnan Quvuşun qızı Beyşəni aldı. O yannan yətim Usuf Gülbaxt anasının bafatınnan sonra genə də məd­rəsəyə davam elədi. Əmbə xeyirdənmi-şərdənmi biçarəni ana­­­sının fikrinnən bir yuxusuzdux tapbışdı ki, gejələr heç yata bil­­­mirdi. Ona görə həmişə şəltədə cəsədinə qurd dolmuş adam ki­­mi oyan-buyana çörülürdü, savah ala qarannıx duruf ta məd­rəsə vaxtına kimi cür və cür yerrərdə gezif fikrini dağıdırdı və məd­­rəsə vaxdı bir gün ədəti üzrə dan qarannığı durmuşdu. Məd­rə­­sə vaxdına kimi fikir dağıdan qəribə yer axdarerdi ki, gezsin. Bir­­dən şenniklərinnən bir az aralı uyuşan deryə fikrinə köşdü. Ona görə həmən dəryanın qırağına gəldi.

Usuf Gülbaxt dərdin, qəmin dağıtmax üçün dəryənin ət­ra­fın­da dolandığı zaman bir körpə quluna ras gəldi. O qulunu tutuf öy­lərinə gətirmək istəyəndə qulun dedi:

– Ay cavan, mənim nəçi və nə kara olduğumu bilməmiş ha­ra­ya aparırsan.

Usuf Gülbaxt qulunun insan kimi danışmasına təəccüblənif ca­vaf verdi ki:

– Ay körpə heyvan, mənim meylim sana çox yaman qonuf. Ona görə əslini nəslini xavar almağa sözüm qalmadı. İndi özün­nən qoşuduyunə görə de görüm nə üçün bu dəryanın qırağında tək-tənha qalıfsan.

Qulun cavaf verdi:

– Eşit və inan, mən dərya atdarınnan Qağnı quşun qulunu Bey­libozam, anamın sözünnən çıxdığıma görə o məni götürüf bu q­urulux dünyəsinə atdı. İndi sənin baxdının oyaqlığı məni sana ras getirdi. Onu yəqin bil ki, doğrudan da sənin baxdın gül dö­kü gül vurdun.

– Gülbaxt, dərya atdarını göydə gezəllər yerdə ələ düşməz. Çün­ki olar qanatdı quş kimi insanı tez miras mətləvinə yetirər. Sən məni apar böyüyənə kimi saxla, elə ki, böyüyüf miniləsi ol­dum onda səni çox ölümlü balalardan xilas əlləməynən baravar çox da qalıbiyyətlərə nayil edərəm. Əmbə bu sirri bir sən bil, bir mən, bir də Allah.

Usuf Gülbaxt Beylibozun dediklərini can-başınan qavıl elədi. Qulunu yədəhləyə-yədəhləyə öylərinə getirif töyləyə bağladı və analığı, qulunu haradan alıfsan deyə soruşanda cavaf verdi ki, – yol­dan tabmışam, özü də bunun anadan yetim olduğu vaxt mə­nim yetimliyimnən baravardı. Odu ki, bunu mən çox söyməgnən ba­ravar ölənə kimi saxlıyajam. Usuf Gülbaxt Beyli­bozu ge­ti­rən­nən mədrəsə vaxdı mədrəsəyə gedirdi. Özgə vaxt həmişə Bey­­li­bo­za qulax asırdı. O Beylibozu o qadar tumarraya-tumarraya sax­ladı ki, Beyliboz hər yana miniləsi köhlən bir at oldu. Onun bo­yuna əl çatmırdı, sağrısı qapı kimi, gözdəri alma kimi, yal­man­narı qız saçı kimi idi.

Usuf Gülbaxt ədəti üzrə Beyliboz alaf yeyənnən sora onun ya­nına dilxoşdux üçün və dünyədə nə təər ömür sürmək üçün cür və cür söhbətə getdi. Söhbət arasında Beyliboz dedi:

– Usuf Gülbaxt işdi “şər deməsən, xeyir gəlməz”. Havax sən­nən çölə çıxdıx onda sən mənim belimdə olmuyanda məni bu­rax gedim otdamağa, çünki mana heş bir yırtıcı yaxın düşə bil­məz. Havax ki, sana lazım oldum onda mənim tükümnən ötər­sən, harada olsan yanında hazıram.

Usuf Gülbaxt Beylibozun məsləhətini unutmayacağına and iş­di və üzünnən-gözünnən öfdü. Bular söhbət elədiyi vaxt sən de­­məynən axratına qorxax tula bağlanmış xəlvədən qulax asır­mış. O bütün hər ikisinin də sir sözdərini bildiyi üçün “günü-gü­nü olmaz, günüdən olan günü olar” deyif oğlana və onun is­təh­li­si­nə ədavət bəsdədi.

O Usuf Gülbaxtı pesikdirmək uja mərtəvəyə çıxmağa qoy­max fikrinə düşdü. Ona görə Beylibozu qanına yeriklədi. Odu ki, hi­lə yoluynan özünü naxoşduğa vurdu və quru yuxaları altına dö­şədi ki, basanda xırt-xırt eləsin. Munnan kişini alladıf Beyli­bo­zu öldürsün, guya onun dərisinə girəndə sağalajam.

Beyşə təybiri üzərə özünü naxoşduğa vurdu, kişi öyə gə­lən­də, ay arvat, nəyə yatırsan, deyə xavar alanda arvat ərinin ca­va­vına kişi naxoşam, deyif o tərəf bu tərəfə çöyrüldüycə yuxalar səsdənə-səsdənə qırılırdı. Arvat da a kişi səsini eşidir­sənmi. Gör qa­vır­ğalarım qırıx-qırıx olufdu. Arvat ağız Yosma arvat sən ölə­nə­tən öyüm-işim dağılsın. Söylə görüm dərdin nədi və ona dər­man nə ola bilər. Beyşə dərmanı beyaxdan tapbışdı. Odu ki, ki­şiyə bir az qodux nazı eliyə-eliyə:

– Mənim dərdim bilinməz və görünməz dərddi, mana əlaj bir­jə Beylibozun derisidi, isdəyirsən mən ölməyum, Beylibozu öl­dür, məni onun dərisinə çək. Onda mənim naxoşduğum qur­ta­rıf, qavırğalarım da bitişər.

Yosma dedi:

– Arvad ağa, mən də deyirəm dərmanın nədi, onnan gələsi nə var, savah Beylibozu öldürrəm, dərsinə də girərsən. Teki sən yax­şı ol. Ər-arvat belə söhbətdə ikən Usuf Gülbaxt mədrəsədən töy­ləyə Beylibozun yanına gəldi.

– Gözüm sənnən ötrü çıxsın, Beyliboz, neyə bikefsən?

Beyliboz cavaf verdi ki, canım sənnən ötrü çıxsın Usuf Gül­baxt, savahdan indiyə kimi bir kəs məni sulamıyıfdı. Usuf Gül­baxt bu sözü eşidif atasına və analığına ajığı tutmuş, gənə də ki­ri­miş Beylibozu qapıdan çıxardıf suya aparanda öyün qapısınnan keç­­diyi vaxt o tez duyucu və iş görücü heyvan öydə buların bara­sında danışıx eşidif, durdu. Bu zaman Usuf Gülbaxt da qula­ğını qapıya söyküyüf söhbətə qulax asanda Beylibozun ölüm əh­valatını tamam eşitdi və görməsinlər deyin Beylibozu tez suya apardı. Məsləhət elədi ki, havax Beylibozu öldürmək istəsələr, onda Usuf Gülbaxt onu minif əlli-ayaqlı bu torpaxdan getsin; bu təy­bir üzərə Usuf Gülbaxt Beylibozu suluyuf getdi, töylaya bağ­la­dı. Ordan da öylərinə gəldi. Gördü ki, analığı hıqır- ha-hıqır ya­­tır. Atası da xançal, bıçax itiliyif, Beylibozu öldürməyə ha­zır­la­­­şırmış. Usuf Gülbaxt arasınnan Beylibozu öldürməsinin sə­bə­bi­ni xavar aldı. Atası afalatı ona söylədi. Usuf Gülbaxt nə qədər yal­vardı və minnət elədi ki, ay ata, bu at mənim ən istəhli hey­va­nımdı. Mən munnan dərdimi, azarımı uyuduram. Gəl öldürmə. Ba­şa gəlmədi. Axırda dedi:

– Atacan, indi ki, öldürürsən, öldür, əmbə mən onu qol­tux­dan belə köhlən at olana kimi bir yaxşı minif sürməmişəm. La­ma­hala qoy bircə dəfə minim ürəgnən sürüm, sora öldür. Usuf Gül­baxt atası irazı olduğunnan Beylibozu zeyə-düzən yəhərriyif be­linə qalxdı və elə tərpəndi ki, qanatdı quş kimi bir az vaxda göz­dən itdi. Yosma və arvadı bildi ki, bular birbaş getdilər. Ona gö­rə də Beyşə çıxdaşını çıxdığı üçün bir neçə günnən sonra sağ şəl­tədən duruf ərinnən kefə damağa başladı.

O yannan Usuf Gülbaxt o günü axşama kimi sürdü. Axşam Bey­liboz dedi:

– Usuf Gülbaxt, sən heydin içində yat, bən də burax ot­du­yum. Usuf Gülbaxt Beylibozun sözünə irazı oluf heyiddə taqlı, qa­­jının birin yerində yatdı. Yorunuğ olduğunnan kəl keşdə qal­xa­­na kimi orada durmadı. Bir də qajın yeyəsi taxılına su bağ­la­max istədiyinnən qazı işdəyə-işdəyə Usuf Gülbaxta yetişdi. O ye­ni yetmiş bir cavanı qajın içində yatmış görüf yuxudan oyatdı və neçi nə karə olduğunu xavar aldı.

Usuf Gülbaxt cavaf verdi ki:

– Mən el və el düşüf nökərçilikdən ötrü gəzirəm. Suçu bu sözü eşidif ay bala, çox yaxşı, mən səni nökər tutaram, dedi.

Usuf Gülbaxt irazı olduğunnan suçuynan baravar Xaqanıquş şəə­­rinə gəldi. Suçu onun öyünə getdi. Usuf o gün və o gejə öyün­də yol yorğunnuğunu aldı. Duruf çörək yeyif öydə otururdu ki, birdən şəərə hay-küy düşdü:

– “Ay hazarat, Bayqanıquş paççahın qızı Cangüzar xanımın əmi­si oğluna toyu olduğu vaxt döy əmisi oğlunu öldürüf özünü də apardı. Cangüzarın döy aparmasını eşidən camahat uşaxdan bö­­yüyə kimi döyün dalına düşdülər.

Usuf Gülbaxt da paççahın yanında hörməti olmax üçün dö­yün dalınan getmək fikrinə düşdü. O bir tərəfdə Beylibozun tü­kü­nü tutdu. Beyliboz ildırım kimi oğlanın yanına gəldi. Bu za­man Usuf Gülbaxt onu minif döyün dalınca düşdü. O tərəfdən ca­mahat döyün dalınca bir müddət gedif bir şey tapa bilmədik­ləri üçün öylərinə qayıtdılar. Əmbə Usuf Gülbaxt üş gün üş gejə dalvadal Beylibozu sürüf yol getdi. Axırda doqquz bürşdü bir qa­laya yetişdi. Və bir tərəfdən özünü qalaya vuruf, bir-bir qa­pı­la­­rı aşdı və içəri girdiydə qılış-qalxan, gurz, nizə və başqa he­saf­sız dava yarağı gördü. Bu otağlardan keçif axırda bir qızılnan su­­vanmış otağa daxil olanda nə gördü, qızıldan qəfəsənin içinə bir qənirsiz gözəl qız qoyulufdu ki, xudavəndi aləmin kərəmi cu­şa gəlif gözəllik paylayanda ilk qələmini muna çalmış, on dört gejəlik ay kimi bədirrənir. Qaşdar qara, yanaxlar alma kimi, göz­dər qızıl quş gözü kimi bərqlənir, on dört hörük saçı gürzə kimi kü­rəyinin arasınnan bir, boyu sərv ağacı kimi, məmələr turunc ki­mi yənijə baş vermiş, az qalır kətan köynəyi dəlif eşiyə çıxsın. Usuf Gülbaxt bunun belə tərifə gəlməz gözəlliyinə vurulu davax mal kimi ağzının suyu davannı isdadıf, az qaldı ki, ağlı başınnan çıx­sın. Gənə bir təhər özünü saxlıyıf, onun yanına getdi və on­nan bu biyavandakı qalada təkcə qəfəs içində qalmasının səbə­bi­ni soruşdu.

Cangüzar bir tərlan misilli cavanı görüf cavaf verdi ki, “ca­nım neylərsən, xavar alıf mənim dərdimi artırırsan. Sən ki dər­man eləyə bilməzsən. Burdan get, hayıfsan, məni bu hala sa­lan səni görsə turaş kimi kavaf çəkər. Usuf Gülbaxt qahqahnan gü­lüf dedi:

– Sən məni bu sirrdən agah elə, görərsən analar nejə oğlan­lar doğuf. Cangüzar daha diqqətnən baxanda qəddi qaməti mina­rə kimi, qollar çinar şaxası, xətti xali bənöşə kimi bir cavan ye­ni­­yet­məni görüf, dil əldən verdi və ona bir könüldən min könülə vu­ruldu. Ona görə sinəsi dəmirçi kürəsi kimi alışmış sözə baş­da­dı:

– Oğlan, mən bilmirəm, sən hansı bağın gülü və hansı bağ­ça­­nın bülbülüsən, əmbə xoş sifət olduğunnan afalatı açajam: “Mən Xaqanquş şəhərinin paççahı Bayqanıquşun qızı Cangü­za­ram. Heç söymədiyim bədxuy əmim oğluna vermək üçün toya baş­­­dadılar, şirin toy vurulduğu vaxt məni bu qızıl qəfəsə salan döy böyürdən çıxıf əmim oğlunu öldürdü və məni qarabaxt o ney­vətdin əlinnən xilas oldumsa da bu ifritin əlinə düşdüm. Yanı hə­mən məni toydan götürüf buraya gətirdi. Nə qədər yalvardısa da mən ona rəy vermədim. O bədrəng qəzəflənif mana dedi:

– Onu bil necə ki, rəy vermiyifsən, canın bu qəfəsdə çıxacax.

Mən qəfəsdə zindan əzavini yaxşı bilirəm. Döy həmişə səfə­rə gedəndə məni bu qəfəsə salar, gələndə qəfəsdən azad elərsə də, o qədər döyüf, söyər ki, zindan zəhmətinnən daha da artıx olar. Mən belə zəhmətdərə dözə bilmədiyimnən ona dedim:

– Sən mana həyan olmax üçün bir cift tutuquşu al, mən həmi sa­na isınışım, həmi də boş vaxtlarda tutular mana həyan olsun, son­radan sana rəy verərəm. Döy mənim bu sözümə can-dilnən irazı oldu. İndi “Can-can mahalınnan mana tutuquşu getirməyə ge­dif. O gedəndə dedi ki, üş günə gələrəm, indi gəlmək vaxdı ya­xın­naşıf. Usuf Gülbaxt Cangüzarın sözünə görə əvvəl ona dil­dar­rıx verməhnən barabar onu qızıl qəfəsdən çıxartdı. Sonra müş­­kül işdərini həll edən Beylibozun tükünü ötdü. Beyliboz o saat hazır oldu. Usuf Gülbaxt Cangüzarnan baravar Beylibozun ya­nına gəlif afalatı axıra kimi ona nağıl elədi. Döyün tələf ol­ma­sına da bir çarə eləməsini söylədi. Beyliboz cavaf verdi ki:

– Bir döyü öldürməkdən hasand nə ola bilər. Savahdan qa­ran­nıxkən sən qaladan uzax bir xəlvətdə gizdənərsən. Mən də qa­lanın dört tərəfində otdayaram. Elə ki döy öyə gəldi, yəqin mə­­ni görəjək. Və Cangüzardan bu nə atdı deyif xavar alajax. On­­­da cavaf versin ki, bu at bir xoşxəsiyyət atdı. Sən gedənnən çı­xıf gejə-gündüz qalanın dört tərəfində otduyur.

Döylər həmişə uzax səfərlərə gedərlər. Bu da qalada ya az və ya da çox qalıf səfərə gedəsidi. Elə ki, o səfərə getmək istədi, Cangüzar deyər:

– O atı görursənmi, çox mənzil qəşəngdi. Tez qayıtmaq üçün onu minif get. Yəqin ki, Cangüzarın sözünü eşidif o məni mi­­nif səfərə gedəjək, onda mən onu həmən saat dərya kənarına qarq elərəm. Onnan sonra Cangüzarın canı döylərin cəngindən qu­tarar.

Hər iki istəhli Beylibozun təybirinə afərin dedilər. Onun təy­biri üzərə Usuf Gülbaxt Cangüzarı qızıl qəfəsəyə saldı. Özü də qa­ladan uzax bir yerdə gizdəndi. O yannan döy tutuquşdarın ge­ti­rif qızın yanına gəldi. Yalvara-yalvara tutuquşdarın getirif ona ver­di. Qız döyə yorulmayasan, həmişə səfərin belə yaxın olsun deyif, tutuları qızıl qəfəsəyə qoydu. Cangüzar hilə yolu ilə döy­nən şirin eləyə-eləyə qalanın qapısına çıxdı. Eşikdə döy Beyli­bozu görüf Cangüzardan bu nə atdı deyin xavar aldı. Qız cavaf ver­di ki, bu bir yaxşı xoş xasiyyət atdı. Sən gedənnən gejə və gün­­düz qalanın dört tərəfində otduyur. Döy dedi: Canımın başı­mın yeyəsi, mu nə yaxşı iş oldu. Mən bir belə köhlən atı göydə gə­­­­zərdim, yerdə əlimə düşdü. Çünki, bir uzax yerə səfərim var. Elə munu minif gedərəm. İndi sən de görüm, bu tutular sana yax­şı həyan olarmı və özün də istişənnən sora mana rəy verə­jək­sən­mi?

Cangüzar xoş dilnən mən nejə əvvəldən söz vermişəm, o sö­zü­mün üstündə dururam. Xavardan-xavarı olmayan döy o saat Can­gü­zarı tutulara tafşırıf və halallaşıf Beylibozun yanına gəldi. Onu mi­nif səfərə tərəf surdu. Bu yannan Usuf Gülbaxt söyün­muş qızın ya­­nına gəldi. Tutular çığırıf Cangüzardan xavar aldı­lar ki, “bu bəni adam burda nə gəzir”. Cangüzar “o mənim qar­daşımdı, döy özü onun buraya gəlməsinə irazıdı” deyə cavaf verdi.

Tutular onun sözünə inanıf səsdərini kəsdilər. Usuf Gülbaxt on dört gejəlik ay kimi şafaxlanan Cangüzarnan şirin söhbət eliyirdisə də Beylibozdan çox nigaran idi. Beyliboz belində döy dər­yadən ötəri hər yana boylana-boylana qanatdı quş kimi az qa­lır­dı ki, uşsun. Birdən yolları dəryanın qırağınnan düşdü. Bey­li­boz su atı olduğunnan ildırım kimi döy də üstündə üzünü dər­ya­ya vurdu və suda çırpınıf o iqrini qarq elədi. Onu qarq olmaxnan yoras­mıyıf dişinən parça-parça elədi. Beyliboz sudan çıxıf il­dı­rım kimi az zamanda qalaya yetişdi və afalatı Usuf Gülbaxta na­ğıl elədi. O miraz üstündə olannar Beylibozun başını, gözünü yalam-yalam yaladılar. Olar gətməyi yüngül, qıymatdan ağır şey­­lərdən götürdülər və Beyliboz ətərkləşif Xaqanıquş şəəri­nə tə­­rəf yola düşdülər. Az vaxda Xaqanıquş şəərinin bir ağaş­dığına ye­tişdilər. Orada Beylibozdan düşüf onu çölə burax­dılar, özdəri də şəərə tərəf yola düzəldilər. Şirin söhbət eyləyə-eyləyə Can­gü­za­rın ağası Bayqanuş paççahın sarayına gəldilər.

Paççah qızının döy əlinnən xilas oluf gəlməsinə çox şad ol­du. O əvvəl qızının nə tor xilas olmasını xavar aldı, Cangüzar onu döy aparannan indiyə kimi başına gələn qəzavi qədəri ata­sı­na nağıl elədi.

Paççah Usuf Gülbaxt kimi baz yurutdan düz bir cavan onun qı­zını döyün əlinnən qurtarmasına çox söyündü və onun əsl za­tını, nəçi və nə kara olmasına bələd olmax istədiyi üçün oğlum, söy­lə görək, sən hansı bağın gülü, hansı bağçanın bülbülüsən, de­di.

Usuf Gülbaxt ta uşaxlığınnan indiyə kimi başına gələn qə­za­vi qədəri paççaha nağıl elədi. Paççah Usuf Gülbaxt paççah öladı ol­­madığına görə həmi qəmnak və həmi də qəzəbnak oldu. Çünki o qızını Usuf Gülbaxta vermək fikrində idi. Əmbə ədətləri üzərə gə­­rək şah qızı şah oğluna gedeydi. Oların fikrinə görə var-dölət, cah-calal vurmax-tutmax, qoçulux-igitdik, taxt-taxt ağ gün­nər­nən kef damax çekmək ancaq paççahzadalara maxsus idi. Paç­çah oğlana qızını vermək istəmədiyi üçün ona buyurdu:

– Sən mənim qızımı döy əlinnən qurtardığın vaxt çox zəh­mət, əziyyət çəkifsən. İndi de görüm, mənnən nə xələt isdə­yir­sən?

Usuf Gülbaxt cavab verdi ki:

– Paççah sağ olsun, mənim xələtimi Cangüzar isdəyəjək.

Paççah qızına buyurdu:

– Daha yaxşı, sən de.

Cangüzar utanmağı bir yana qoyuf ərz eylədi:

– Atayi mehriban, Usuf Gülbaxta xələt məni döy cənginnən xi­­las etməyə çox cafa çekdiyinnən havax versən, özüm allam.

Paççah dedi:

– Qızım, paççah öladı paççahzadaya gedər, nə inki ge­də­za­da­ya... Mənnən olsa səni itə atmağa daşı olmuyan adama ver­mə­rəm. Özün gedərsənsə get axırda daşıyan olarsan.

Cangüzar oğlanı söydüyü üçün atasınnan izinsiz ona getməyi qavıl eylədi.

Usuf Gülbaxt üzünü paççaha tutuf ərz elədi ki, hər yerdə ca­ma­hat əvvəl Allaha, sonra paççaha və axırda böyügünə sadıq olar. Ona görə də gərək paççah ağıllı, kamallı, adil və camahat qay­­­dına qalan olsun. Bir-birini söyənnər mala-dölətə, camala, ka­­mala, iyitdiyə, paççahlığa baxmaz. El arasında manşır məsəldi “gö­­zəl gözəl olmaz, gönül söyən gözəl olar”. Bəlkə biz ürəydən bir-birimizi söymüşük. İki söygüyü bir-birinnən ayırmaq paçça­hın şanına layıx döy.

Paççah cılız Usuf Gülbaxtın bu sözünə ajıxlanıf buyurdu: – Hər ikiniz az vaxda burdan getməsəniz qəzəvimə gələrsiniz.

Cangüzarın anası Zayxa xanım paççaha nə qədər minnət elə­di­sə də başa gəlmədi. Axırda Usuf Gülbaxt Cangüzarnan ba­ra­var şəərin şenniyinin az olan tərəfində bir qazma dam tutuf orda kasıf karrıxnan dolanmağa başdadılar. Bu afalatdan ay keçdi, il keçdi, bir gün paççah ölümcül naxoşladı. Muna həkim getirdilər. Həkim paççahın naxoşduğuna ancaq yeddi illik ceyran bu­ğa­sı­nın baş ayağı olmasını söylədi.

– Paççahım, havaxt ceyran baş-ayağını pişitdirif yesən, ona əl­və saat qutarajaxsan. Yoxsa bu dərdinə özgə heş bir çarə ol­maz. Axır ejleyif səni öldürər. Paççah dərdinin dərmanı ceyran baş-ayağı olduğu üçün bütün Xaqanıquş mahalına car çekdirdi ki, hər kim Bayqanıquşu paççahın ölməməsini isdərsə onun paç­çah­­lığının yarısına sahif oluf dərdinə dərman olan yeddi illik cey­­ran buğasının baş-ayağını ona getirsin. Paççahlıq tamahına çox­ları dağlara, daşdara və qalın meşəliklərə düşdülərsə də heş bir şey tapa bilmədilər. O yannan paççah urvat eyləməyən və nə­zə­rinnən salan biçərə Usuf Gülbaxt və Cangüzar bu işdən xa­var­dar oldular. Bu vaxt Usuf Gülbaxt paççaha və paççahlıx fikrinə dü­şən­nərə munun qoçaxlığı təcif gəlsin və utansınnar, qızar­sın­nar deyin Cangüzarı atası öyünə götürdü ki, get atan qapısındakı ax­sax qatırını geti. Mən də ceyran oyuna gedim. Bəlkə onun dər­­­dinə dərman olan ceyranı oyluyam. Cangüzar getməgə ürəyi yox idisə də söygülüsünün sözünü yerə salmıyıf xəlvətcə ata­sı­nın yanına getdi. Onnan əri minif ceyran ovuna getmək üçün ax­sax qatırı isdədi, anası:

– Ay baxdı qara, köhlən atdarnan gedənnər nə getdi ki, o ax­sax qatırnan gedə nə getirə. Bilirəm boş işdi, əmbə gəlifsən, apar get və Cangüzar dinməz-söyləməz axsax qatırı yedəhləyə-ye­dəh­ləyə qapılarına getdi. Axsax qatır hazır olduğunnan Usuf Gül­baxt söygülüsünən öpüşüf halallaşıf, qatıra minif beləni o ya­na aşdı. Qatırı dərədə qoyuf Beylibozun tükünü tutdu. O saat Bey­liboz hazır oldu. Usuf Gülbaxt onun üzünnən-gözünnən öpüf afalatı başa-başı söylədi. Beyliboz nə qədər ceyran lazım­dı­sa tutmağı boynuna çekdi. Usuf Gülbaxt tərlan kimi Beylibozun belinə qalxdı. Beyliboz az vaxda özünü dağlara və meşələrin bol ceyran olan yerlərinə yetirdi. Bu zaman Gülbaxt harda ceyran tapdısa da Beylibozu onun dalınca səyirtdi. O heyvan qızıl quş ki­mi onun dalınca düşürdü. Onu o qadar qovurdu ki, axırda yo­ruf dururdu, Gülbaxt gənə bu qılıx Beylibozu ceyran dalınca salırdı və yoruf tuturdu. Bu təər yer toxlulux ceyran tutdu, ha­mısını yoğaz çatdı. Sonra Beylibozdan xavar aldı ki, gözüm sənnən çıxsın, bir bax görək buların hansı Bayqanıquş paçça­hı­nın dərdinə dərməndi.

Beyliboz ceyranların yaşın buynuzdarınnan tanıdığı üçün on­­ların hamısına baxdı və içində birjə yeddi illik ceyran buğası tafdı. Usuf Gülbaxt ceyran buğası tapılmasına çox şad oldu və Bey­libozun yelinə qanıhıf çataxlanmış ceyrannarı onun döşünə qat­dı. Bir müddətdən sora Xaqanıquş şəərinin ağaş yarımlığında bir lalazarrıx və muguzarrıx dağa yetişdi. O həmən dağda bir yax­şı çadır quruf ceyrannarı otarmaxnan baravar şəərə gedən adam­lara tafşırardı ki, şəhərə çatanda camahata xavar verin ağaş yarım­lıxdakı dağda bir səyyad çadır quruf, ceyran sürüsü otarır. O ceyrannarın hamısı satdıxdı. Hər kim isdəsə ala bilər. Şəərə ge­dən adamlar göz üsdə deyif Usuf Gülbaxtın tafşırığını hamıya xa­var verərdilər. Bu xavar birinci dəfə vəzirə çatdı. Vəzir atını mi­nif həmən dağda Usuf Gülbaxtın yanına gəldi.

– Ay sayad qardaş, ceyrannardan birini neçəyə satırsan?

Gülbaxt cavaf verdi ki, hər birini bir qıza satıram. Əmbə gə­rək qız ceyranı alan adamın öz qızı ola, həm də ceyranı alan ada­mın yumuşax yerinə damğa basam.

Vəzir əvvəl irazı olmadısa da, bir müddət fikrə gedif, paç­ça­hın təxt, tacının yarısına sahaf olmax tamahı onu axırda irazı ol­mağa vadar elədi. Ona görə qızını getirmək üçün öyünə getdi. Usuf Gülbaxt ceyran buğası tapılmasına çox şad oldu. Və Beyli­bo­zu saxladı. O yannan vəzir öyə yetişən kimi qızını götürüf Usuf Gülbaxta yetirdi. Gülbaxt vəzirin qızını alıf özünü də dam­ğa­layan­nan sora vəzirə izin verdi ki, bir sürü ceyranın hasını apa­rırsan, apar. Vəzirin gözü taxt taşın havasınnan muroj pişi­yi­nin gözü kimi yalaf-yalaf yönərdi. Ona görə də yeddi illik cey­ran yırğası gözmiyif ceyranın birini yedəyinə aldı. Atı sürüf düz paççahın yanına gəldi. Xavardan xavarı olmuyan vəkil şeyxin oğ­lu Vası və özgə paççahlıx fikrinə düşənnərdən igirmi biri bir-bi­­rin­nən xavarsız olduxları üçün Usuf Gülbaxtdan hərəsi bir cey­ran alıf əvəzində vəzir kimi həm qızdarını verdilər və həm də dam­ğalandılar. Olar ceyrannarı paççaha gətirməyə yola düşdülər. Bütün igirmi dört ceyranı alan adamlar bir-birinin dalınca paç­ça­hın sarayına gəldilər. Paççah və əyan, əşraf yolların hamısına at­mış eylədi. Hər kim ceyranı gətirmiş isə onun ceyrannı qabaxca öl­­­dürdülər. Paççah baş-ayağınnan yedi isə də heş dərdinə əlac elə­mədi.

Bəlkə paççahlıx bu adama qismət döyül, onnan soraki cey­ra­­nını öldürdülər. Bu təərnən bütün ceyrannarı qırdılar. Əmbə paç­­çahın dərdinə dərman olmadı. Axırda hamısı kor -pəşiman oluf ərz elədilər:

– Paççah sağ olsun, biz sənin xətrinə qızdarımızdan keşdik. Gə­nə özgə əlaş varsa yaşımızdan da keçəsiyik. Əmbə biz bu sir­dən baş aça bilmirik. Əgər həkim sənin dərdinə ceyran baş-ayağı buyurufsa bir getdi. Bə niyə yaxşı olmadın?

Paççah oların cavabında mən də bu sirrə məhəttəl qalmışam, de­di. Yəqin burda ya həkim və ya da ceyran satan günahkardı. Ola­rın hansı günahkar olsa and olsun atamın qəvrinə onu elə əzaf­nan öldürtdürəjəm ki, ta inqıraz aləmə kimi söylənsin.

Paççah xoca göndərif həkimi çağırtdırdı. Həkim paççahın ya­nına gəlif xidmət məqamında durdu. Bu zaman paççah afalatı başdan-ayağa ona söylədi. Həkim paççahın cavabında ərz elədi:



– Paççahım, mən həkim olannan indiyə kini sənin şəərində hə­kimlik eləmişəm. Hələ heç bir yalanım çıxmıyıf. İndi bu qoja vax­dımda sana yalan danışarammı? Bəlkə ceyrannar yeddi illik yır­ğa döyüllər? Oların buynuzdarını buraya getirin, mən yaş­da­rı­nı təyin elərəm. Xojalar ceyrannarın buynuzdarını hazır elədilər. Hə­kim buynuzdara baxıf heş birinin yeddi illik olmadığını söy­lə­­di.

Paççah həkimi azad eləyənnən sora üzünü ceyran getirən­nə­rə tutuf:

– Ay hazarat! İndi sayadın günahkar olması aşkar oldu. Gə­rək hesafsız qoşun götürüf onun davasına gedəsiniz. Az vaxtda üzük qaşı kimi araya alıf, mənim yanıma gətirəsiniz. Gərək mən onu elə bir dərdnən öldürəm ki, özgələrinə ivrət ola. Bir də paç­ça­ha xəyanət eləməyə.

Həzərat bir yannan paççahın əmri, o biri yannan özdərinin taxt tajdan damax olmaları oları vadar elədi ki, Usuf Gülbaxtın da­vasına getsinnər. Ona görə o qədər qoşun topladılar ki, dər­ya­lar mürəkkəb oluf, meşələr qələm olsa hesabına yetmək olmazdı. Sər­kərləri həmən igirmi dört adam toplanmış qoşunu götürüf Usuf Gülbaxtın davasına getdilər. Usuf Gülbaxt afalatı çoxdan eşit­mişdi. O davaya hazır idi. Qoşun yaxınnaşanda Beylibozu mi­nif əlində siyirmə qılış özünü olara vurdu. Bir yannan özü, bir yan­nan yeddi manşır pəhlivana baravar Bey­liboz o məşq və da­va görməmiş qoyun sürüsü kimi qoşunu qıra-qıra, qoğlaya-qoğ­la­ya düz şəərə doldurdular. Qoşun əhli şəhərə dolannan sonra Gül­baxt Beylibozun ciloyunu döndərif çadırına gəldi. O tərəfdən qo­şun əhli paççahın yanına gedif basılmax­la­rının səbəbini ona söy­lədilər.

Paççah olara ürək sonğannığı verif buyurdu:

– Qəm çekməyin, savah mən də naxoş-naxoş qoşunun için­nən gedəjəm. Onda qoşun mənim səbəbimə şücaətdi dava elər. O sayadın özünü, atını öldürrük. Qoşun əhli gejəni paççahın vədəsinnən yatıf, savah olanda paççah da Usuf Gülbaxtın da­va­sı­na getdilər. Usuf Gülbaxt dünənki kimi Beylibozun belinə qal­xıf özünü qoşuna vurdu. Hər ikisi qoşunu qıra-qıra şəərə tök­dü­lər. Paççah və qoşun əhli atda, oğlanda bu şücaəti görüf qan­narı qu­tardı. Paççah atın və oğlanın məğlub olmasının mümkün ol­mu­yacağını bildisə də gənə qoşunu toyluyuf savah oların dava­sı­na göndərdi. Olar qoşun əhlinə bir elə divan elədilər ki, Əli di­va­nın­­­nan bətər oldu. Qoşun Usuf Gülbaxtın və Beyli­bozun qor­xusun­nan elə qaşdılar ki, qaçaraxları övlərində əyləşdi. Yanı, paç­çahın qoşunu dağılıf, hər kəs öz öyünə getdi. Usuf Gülbaxt isə meydanı boş gördüyünnən paççaha belə bir nama yazdı:

– Ey Xaqanıquş paççahı, bil və inan, əgər əlində olan ma­hal­la­rın bütün yaranmışdarı qoşun ola və hamısı yaraxlanıf mənim da­vama gələ, gənə hamısını həlak eləyərəm.

İsdərsən həm dərdinə dərman ola və həm də irəyətin, cah-ca­lalın əlində qala onda mənnən başarmiyacağını boynuna alıf təs­lim ol.

Usuf Gülbaxt namanı şəərə gedənnərin birinən paççaha gön­dər­di.

Paççah namanın məzmununnan halı oluf, namadakı dərdinə dər­man olar sözünə görə onun dediklərinə irazı oldu.

Paççah, vəzir, vəkil, əyan və əşrafnan Usuf Gülbaxtı dəm-dəs­gahınnan baravar şəərə gətirdilər.

Usuf Gülbaxt paççahın bargahına yetişəndə car çəkdirif bü­tün Xaqanıquş əhlini uşaqdan böyüyə kimi oraya cəm elətdirdi.

Bu zaman üzünü camahata tutuf özünün və Beylibozun ba­şına gələn qəza və qədəri əvvəldən axıra kimi olara nağıl elədi. Axırda üzünü paççaha tutuf:

– Ey Xaqanıquş əhlinin paççahı, sən deyirdin, kasıf öla­dın­nan heş bir şey olmaz, mən gərək qızımı özüm paççah olduğum­nan paççahlara verəm.

İndi kasıf ölədini nejə görürsən, sənin vəzir, vəkil, xanzada, bəg­zada, özgə vuruf-tutan qoçu-quldur quyruğların hərəsinin bi­ri olmax üzərə igirmi dört qızını almışam və özdəri də dansalar man­şır olmax üçün damğalamışam. İnanmasan baxa bilərsən. İn­di sən anla ki, mən paççah qızı döyül, ancaq ilk öy və könül sö­­yən axdarırdım.

Usuf Gülbaxt bu sözdən sonra Beylibozun belinə qalxıf qa­pı­­larına getdi. Cangüzar onu görən kimi yanına gəldi. Hər iki söy­gülü çoxdan ayrı olduxlarınnan öpüşüf, görüşdulər. Gülbaxt afa­latı şannısına söylədi və axırda onu da götürüf bargaha gəldi. Or­da igirmi dört qız yeyələrinə və paççaha dedi:

– “Mən sizdər kimi taxt-tajdan, qızdan və başqa şeydən ötrü namusımnan, qiryatımnan əl çəkmərəm. Mən sizin qızdarı bajım kimi saxlamışam. İndi hər kəs öz qızına sahav ola bilər”.

Camahat Usuf Gülbaxtın bir kasıf və fağır kəndçi öladı ol­du­ğu halda belə şücaət və belə namusdulux görsətməsinə mər­hə­va dedilər. Olar paççahın öz canını əziz tutuf bu qədər camahatı insan döyül, bir qoyun sürüsünə oxşadıf davalarda qırdırmağına görə onu taxdan saldılar. Yerinə Usuf Gülbaxtı paççah tikdilər və Xaqanıquş şəərini cürbəcür çiçəklərnən, lalələrnən, güllərnən və zili xalıllarnan bəzədilər. Böyük büsatdı məjlis düzəldif Usuf Gülbaxtın başına taj qoydular. Əyninə padşahyana livas geydirif taxda çıxartdılar.

Usuf Gülbaxt paççah bir yaxşı toy məjlisi düzəldif yeddi gün-yeddi gejə toy vurdu. Xaqanıquş camahatı Gülbaxt paç­ça­hın toyunda yeyib-içənnən sonra Cangüzarın əlini onun əlinə ve­rif – yıldızınız barışsın, uruzunuz göydən yaxsın, yerdən bitsin, ba­­şınız dölətdi, ayağınız sayalı olsun, yeddi oğul ata-anası olsun, şan-şökətiniz, cah-calalınız daha da ucalsın – deyif öylərinə da­ğıl­dılar.

Usuf Gülbaxt paççah camahatnan milayimana, adilana rəf­dar eyliyif oların boynunnan hər il verdikləri bac xaracı götürdü, fa­ğır, füqarasına, kasıf-kusuvuna, şikasdına yaxşı qulax asıf, kö­mək elədiyinnən baravar, munu yüz min qadadan, baladan qur­tarıf axır belə mərtəvəyə çatdıran özü at, əmbə ağılda, fəhimdə, fə­ra­sətdə, bilməydə tədbir tökməyə insafnan daha artıx Bey­li­boza qulax asıf, yaman günnən ötəri saxlayırdı. O munnan belə də könlünün söygüsü, gözünün ilk oyu Cangüzarnan mal-dölət və cah-calal içində ağ günnərnən ömür sürüf qırmızı günnər ke­çir­məyə başladı.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin