Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə97/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   93   94   95   96   97   98   99   100   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

KÖTÜKÇÜ ABBAS
Bəndərpeşər şəhrində Abbas addı bir kasıf kişi var idi. Bu­nun peşəsi həmişə kollardan və dağlardan tikan kötüyü çıxardıf şə­lə tutuf şəhərdə satmağ idi. Bir gün axşam tərəfi bir şələ kötük gə­­tirif Bəndərpeşər şəhrində bir abbasıya satıf o günü çörək pu­lu­­nu hazır etmişdi. Cavan Abbas Bəndərpeşər şəhərinin böyük kü­­çələrində gəzirdi. Nagah gördü ki, küçənin kənarında bir məz­lum dilənçi onnan, bunnan pay istiyə deyir:

– “Ay mənim bu gejə çörək pulumu verən, birə min bu dün­ya­da və birə min axirətdə əvəz alasan”.

Cavan Abbasın buna rəhmi gəlif öz-özünə dedi:

– “Mən gejə ac qalsam da bu dilənçini qoymayajam acından ölə”.

Bunu diyif həman abbasını verdi. Dilənçi alqış edə-edə getdi. Am­ma bu yannan Cavan Abbas şəb vaxtı küçələrdə gəzə-gəzə de­yirdi:

“Allah, mənə bu gejə kimnən bir əppək pulu alım”.

Fikir edə-edə bir qaranlıq küçəynən gedirdi. Nagah gördü bir ərəbi libas geymiş balaja boylu dərviş, küçənin yuxarı tərə­fin­dən buna tərəf gəlir. Abbasın yanına yetirəndə dedi:

– “Abbas gejə vaxtı bu qaranlıx küçədə neyliyirsən?”

Abbas bütün əhvalatı bu dərvişə nağıl elədi.

Dərviş dedi:



– “Abbas, indi ki, belə oldu, mən hər nə desəm, əməl elə”. Axır­da ağ günə çatarsan”. Abbas “bə çəşm” deyif dərviş buna bir kağız yazıf verdi. Və dedi:

– “Bu kağızı apar Mərdən şahın qızı Gül xana ver. O sana hər nə desə elə”. Xülasə: dərviş kağızı Abbasa verib gözdən qa­yib oldu. Abbas kağızı həmin saat Gül xana yetirdi. Gül xan ka­ğı­zı oxuyuf məzmununa halı oluf dedi:

“Əmi oğlu, Abbas gəldinmi?”

Abbas dedi:



– “Bəli!” qız dedi: “Burada ol!” Pəs: Gül xan o saət iki at ha­­­zır eliyif hərəsi birini mindilər.

Gül xan dedi:

– “Oğlan mən atımı haraya sürsəm dalımca sür”.

Bunu deyif hər ikisi atdarına məhmiz göstərif yola düşdülər. Bu sürətlə beş gün, beş gejə at sürdülər. Buların qavağına bir bö­yük çay rast gəldi. Qız dedi:

“Əmi oğlu Abbas, bu çayın aşağısına getmək lazımdur”.

Odu ki, atdarının cilovunu çöyrüf yavaş-yavaş çay aşağı ge­dir­­dilər. Bir vədə qız gördü ki, bir uja dağın ətəginnən dərə aşağı na­zik bir su axır. Bu suyun içində cöyuz boyda pür qiymət bir ne­­çə ləl vardi. Qız atınnan düşüf bu daşdarın beş dinəsini gö­tü­rüf Abbasa verdi və dedi:

– “Abbas, buları yaxşı saxla, bir gün bizə lazım olar.

Genə atdarını sürüf gedirdilər. Bir də qız dedi:

– “Əmi oğlu Abbas, daha bu bir özgə vilayətdi. Onunçün eh­tiyatdı olmaq lazımdı”.

Abbas dedi:

– “Qorxma heç zad olmaz, atını sür gedək”.

Pəs: qıznan Abbas xuraman-xuraman gedirdilər. Ancaq bil­mir­dilər hayana gedirlər. Biçaralar bu minvalnan altmış gün at sür­dülər. Ta inki “Libnan” addı bir şəhərə varid oldular. Bu şə­hə­­rin uja qəsrində özlərinə mənzil tutuf yaşıyırdılar. Bir gün Ab­bas ilə Gül xan otaqlarında şad-xürrəm oturmuşdular. Gül xan dedi:

– “Əmi oğlu, bilirsənmi, nə var?”

Abbas dedi: – Nə var?



Gül xan: “Mən necə ki, bilirsən Bəndərpeşər vilayətinin şahı olan Mərdan şahın qızıyam. Atam məni öz əmim oğlu Abbasa nişan­nandırmışdı. Amma mənim əmim oğlu Abbasa meylim yox idi. Atam isə mənim sözümə qulax asmayıf gücnən vermək isti­yirdi. Hətta biz bu diyara yeni gələn vəqtdə toy binası baş­la­mış­dılar. Amma o gecə ki, sən əlində mana bir kağız gətirmişdin, bildinmi o kağızı kim yazmışdı və nə məqsədnən yazmışdı?”

Abbas dedi: mənim bildiyim bir qaranlıx küçəynən keçəndə həmin kağızı bir balaja ərəbi dərviş yazıb mənə verdi və dedi ki, hər nə desəm əməl et, axırın xeyir olar.



Mən də kağızı alıf necə ki, tapşırmışdı apar Gül xana ver, ey­lə də verdim. Və demişdi ki, o hər nə desə əməl et, vəssalam, bun­nan başqa bir şey bilmirəm.

Qız dedi:



– Bil və agah ol! Həmin kağızı yazan cənab Əlidir, beylə də yaz­mışdı: “Ey Gül xan sənin kəbnini öz əlimnən bu kağızı apa­ran cavan Abbasa kəsdim. Hər halda qəbul et; axırınız xeyir olar”.

Bunu deyif cənab Əli yazmış olduğu naməni çıxarıf və dedi:

“Əmi oğlu Abbas mənim burya gəlməkdə məqsədim odu ki, əgər mən sənə öz vilayətimizdə getsə idim, onda el-oba məni daş­qalax elərdi. O biri tərəfdən həm atam və həm də əmim oğlu Ab­bas. Və hər ikimizi də öldürərdilər. İndi söylə görüm sən də o molla­nın kəbinini qəbul edirsənmi?”

Oğlan dedi:



– İndi ki, o molla kəsib, can-baş ilə razı oluram, Pəs: hər iki­si razı oldular.

Qız dedi:



– Abbas mənim özümnən suvayı bir bajım var idi ki, dün­ya­da gözəllikdə misli-manəndi yoxudu. Hayıf ki, on üç-on dört yaş­darında döy apardı. Məlum degil haradadı. Qız sözünü tamama yetirif dedi:

– “Əmi oğlu, o sənə verdiyim daşdar haradadı, gətir. Onnar çok könül açandı”. Abbas daşdarın iki dənəsini qıza verdi. Qız Abba­sınan baravar qəsrə çıxıf, üstə qərar tytuf daşdarı əlində atıf du­­turdu. Hər yuxarı atanda gün kimi parıldayırdı.

Qəzadan o gün Libnan vilayətinin şahı olan Teymur şah, və­zir, vəkil və bir çox qoşun ilə şikardan gəlirdi. Abbasgilin qəs­ri­nin qavağınnan keçəndə gördü ki, qəsirdə bir gözəl qız əlində iki pür qiymət ləl oynadır. Heç şahın xəzinəsində bu növ ləl yoxdur. Şah dübarə diqqətlə baxdıqda gördü ki, qızın yanında bir oğlan var­­dır. Ancaq bunlar qarif insanlardır. Şah gözünü dolandırdı. Qa­fıldan Gül xanı görüf bir gönüldən min gönülə aşiq giriftar ol­du. Dedi:

– “Vəzir bu qəsirdə sakin olan oğlan, qız haradan gəliflər. Və əllərindəki bu pür qiymət ləli nə cür ələ keçiriflər. Çünki bu daşdarın qiyməti heç şahın xəzinəsində yoxdur”. Vəzir dedi:

– “Şah sağ olsun. Bular özgə bir məkandan gəliflər. Amma bil­mi­rəm, əllərindəki ləl nədir?”.

Pəs: buradan bargaha gəldilər. Şah dedi:

– Vəzir, amanın bir günüdür, bir tədbir tök. O qızı mənim içun ələ gətir ki, az qalıf eşq ujunnan həlak olam.

Vəzir dedi:

– “Şah sağ olsun, onda gərək əvvəl oğlanı öldürmək, sonra qı­zı ələ gətirmək”.

Şah dedi:

– Çox gözəl, indi tədbir tök, oğlanı həlak edək.

Vəzir ərz etdi ki:

– Onun tədbiri budu: Bu gün oğlan ilə qəsirdə oturuf ləl daş­la­rı oynadırdı. Şübhəsiz ki, bu daşdardan olarda dört-beş dənəsi olar. Ona görə sən savah car çəkdir ki, bu gözəl mənim xəzinə­min qapısını qırıb hesabsız qızıl-gümüş və beş dənə pur qiyməy daş aparıflar ki, heş şahın xəzinəsində tapılmayan daşdır. Bu carı çək­dirdikdən sonra əlli nəfər sərbaz ilə məni şəhərə göndər ki, gət öyləri, dükanları gəz, bu nişan daş hər kimin öyünnən və dü­ka­nınnan çıxsa buraya gətir. Onun cəzası ölümdür. Bu vədə mən sərbazlar ilə gedif bir neçə tufkən gəzdikdən sonra həmin qızın qəs­rinə gedif o pür qiymət daşdarı tafdıxdan sonra daş ilə bara­var hər ikisini hizurinə gətirrəm. Sən oğlana xəzinə əhvalatını na­ğıl eyliyif diyərsən: “Ey nanəcib, mənim şəhərimə qonağmı gəl­misən, yoxsa çap ulçumu? Bu daşdarı görürsənmi, heç şahın xə­zinəsində yoxdu. Hələ di görüm, qızıllar hanı? Bu vəxt sənin bu sözlərinin qabağında aciz qalar. Onda sən hökm et boynunu vursunnar.

Şah bu haramzadənin tədbirinə “mərhəba” deyif savah olcaq vəzir həmin minval ilə söylədigi işləri tutduxdan sonra cavan Abbası, Gül xanı şahın hizurinə gətirdi. Şah vəzir tökdüyü təd­bi­ri bu iki yar mehribanə söylüyüf cəlladə hökm etdi bu saət Ab­ba­sın boynunu vur. Bu vədə Gül xandan irəli duruf dedi: “Şah sağ olsun, Abbasın boynunu bu beş dənə ləldən ötrü vur­durur­san­sa da ədalətsizlikdir. Çünki mən bu daşdarı bir çay kənarında ta­pıf özümlə bu şəhərə gətirmişəm. Hərgah inanmasan həmin daş­dardan nəz qədər istəsən sənin içun gətirərəm”.

Qızın bu sözünə bütün əşraf əyan razı oldular. Bu vədə şah aciz oluf dedi:

“On gün möhlət verirəm, hərgah bu daşdardan iyirmi beş də­nə gətirməsə o vədə boynunu vurduraram.

Gül xandan razı oluf Abbasla baravar öz qəsrinə gəldilər. Gül xandan dedi:

– Abbas, bilirsənmi bu nə hiylədi?

Abbas dedi:

– Xeyr!

Qız dedi:

“Bil və agah ol, şahın nə qızılı və nə daşı itmiyif, bunu hiylə qa­­yırıf istiyir səni öldürüf, məni özüçün alsun. Onunçun eh­ti­yat­lı dolanmax lazımdı; indi sənə durmax yaraşmaz. Atını min hə­min çayın yuxarı tərəfinnən axan nazik su kənarına get. Su yu­xarı gəzif əlli-altmışa qədər o pür qiymət daşdardan tapıf gə­tir”.

Abbas o saat ata suvar oluf özünü həmin suyun kənarına ye­ti­rif ata piyada oluf su yuxarı gəzə-gəzə gedirdi. Bir vədə gördü ki, bir uja dağın başınnan nazik suynən baravar bir neçə ləl daşı axıf gəlir. Və daşları götürdükdən sonra öz-özünə dedi:

– “Ey dil qafil, bu hər nə isə dağdan gəlir. Gərək bu dağın ba­şına çıxım”diyif yavaş-yavaş dağa çıxdı. Bu yiyəsizlikdə hey­rət­lə hər yana göz gəzdirdi. Nagah gördü ki, dağın bir tərəfində daş­dan əmələ gəlmiş bir qələçə vardır. Abbas hölnak qələçəyə da­xil oldu. Nə gördü: qələçəyin bir tərəfinnən bir siyah pərdə çə­ki­lif, Abbas siyah pərdəni bir tərəfə eyləyif nə gördü: bir təxt zə­rin üstündə bir qız yatıf. Dünyada misli-manəndi yoxdur. Öz-özü­nə dedi:

– “Gül xandan mənə nağıl eyliyirdi ki, mənim bir bajım var, onu da döy aparıf, yəqin ki, bu həmin Gül xanın bajısıdur. Ya gə­rək öləm və ya nazənini buradan xilas edəm”. Bunu deyif qıza yaxın gəldi, hərçi səslədi və əlin qurdaladisə qızdan cavaf çıx­ma­dı. Abbas bildi ki, qız tilsimdədi. Və təxtin yuxarı tərəfinnən bir loh asılıf insan baxdıxda heyrətdə qalır. Tamam ləl zəbər­cət­dət­dəndir. Əli uzadıf bu ləli almax istədikdə ləl yuxarı çəkildi. Abbas dedi:

– “Qızı belə bihuş edən yəqin ki, bu ləldur”.

Hərçi səyi təlaş etdisə, lələ əli çatmadı. Abbas dedi:

– “Səbr etmək lazımdır. Həlbət bu qızı tilsimən salan bir gün gələr”. Bunu diyif bir tərəfdə pinhan oldu. Bir az müddət­dən sonra səmadən top bulud halində bir dumannı şey qələçənin qa­pu­suna düşdüyünü gördü. Duman sakit oluf ifritə döy qələ­çə­yə daxil oldu. Abbas diqqət ilə buna baxırdı, görüm qızı nə cür hu­şə gətirəcək. Baxdı ki, zərin təxtin aşağı tərəfindən bir qamçı ələ alıf bir dəfə lohə vurdu. Loh siyah pərdənin bir tərəfində qa­yib oldu. Bir qamçı da qıza vuruf dedi:

– “Qalx ey yar, mehriban, nə vaxta qədər məni belə eşqin fə­­lakinə yandırajaxsan?” – qız huşə gəlif dedi: “Ey ifritə, na bə­kar, böylə bihuş tilsim zillətin çəkmək sənin o nəhs üzünü gör­mək­dən yaxşıdır. Döy qəzəb alud oluf biçarə qızı o qədər döydü ki, qız bihuş oldu. Bir müddətdən sonra huşə gəlif dedi: “Öl­dür­sən də sənin kimi ifritə ray verif baş birrik eləmərəm.

O na bəkar bu sözü qızdan eşitcək belindən xəncəri çəkif qı­zın bir neçə yerindən yaraladı və dedi:

– “Hərgah, ray verməsən, and olsun Süleyman peyğəmbərə, hə­lak edəcəm”.

Biçarə qız canını qutarmaq içun hilə yolu ilə dedi: “Ey Şəşə, bir neçə gün canım nərm olana gibi şirin söhbət edək, sonra isə ray verərəm”. Şəşə bu sözü eşidif dedi:

– “Ey yar mehriban! İndi qulun olaram. Qız döy ilə bir qə­dər şirin söhbət etdikdən sonra döy dedi:

– “Nazənin mənim əfsəl işim vardır, ona görə getməliyəm, mu­nu deyif bir qamçı lohə vurdu. Loh qızın başının üstə qərar tut­du, həmin vədə biçarə qız bihuş düşdü. İfritə isə siyah pərdəni sa­lıf qələçədən eşiyə çıxıf bir ismi əzəm oxuyuf duman halında sə­maya qalxdı. Gəl sənə Abbasdan xəbər verim. O saat qələçəyə da­­xil olub siyah pərdəni bir tərəfə edif təxti aşağı tərəfinnən qam­­çını alıf bir qamçı löhə vuruf loh siyah pərdənin bir tə­rə­fin­də qayib oldu. Və bir “hi” qıza vuruf dedi:

– “Qalx ey nazənin, səni xilas etməgə gəlmişəm”.

Qız gözünü açanda gördü ki, bir cavan oğlan qavağında du­ruf dedi:

– “Ey cavan, sən kimsən ki, bu məkanə gəlmisən. Bəni in­san­nan hərgiz bu məkanə gələn olmaz”.

Abbas həm öz əhvalatını təmamən qıza nəql etdi. Qız bajısı Gül xanın adını eşidəndə bir ah suznaq çəkib bihuş oldu. Abbas müşk gülab ilə qızı huşə gətirif dedi:

– “Ey nazənin, niyə belə eləyirsən?”

Qız dedi:

– Qulax as, mən də öz əhvalatımı sənə nəql edim. Mən Bən­dər­peşər vilayətinin şahi olan Mərdan şahın qızı sənin nişanlının ba­jısı İsmətəm. Bir gün qırx incə qız ilə öz başıma seyrə çıx­mış­dım. Bağda qızdar hərəsi bir tərəfə gül dərmək və başqa işlər ilə məş­ğul idilər. Mən də çarhovuzun başında əl-üzümü yuyurdum. Na­gah gördüm, gögdən bulut halında bir şey çar hovuzun kə­na­rinə düşdü. Mən qorxub istədim qaçam, o vədə bulutun içinnən bir əl uzanıf məni tutdu. Mən o saət bihuş oldum. Daha özümü bil­mədim. Bir də gözümü açanda özümü bu qələçədə gördüm. Diq­qət ilə baxanda başımın üstündə bir ifrit olduğunu görüncə dü­­barə huşdan getdim. O nabəkar məni huşə gətirif dedi: “Ey na­zənin, qorxma mən səni öldürməyə gətirməmişəm. Bil və agah ol, mən Qələzəm şahının oğlu Şəşəm. Beş ildi ki, sənə aşiq ol­muşam”. Mən muna dedim: Bura haradır? Dedi: “Qələzəm şa­hi­nin bir vilayətidir”. Dedim: “Ey Şəşə, dünyada səni xilas et­mə­rəm”. Bu vədə mən dedim ölsəm də sənə rəy vermərəm. O ha­ramzada hərçi yalvardı, mən rəy vermədim. Odur ki, qə­zəb­lə­nif məni belə tilsimə saldı. İndi dört ildi ki, bu döyün əlində gi­rif­tarəm. Özü də bir səfərə gedəndə məni həmin loh ilə bihuş edər ta inki özü gələnə qədər bihuş qalaram. Gələndə huşə gə­ti­rif hərçi yalvarar, ray vermərəm. Xülasə, bu zülmlərilə həyat sü­rü­rəm. Axır bir gün lap cana gəldim. Dedim ey Şəşə daha məni dög­məkdən və zəxmdar etməkdən əl çək. Bir neçə gün rahət olum, sora sənə ray verərəm. Xülasə, mənim bu dört ildə günüm bu­du”.

Abbas dedi:

– İsmət. İndi durmağın vaxtı döyul. Döy gələr həm səni və həm də məni həlak edər, mənə di görüm bu haramzadəni nə təər ilə həlak etmək olar”.

Qız dedi:

– “Mən munnan qavax Şəşədən xəbər aldım ki, sizin də bəni in­san kibi ölümünüz varmı?” O mənə dedi: – Yox, bizim ölü­mü­müz həzrət Süleyman peyğəmbərin əlindədir” dedim. Dedim: – Şə­şə, sən mənim canım, düzünü di görüm, bəs nə təər ilə ölür­sü­nüz? Dedi: – İsmət xanım, bizim canımız bir şişə içərisində quş­dur” Mən dedim: “Sən gedəndə mən bu biyabanda yalqız qa­lı­ram. Hərgah mümkün olsa mənim yanımda qoy, onnan günümü ke­çirim. And içdi ki, ixtiyarı özümüzdə döyül. Abbas dedi:

– “İsmət, o nə vaxt gələcək?”

İsmət dedi:

– Bu saat gələr hər ikimizi həlak edər.

Oğlan qamçı ilə lohə vurub loh öz yerində qərar tutdu. İsmət bi­huş olub Abbas öz yerində pinhan oldu. Bir müddətdən sonra döy na bəgar qələçəyə daxil oldu.

İsməti huşə gətirif şiirin-şirin söhbət əsnasında İsmət dedi: “Şə­şə, sən mənim canım, di görüm sizin canınızı nə təərnən ələ gə­tirmək olar? Döy dedi:

– “Bu sirri dünyadə heç kimə deməzdim. Amma səndən giz­lət­­­­mərəm. Bil və agah ol, hər kim də həzrət Süleyman pey­ğəm­bə­­rin üzüyü olsa o üzüynən mənim canımı ələ gətirmək olar”. Qız dedi: “O üzük ilə nə cür ələ gətirmək olar?”.

Şəşə dedi:

– “Həmin üzüyü barmağına taxıb su kənarına gedif üzüyü su­ya salıf desə “ey üzük, Süleyman peyğəmbərin eşqinə filan de­vin canını mənə yetir”, həmin dəqiqə o döyün canı şişədə üzü­yün yanına gələr. Onda şişəni qırıf içinnən gögərçini həlak edən­də həmin döy də o suyun kənarına gəlif həlak olar”.

Pəs: qız ilə döy bu minval ilə şirin söhbətlərdən edirdilər. Bir azdan sora döy dedi:

– “Ey nazənin, mənim Qələzəmdə çox əfsəl işim var, ona gö­­­rə bu saat getməliyəm”



Munu deyif qamçı ilə lohə vuruf qız bihuş olannan sora qə­lə­çədən kənarə çıxıf bir ismi əzəm oxuyuf səmayə qalxdı. Döy get­məkdə olsun, gəl sənə Abbasdan xəbər verim. Cəsət çalan özü­nü İsmətin yanına yetirif qamçı ilə lohə vuruf qızı huşə gə­tir­di. Dedi:

– “İsmət, döyün canını nə təər ələ gətirməgi xəvər aldınmı?

İsmət dedi:

– “Xəvər aldım, ancaq o deyən şey bizdə tapılarmı?

Abbas dedi: “Nə demişdur?.

Qız dedi: “Bil və agah ol, hər kimdə Süleyman peyğəmbərin üzü­yü olsa mənim canımı ələ gətirif həlak edə bilər”. Abbas şad oluf dedi:

– Ey nazənin, dünya mal-dölətinnən payımız yox isə də an­cax sənin bacın Gül xan mənə həmin Süleyman peyğəmbərin üzü­yünü vermişdir. O isə bu saat civimdədir. Pəs: hər ikisi şad xür­rəm duruf o böyük çayın (Abbas ilə Gül xan yeni gələndə qiy­mətli daşları tapdığı çaydır) kənarinə gəldilər. Həmin Şəşə döy ögrədən kimi üzüyü suya saldılar odəm saət şışə hazır oluf Ab­bas şişəni qırıf gögərçini həlak edən kimi suyun kənarini du­man­lı bulud bürüyən bir görünüşdə səmadən duman halında döy na­bəkar suyun kənarına düşdü. Həmin saət həlak oldu. Bu vədə hər ikisi şad oluf qələçəyə gəldilər. Abbas lazım olan həmin daş­lar­dan hesabsız götürüf ata yüklüyüf yola rəvan oldular. Bir müd­dətdən sora özlərini Libhan şəhərinə yetirdilər. Buradan da öz öylərinə gəldilər. Gül xan bacısı İsməti görcək tanııdı.

Bir-birinə sarmaşıf görüşdülər. Pəs hər iki bacı öz əh­valat­la­rı­nı bir-birinə təmamən nəql etdilər bir-birinin böylə pis halətinə qəmgin oldular. Abbas dedi:

– Ey nazəninlər, indi bu gününüzə şad oluf şükr edin. Gül xan dedi:

– “Abbas sənə durmaq yaraşmaz, şahə verdiyim vədədən çox müddət keçmiş: tez ol! O ləllərdən əlli danəsini şahə apar. Ab­bas o saət əlli danə qiymətli daşdan bir qaba quyuf üzərinə sər­puş çəkif şahə apardı. Şah bu qiymətli daşları qəbul edif dedi:

– “Oğul, get sənin sözlərin doğruymuş. Mənim xəzinədarım yalan söyləmiş,onunçun da həlak etdirdim”.

Abbas dedi:

– “Dölətiniz artıx olsun”, pəs şad və xürrəm evlərinə gəldi. Abbas gedəndən sora Teymur şah dedi:

– “Vəzir, amma bu oğlan hilədən də səlamət qurtardı. İndi elə bir tədbir çək ki, daha səlamət qurtarmasın”. Vəzir dedi:



– Şah sağ olsun, sən özünü xəstəligə vur. Abbasi hizurinə ça­­ğır deginən: Abbas, mən bir xəstəligə düçar olmuşam. Heç əla­­ci tapılmır odur ki, həkimlər mənə deyirlər ki, (Gül Kəh­kə­hə­nin gü­li) gəlsə xəstəlikdən qurtararsan. İndi gərək hər nə tər olsa gü­dif mənə Gül Kəhkəhənin gülünü gətirəsən. Hərgah gətirsən dün­ya ma­lınnan qəni edərəm. Lakin boyun qaçırsan, o saət həlak et­di­­rə­rəm – onda gedər gətirə bilməz. Həlak etdirib qızın vüsa­lı­na ye­ti­şər­sən”.

Şah vəzirin bu tədbirinə “mərhəba” deyif o saət Abbasi hi­zu­­rinə çağırtdırıf əhvalatı vəzir deyən kimi Abbasa söylədi. Ab­bas canının qorxusunnan “Şah sağ olsun, ölləm və ya inki Gül Kəh­­kəhənin gülünü gətirif səni səlamət edərəm”. Munu diyif şa­hın hizurinnən bikef qızların yanına gəldi. Əhvalati təmamilə söy­lədi. İsmət dedi:

– “Bundan ötrümü qəmgin olursan, o mənim boynuma. İndi bir namə yazaram atını minif Vizcadi bağına gedərsən. Həmin bağın bəri yanında yolun kənarında bir qoca kişi görərsən, na­mə­ni ona ver. O sənə Gül Kəhkəhin gülünü gətirməgi örgədər. Onu da bil ki, buradan cadi bağına yeddi günnük yoldur”. Pəs: Ab­bas qızdan naməni alıf cadi bağına tərəf getməgə məşğul oldu.

İsmət dedi: “Abbas, unutma ki, Gül Kəhkəhə məlaikələr şa­hı­nın qızıdır. Özü də mənnən sığa bacidir. Ona yetişən kimi mə­nim adımı nişan ver! Hətta özüm naməmdə də yazmışam. Nişan ver onda sənnən baravar gələr. Bir müddətdən sora Abbas özünü hə­man İsmət nişan verdigi qoca kişiyə yetirdi. Naməni piranə ve­rif piran namənin məzmununnan xəbərdar olan kimi dedi: –Ab­bas, yaxşı fikir ver. Gül Kəhkəhəyi ələ gətirməgi sənə örgə­di­rəm, lakin gələndə o naməni də xilas etdir. Abbas “bə çəşm” de­yif piran başladı.

“Üç gün at sürsən dördüncü günü pərilər padşahının qızı Gül Kəhkəhənin cadi bağına yetişərsən. Bağın qapısında bir tuğ ağa­cı vardır. Onnan iki mıx kəsif birini bağın qapısına çal. O sa­ət qapı açılar. Daxıl ol, digər məxə da bağın baş tərəfində bir da­ril imarə var. O qapının astanəsinə çal. O qapı da açılar. O saət da­ril imarəyə daxil ol; qabağına bir gög pərdə gələr, onu sındır. Pər­dənin dalında bülül löhənin üstündə bir şişə görərsən, o şi­şə­ni sındır. İçinnən bir gögərçin çıxar. Həmin saət gögərçini öldur. O zaman daril imarədən çıxıf bağın içinə tərəf get, çox keçməz bağ­­dan sənə sarı hesabsız qızlar gələr ki: mən Gül Kəhkəhəyəm, “Abbas apar məni” sən heç birinə yaxın getmə. Hərgah getsən o sa­ət tilsimə düşərsən. Odur ki, ən axırda bir köhnə libas geymiş uca boylu bir qız gələr sənə yetirən kimi onu tut degilən: “Ey Gül Kəhkəhə gəl gedək!”; o sənə diyər: “Abbas, məni burax bu sa­­ət gələrəm”. Onda ona mane olma, burax getsin, hər yana get­sə gələr”.

Abbas oradan yola rəvan oluf üç ötər dört deyən günü bağa ye­tişdi. Piran öyrədən kimi bağa daxil oluf tilsimi sındırdıxdan so­ra Gül Kəhkəhəni ələ gətirdi. Qız dedi:



– “Abbas, indi ki belə oldu, məni burax bu saət gələrəm”. Ab­bas qızı buraxdı. Bir az vaxtdan sora Gül Kəhkəhə bir məlai­kə­nə libas giyif Abbasın yanına gəldi. Dedi: Abbas mənim bacım İsmət na­məsində yazmışdı ki, nə təər olsa Abbasnan gələsən. Çünki, hə­min oğlan məni Şəşə döyün əlinnən xilas etdi. Özü də bacımız Gül xanı almışdır. Odu ki, sən atın minib get mən bu saət orda ola­cam. Abbas dedi:

– “Nazənin, sənə bir xahişim var, gərək rəva edəsən”. Qız de­di: – Nədi de görüm?”

Abbas dedi:

– “O yolun kənarində tilsimə düşmüş qojanı xilas edəsən”. Qız dedi:

– “Mənim gözüm ustə”. Pəs: hər ikisi qojanın yanına gəl­di­lər. Qız bir sehr oxuyuf qocanı tilsimdən xilas etdi. Ordan bir ism əzəm oxuyuf səmaya bilənd oldu. Bir az vaxtdan sora Lib­nan şəhərində İsmətin qəsrinə yetişdi. Hər üç bacılıq bir-bi­riy­nən görüşüf bütün əhvaltdarını başdan-başa nağıl elədilər. Bular söh­bətdə olsun, gəl sənə Abbasdan xəbər verim. Qojaynan halal­la­şıf mənzil-bə-mənzil Libnan şəhərinə yetişdi. Qızlar şad oluf dedilər:

– Abbas, bu zalım şah sənə çox zahmətlər verif.

Abbas dedi:

– Ey Gül Kəhkəhə, indi şah məni gözlüyür ona gül aparam.

Qız dedi:

– “Bu saət verərəm”, pəs: bir pinhanə çəkilif həzrət Sü­ley­ma­nı yad edif asqıranda ətirli gül ağzınnan yerə düşdü. Gətirif Ab­basa verdi. Abbas şad-xürrəm gülü şahə yetirdi. Bu gülün öy­lə höki var idi ki, hər kim iyləsə on beş yaşında cavan olardı. Şah Abbasa bir qədər inam verif yola saldı. Abbas Şah və vəzir gü­lü iyliyif on beş yanında cavan oldular. Şah vəzirə dedi:

– “Ey vəzir, bu cavan hilədən də xilas oldu, bəs munun ça­rə­si nədir”. Vəzir dedi: – Bu dəfə bir plan çəkərəm dünyada xilas ola bilməz” Bular plan çəkməkdə olsun. Gəl sanə Gül xandan xə­­bər verim. Gül xan üzünü Gül Kəhkəhə tutuf dedi:



–“Ey nazənin, bilirsənmi bu şahın fikri nədi?” dedi “bil­mi­rəm”.

Gül xan dedi:

– Bil və agah ol! Bu nabəgar şahın fikri budu ki, Abbası öl­dü­rüf, məni alsın”.

İsmət dedi:

– “Bacı, doğrudan da belədi”.

Gül Kəhkəhə dedi:



– “Heç qəmgin olmuyun, siz bajıların indi mən qohum, ağ­rə­­basıynan həlak edərəm”. Pəs: üzünü Abbasa tutuf dedi: “Get bu saət savaha vəzir vəkili və bütün qohum ağrəbasıla özünə qo­nax çağır”.

Abbas “bə çəşm” deyif şahın hizurinə yetişif dedi: “Şah sağ ol­sun, savah vəzir, vəkil, əyan əşrafınnan mənə qonax ol”.



Şah dedi: “Çox yaxşı savah şəhərin kənarında olan mey­dan­ça­da sənə qonaqlıq”. Abbası yola salıf gəldi vəzirin yanına, de­di:

– “Vəzir Abbas gəlif məni əyan əşrəfnən qonaxlığa dəvət et­di. Mən də savah gəlləm dedim. Bu qonaxlığa getməkdə bir fik­rin var gör yaxşımıdı? Savah biz əyan əşrəf və orduyi hi­ma­yuni­nən ona qonax gedərik. O isə mənim ordumun öhdəsindən gəlif yax­şı qonaxlıx edə bilməz. O vədə bu bahanə ilə boynunu vur­du­ruf Gül xanın vüsalinə yetişərəm. Vəzir şahın tədbirinə “mər­ha­ba” deyif savah olcaq bütün əyan əşrafnan həmin meydançaya get­dilər. Bu yannan Abbas qıza dedi:

– “Gül Kəhkəhə, indi meydançada qonaqlar bizi gözlüyür tez olun gedək”.

Abbasnan Gül Kəhkəhə meydançaya gəldilər. Gül Kəhkəhə mey­­dançada gəldilər. Gül Kəhkəhə bir pinhanə çəkilif həzrət Sü­leymanın sürfəsini açıf dedi:

– “Ey sürfə, səni and verirəm həzrət Süleymanə, bu meydanı bü­tün lamalığla kimi çadır edif ləziz taam hazır etdir”.

Sürfə həzrət Süleyman eşqinə, bütün meydanı hesabsız ta­am­­nan puşidə etdi. Pəs: şah, vəzir, vəkil, əyan, əşrəf və ordu hi­ma­yunnan çadırlarda qərar tutdular. Bulara taamlar verdilər. Yi­mə­gə məşğul ikən Gül Kəhkəhə Abbasnan baravar bir pinhani ye­rə çə­ki­luf bir ismi əzəm oxuyuf o saat öylə yağış və dolu yağ­dı ki, bü­tün Temur şahı, vəzir, vəkil, əşraf və ordu hima­yu­nuy­nan sel aparıf dəryayə tökdü. Abbas və Gül Kəhkəhə şad və xürrəm Lib­nan şəhrinə gəldilər. Bir neçə carçı şəhərə salıf camaəti bir yerə yı­­ğıf Temur Şah Abbasın barəsində nə kibi haqsız işlər gör­dü­gü­nü axırda əyan əşraf və qohum-ağrabasınan bəlayə düçar oluf sel apar­masını söylədilər. Sibhan Əli Temur şahə lənət edif onun ye­rinə şahlığa Abbası qəbul etdilər. Odu ki, Libnan şəhərini bəziyif Ab­basın başına şahlıx tacı qoyuf təxtə çıxartdılar. Bir müddətdən sora Gül Kəhkəhə şəhəri bəzədif qırx gün, qırx gejə toy eləyif Gül xanı şah Abbasa verdilər. Gül Kəhkəhə bacılığı İsməti də götürüf şah Abbas və Gül xannan görüşüf öz vətənnərinə getdilər. Şah Ab­bas Libnan əhliynən gözəl rəftar edib ədalət ilə hökmüranlığ sü­rüf öz məşuqəsi Gül xan ilə eyş-işrətə məşğul oldular.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin