PİYALAGÖZÜN NAĞILI
Xacca İsmayıl qızı
_______________
Qazax- 1928
“Şatırrı” şenniyində bir dölətdi kişinən bir öydar arvat var idi. Bunların da Şeydaman addı bir qoçax oğlannarı var idi. Arvadın qoynu dolu olduğunnan günnərin bir günü bar həmlin yerə qoydu. Munun bir qızı oldu ki, balajalığında yeddi aylıq ayı putası kimi insana az oxşarı var idi. Bu uşax süd əməndə bir az vəxtdə anasının südünü qutarıf, az qalardı ki, məmələri də yesin. O hələ o biri tərəfdən laf körpə zamanı əlinə hər nə keçərdi udurdu. Ona görə də bu nödərəmət uşağın adını Piyalagöz qoymuşdular. Anası Piyalagözü əlləmə ayax olduğunnan həmişə bəşigə beləkli saxlardı. Piyalagöz isə hərəmi olduğunnan gündüzlər dinmez, söyləməz bəşikdə yatardı. Gecələr isə ata-anasını və qardaşını yuxuya verdiydən sonra beşikdən düşüf əlinə keçən südü, qatığı, yağı yeyif, gənə beşigə girif yatardı. Sabah olanda arvat gördü ki, heç bir şey qalmıyıf. Oları o elə bilirdi ki, bəlkə oğru pişik yeyir. Bir gün belə, beş gün belə gördülər ki, evdə əsər də qalmadı. Ona görə bir gün ər-arvat və oğlannarı Şeydaman yerin içində pusduxda nə gördülər: Piyalagöz gejədən bir qədər keçmiş beşikdən düşüf öydə əlinə keçəni haramı kimi uduf gənə beşigə girdi. Bunlar Piyalagözün haramı olduğunu bildiydə bir-birinə dedilər:
– Vay bizim günümüzə, bu hələ balajadı, öydə olan şeyləri belə yeyir. Bu böyüyəndə bizləri də yeyər. Hər halda bunun əlinnən qaçmax lazımdı.
Bu tədbirə onların üçü də razı oldu. Piyalagözü yuxuya verif hər biri bir at minif vəzindən yüngül, qıymatdan ağır şeylərdən atları yükləyib bir mənzil uzaqlığda Uzundərə şenniyində bir dam tutuf, orada olmağa başladılar.
Bu yannan Piyalagöz yuxudan ayılıf gördü ki, ata-anası və qardaşı qaçıflar. Bildi ki, munun qorxusunnan qaçıflar. O haramı halı belə görüf gündə heyvanların birini yeyə-yeyə qutardı. Sonra it, pişik yeməyə başladı. O tərəfdən Şeydaman və ata, anası bir müddət apardıqları ehtiyatnan dolandılar. Axırda ehtiyat da qurtardı. Bu zaman Şeydaman Uzundərə şenniyinin malına naxırçı olub aldığı haxnan ata-anasını saxlayırdı. Günnərin bir günündə Şeydaman şenniyin mallarını yığıf itdi, eşekli bir mənzilin meşəyə otarmağa apardı. Malı yarpaxlığına darıyıf özü bir daldada oturdu. Yanındakı itdərin hərəsi bir tərəf sümsünməyə getdi. Şeydaman bir az dincəlif mallarını yoxlamağa gedərkən gördü ki, ən sərp və ən kotallı ala qancıx dərədə bir canavarnan qarıyır. O bunu görüf söyünmüş belə bir fikir elədi:
– Çox yaxşı oldu, ala qancıx küçükləyəndə bir cüt yaxşı küçük tutaram. Onları özüm elə örgədərəm ki, hansı insi, cinsə qıs vuranda parça-parça eləsin. Elə ki, bu iş başa gəldi, küçükləri götürüf Şatırrıya gedərəm. Hərgah bajım Piyalagöz elə böyük haramı oluf məni də yemək istəsə, küçüklərnən onu darva-dağın etdirrəm. Bu qoltuxdan öymüzü vətənə aparram. Şeydaman bu tədbir üzərə ala qancıx doğanda bir cüt küçük tutdu. Birinin adını Halan, o birinin adını Hulan qoydu. Bunları balajalıqdan elə örgətdi ki, nəyə qıs vuranda gedirdilər və nəyi al deyəndə o saat dağıdırdılar. Şeydaman tədbirini ata-anasına söylədi. Onlar hərçi dedilər səni də Piyalagöz yeyər, o razı olmadı. Axırda bir at atası, bir at da özü minif küçüklər də yedəgində Şatırrı şenniyinin yaxınnığına yetişdilər. Şeydaman küçükləri də atasına verif, “Ay ata, mən təkcə Piyalagözün yanına gedəjəm, görüm mal-dölətimizdən nə qalıf və ev, eşigimiz necədi. İşdi, Piyalagöz məni yemək istəsə, mən küçükləri çağırajam, onda sən onları aç burax”.
Atası naəlaj razı oluf orda Şeydamanın intizarını çəkməkdə oldu. Şeydaman da atı sürüf Şatırrı şenniyinə yetişdi. Gördü ki, Piyalagöz mal-heyvanı qurtarıf, it, pişik qoyalayır. Elə ki, Şeydamanı gördü, “Ay bajın sana qurvan, ay qardaş evimizə gəl görüm, necə dolanırsınız”, dedi. Şeydaman gördü Piyalagöz yunalayıf yaxınlaşıf, qaçmax mümkün döyül, ona atı qapılarına sürüf dirəyə bağlıyıf, Piyalagöznən içəri girdi. Piyalagöz qardaşınan görüşüf, ata-anasının və özünün kef-əhvalını xəbər alıf, eşigə çıxdı, atın bir qılçasını uduf, içəri girif dedi: – A bajın ölsün, üç qılçalı atımı minif gəlifsən?
– Həə, ay bajı, həə.
Gənə eşigə çıxıf atın o biri qılçasını da uduf Şeydamanın yanına gəldi: – A bajın ölsün, iki qılçalı atı sən minif gəlifsən?
– Həə, a bajı, həə...
Piyalagöz bu minvalnan atı bütün yeyif Şeydamanın yanına gəlif:
– A bajın ölsün, hələ yəhərinimi minif gəlifsən?
– Həə, a bajı, həə...
Piyalagöz atı udduqdan sonra Şeydamanı dəxi udmaq xəyalına düşdü. Odur ki, – a qardaş, səni çoxdandı pitdəmirəm. Bir uzan pitdəyim – dedi. Şeydaman işi qanıb dedi: “Ay bajı, çox yaxşı, sən mənim bu yapıncımın söküyünü tik, mən də damın üstə çıxıf baxım görüm atamız gəlirmi?
Piyalagöz razı oldu. Yapıncının söküyünü tikməyə başdadı. Şeydaman eşigə çıxıf çəkmələrini kül ilə dolduruf bajadan asdığdan sonra tələsik yola düzəldi. O tərəfdən Piyalagöz yapıncını qurtarıf ha gözdədi, Şeydaman gəlmədi. Bajadan Şeydamanın çəkmələri sallandığınnan elə bildi ki, bajadadı. Ona görə “a qardaş-qardaş” deyə çağırdı. Cavab gəlmədiyinnən ağacnan çəkmələri vurdu ki, qardaşı eşidif içəri gəlsin. Dərhal çəkmələr asıldığınnan altdan qaldıranda kül onun gözünə töküldü. Bu ha əylif gözünün külünü təmizdiyənə qədər Şeydaman şənniyindən kənardakı ağacdığa yetişdi. Bu tərəfdən Piyalagöz gözünün külünü təmizdiyif Şeydamanın izinən elə ilğadı ki, həman ağacdığdakı qardaşına yetişdi. Şeydaman halı belə görüf tələsik bir hündür çinar ağacına çıxdı. Piyalagöz dişinən ağacı kəsməyə məşğul ikən Şeydaman düdügü ağzına alıf:
Halan hu, Hulan hu
Qanımı satın alan hu
– deyə küçükləri çağıranda atası eşidif o sahat küçükləri zəncirdən açdı. Küçüklər ildırım kimi özünü Şeydamana yetirdi. Şeydaman küçükləri qıs vuruf dedi: “A dartan, elə dartarsan ki, bir tikə əti yerə düşməz. A yırtan, elə yırtarsan ki, bir damcı qanı yerə düşməsin”. Küçüklər Piyalagözü elə dartdılar, elə yırtdılar ki, bircə damcı qanınan başqa bir şeyi yerə düşmədi. Şeydaman halı belə gördüydə şad oluf yerə düşdü. Getmək istədiydə gördü ki, o bir damcı qan dilə gəlif deyir:
– A qardaş, məni də apar, həlvət bir gün sana lazım olaram.
Şeydaman gülüf – a munun özünə lənət, özü mana nə elədi ki, qanı nə eləsin – deyif qanı götürüf civinə qoyuf, küçüklər də yedəgində bir az getmiş idi ki, bir qatar yüklü və sarvannı dəvəyə rast gəldi. Sarvan başı Şeydamannan soruşdu:
– Bu yedəgdəkilər nədi və nəyə lazımdı? Şeydaman küçüklərin xasiyyətini sarvan başına söylədiydə sarvan başı dedi:
– İndi ki, belədir. Hərgah mənim bu bir qatar dəvəmin yükü nə olduğunu bildin, yüküynən sana verəjəm. Yox bilmədin, küçükləri də əlinnən alajam.
Şeydaman naəlac qabul edif nə qədər şey saydısa da qatırın yükünü tapa bilmədiyinə görə sarvan başı küçükləri aldı. Onlar gedərkən Piyalagözün o bir damcı qanı dedi:
– A qardaş, sarvan başına deynən yükün sandaldı.
Şeydaman nagahan dedi: Sarvan başı, olma sənin qatarının yükü sandaldı.
Sarvan başı: Oğul tapdın, deyif bir qatar dəvəni yüküynən Şeydamana bağışdadı və küçüklərini də özünə verib getdi. Şeydaman söyünə-söyünə dəvələri çəkif atasının yanına gəldi və bütün əhvalatı ona nağıl elədi.
Atası söyünüf dedi:
– A bala, Piyalagözün o bir damcı qannı görüm.
Şeydaman qanı atasına verən kimi atası küçügə atıf onnan xata gələcəgini söylədi. Munnan sonra Şeydaman ilə atası dəvələri çəkif Uzundərə şenniyinə tərəf yola düşdülər. Mənzil edə-edə gəlif Şatırrıya yetişdilər. Ev-eşiglərini yerbəyer edif və dəvələri yükü ilə bərabər satıf özdərinə mal-dölət aldılar. O günnən ata, ana və oğul ağ günnər içində ömür keçirməyə başdadılar.
Dostları ilə paylaş: |