Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə15/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   ...   10   11   12   13   14   15   16   17   18

DOQQUZUM PARANIN NAĞILI

Zəhra Alı qızı

Qazax- 9 yanvar, 1927
“Dondar” mahalında bir qoja qarı var idi. Bu qarının da var-yoxu bir qızı var idi ki, hər oturanda doqquz əpbək para yeyərdi. Bu qız belə əpbək yeməginə görə adını “Doqquzum para” qoy­du­lar.

Doqquzum para aylar keçif, illər keçif yekələnif ərə gedəsi ol­­du. Günnərin bir günündə əpbək az olduğunnan Doqquzum pa­­ra əvvəlki qayda üzrə qarnını qayıra bilmədi.

Odur ki, ay həmişəki Doqquzum para deyə-deyə ağlıyarkən xo­ja bunların qapısınnan keçirdi. Xoja Doqquzum para “Ay hə­mi­şəki Doqquzum para deyə ağlamanı xoşduyuf onun anasınnan xa­var aldı ki, qızın Doqquzum para deyif nə üçün ağlıyır. Anası Doq­quzum paranı başınnan əkmək üçün xojaya cavaf verdi ki, o gü­nü qara gündə doqquz tökçə para yun əyirər; indi bu gün yun ol­madığınnan yarım tökçə həmişəkinnən az əyirif, ona görə ağ­lı­yır. Xoja arvadın sözünə inanıf bir belə fikir eylədi.

– Mən xojalıxnan şəhərdə, kənddə özümu ayaza verə-verə, ima­nımı, dinimi sata-sata və yalan danışa-danışa qazanc qa­za­nı­ram. Əmbə bunnan yaxşı qazanc bu qızdı. Ona görə munu özü­mə arvat allam. Odu ki, öyümə aparıf bir dam yun alannan sonra bu qızı o yunun ujinnan calayaram. Hamısını ip eyləyər. Mən də həm o ipdən zili-xalı toxuyuf sataram, həm də ipin özünü sa­ta­ram ki, qazancım həddən aşar”.

Xoja bu fikirnən üzünü arvada tutuf:

– Ay xala! Allahın əmrinnən, peyğəmbərin şəriətinnən hər­gah isdəsən bu qızını mən alaram. Qarı dünənnən irazı ol­duğun­nan cavaf verdi ki, Allaha da qurvan olum, peyğəmbərin şəri­əti­nə də qurvan olum, sana da, bir qız bir oğlanındı.

Xoja qarıdan irazı olmax cavabını alanda dərhal bir fətir cey­­ran və imanını-dinini satan, qarıyı qoyuf ağı oxuyan bir süd­dü aş mollası tafdı. Bu molla Doqquzum paranın kəbinini “xoja Xu­duşa” kəsdi və urusumunu alıf gətirdi.

Xoja Xuduş bu el içində urvat olunmayan, öydə qalıf çuvala tay olan Doqquzum parayı kəcavədə əgləşdirif Dondar şəhərində olan öyünə apardı. Xuduş əvvəla Doqquzum paraya yeddi dəst pal­tar alıf öydə yemək içməgini bol eylədi. Sonra bir dam yun alıf Doqquzum paranın yanına qoydu və ona tafşırdı ki, bir illik sə­fərə gedirəm, gələnə kibi bu yunu əgirərsən.

Doqquzum para göz üsdə deyif ərinə yol azıxı qayırıf onu sə­fərə yola saldı. Sonra Xuduşun yol xorək çörəginnən yeyif səl­lə­­minə gəzərdi, yun əgirmək nədi. Bu qapı sənin, o qapı mənim o qədər gəzərdi ki, bir il tamam oldu. Xojanın gəlmək vaxdı ol­du­ğun­nan Doqquzum para qorxusunnan tez-tələsik cəhrəyi qur­du, onun xorək çörək bişirməyə majalı olmadığınnan horra çalıf iki qabda, hərəsini bir çiyninə qoydu və horranı yalaya-yalaya:

Xoja bazara gəlifdi,

Canım azara gəlifdi,

Göy təpələr göyər indi,

Ərim məni döyər indi –

deyə-deyə vız ha vız cəhrə əyirməyə başdadı.

Hal belə ikən qəzadən Dondar şahının oğlu Qanıxanın bo­ğa­zın­da sümük qalmışdı. Munu nə qədər həkim, carraha apar­dı­lar­sa, əlac eyləyən olmadı.

Odu ki, adətləri üzərə bir dəst mərəkinən Qanıxan qapı-qapı tü­­şüf dolanırdı ki, hər kim isdər həkim carrahlıxnan və isdərsə bax­­­dın çağırmaxınnan alxış eyləməgnən, caddı, pitiynən və ilax... munun boğazınnan sümüyü çıxardarsa hər nə istəsə şahlıx xə­zi­nəsinnən ala bilər. Qanıxan başındakı mərəkinən qapı-qapı gezə-gezə gəlif Doqquzum paranın qapısına çıxdı. Nə gördü onun çiynində horra qoyuluf, odu ki, gah bu çiyinnən, gah o çi­yin­nən horra yalaya-yalaya bir eybəcər və gülünc halda cəhrəni əyi­­rir. Xan bu gülüncü görcək qahqahınan bərk güləndə sümük bo­ğazınnan tüşdü. Bu zaman Qanıxanın başındakı mərəkə sö­yü­nə-söyünə xannan baravar Doqquzum paranı da şahın hü­zu­runa gətirif əhvalatı ona nağıl eylədilər. Şah oğlunun boğazınnan sü­mük çıxdığını eşidif çox şad oldu. Odu ki, üzünü Doqquzum pa­ra­ya tutuf buyurdu: “A qızım, indi de görüm nə ənam isdərsən. Doq­quzum para ərz eylədi ki, şah sağ olsun, sizdən puldan, mal­dan heş bir şey isdəmirəm, əmbə mənim bir dam yunum var bir­cə onu əyirtdirif if eylətsəniz sizdən yerdən göyə kimi irazı ol­lam. Şah bütün cəhrəçiləri Doqquzum paranın qapısına tökdürüf az vaxda onun bir dam yununu əyirtdirif gənə həmən dama yığ­dır­dı. Doqquzum para şaddığına şıllax ata-ata öy-eşiyi silif, sü­pü­rüf, yığıf, yığışdırıf xoja Xuduş yolunu gözdüyürdü.

O tərəfdən xoja Xuduş bir illik səfərdən öyə gəlif nə gördü yun tamamən əyrilif tökçə halında dama ambar vuruluf. Xuduş Doq­quzum parayanan bir illik ayrılığı münasibətilə görüşüf de­di:

– Sən mənim dolanajağımın dirəyi olduğunnan bu dünnən gö­zümün işığı, gönlümün isdəklisisən. Doqquzum paranın qol­tu­ğu qarpızdanıf arvatdana-arvatdana xörəkdən, çörəkdən qayırıf ərin­nən yeyəndən sonra şirin söhbət eylədikləri zaman bir “Don­zan böcüyü” gəlif bunların yanınnan keçirdi. Doqquzum para mu­­­­nu görən kimi bir yaxşı guh yerə salıf donzan böcüyünü onun üs­dünə qoydu, o böcüyə layıx hürmət eylədi.

Xoja Xuduş arvadınnan xavar aldı ki, nə səbəbə bu işi gör­dün.

Doqquzum para canını yun əyirməkdən qurtarmax üçün ca­vaf verdi ki:

– Ay gözümün işığı, gönlümün isdəklisi mən onu görəndə gö­züm ağrıyır. Odu ki, hərgah sən də onnan olsan mən sənnən ne­jə ömür sürərəm. Sən daha bu günnən eylə az vaxda çox-çox iş­dəri tutma. Laf doğrusu bir də yun darama. Öy-eşiyinin işinnən məş­ğul ol.

Doqquzum para bu uydurma kələyinnən əri xoja Xuduşu ağ­lı­nı kəsdirif öz-özünə:

Qızıldan taxdın olunca

Bir quru baxdın ola

dəyif əri xoja Xuduşnan mal-dölət içində ağ günnərnən ömür sürməyə başdadı.

ALLAHVERDİ ÇOVANIN NAĞILI

Əziz Əsgərof

Qazax, Yanvar, 1928
“Xanqıran” mahalında “Mərdən” addı bir qoja kişinən Gü­lən­dam addı bir qoja arvad var idi. Bulların da ölənnən sonra çı­ra­la­rını yandıran oğul uşaqları yoxudusa da əmbə qara baxt on iki qızdarı var idi. Kasıf olduxlarınnan həş kəs urvat eləyif bir­cə­ci­yini də almırdı. Qoja ataları kasıf-karrıxnan bir qarına aj bir qa­rına tox dolandırırdısa da həmişə öladdarının gələjeyini dü­şü­nür­dü:

– Aya, mən ölənnən sonra bu yazıxlar nejə dolanajaxlar...

O bir axşam gənə ölatdarının fikrinnən yatmışdı. Yuxuda gör­dü ki, “Şahqannı” şəhərində varrı-dölətdi, eynində bəyyana li­vas, başında gün, ayağında ay və hər çiynində bir şavaxlı yıldız çox gümrah dolanır. Mərdan kişi savah olan kimi şenniyə çıxıf yu­xusunu camahata söylədi. Camahat əhlinnən kimisi yuxuyu pis yozuf: a yazıx, eşitmiyifsənmi ki, “aj toyux yuxusunda darı gö­rər”. Sən hara, o gördüklərin hara...Əmbə dünyə görmüş ağ­saq­qal, qarasaqqal yuxunu yaxşı yozuf:

– A Mərdən kişi, yuxuya girən, ağıla da girər. Elə də olsa sən kasıfsan, belə də olsa. Allaha təvəkkül eyliyif Şahqannıya get. Ya bir yollux ölərsən, ya bu pis günnən qurtararsan. Qoja Mər­dən əl ağzı fal olar deyif arvad uşağınnan halallaşannan son­ra Şahqannıya xavar ala-ala diyar-bə-diyar gezməyə başdadı. Mər­dən gezdiyi vaxt çöl biyavanda böyük sürü sahavı Allah­verdi addı bir çovana rast gəldi. Çovan qojanı görüf xavar aldı: – Ay əmi, itiyi itmiş adam kimi bu çöl biyavanda nə gəzirsən. Bi­li­rəm çox yol yeridiyinnən ajsan, otu çörək ye. Mərdən savahdan aj idi. Çovan qoyunnardan bir qav süd sağıf çörəknən baravar onun qavağına qoydu. Mərdən doyuncax çörək yeyəndən sonra örə­yinnən bir yanıxlı ah çəkdi. Çovan onun örəy yandırıcı ahını eşi­dif dedi:

– Əmi, and olsun səni, məni yaradana. Nə səbəbə belə ah çək­digini mana söyləsən. Əgər mənnən aşası iş olsa, cannan-baş­nan düzəldəjəm. Mərdən çovanı belə insaflı və rəhmli cavan görüf əvvəla gördüyü yuxuyu ona söylədi. Sonra ərz eylədi:

– Ay balam, onnan ötrü ah çəkdim ki, mən yaranmışımnan hələ doyuncax çörək yeməmişdim. Bu gün burda yedim. Əmbə mə­nim arvadım on iki qızım yeyəsiz öydə ajdılar. Allahverdi ço­van Mərdənin əhvalatını eşidəndə həm yuxuya havasdanıf və hə­m də rəhmi cuşa gəlif dedi: Eşit və inan. Bu gördüyün böyük sü­rü tək mənim özümündü. İndi itdi eşşəkli sana bağışdadım. Mən ca­halam harda olsan dolannam. Əmbə sənin başın gora titrəyir və bir bölük uzun saşdı gözünü sana tikifdi. Sən bu sürüyü apar ölə­nə kimi dolan, mən də gəzmək havasında olduğumnan həm yu­xunun dalınca gedərəm, həm də gəzərəm. Qoja Mərdən ço­van­nan bu sözünü eşidif söyünə-söyünə və ona alxış elləyə-el­lə­yə sürüyü itdi, eşşəgi qavağına qatdı. Gejə-gündüz otara-otara öyü­nə getdi. Arvadı-uşağı və Xanqıran əhli munnan xavardar oluf Mərdənin başına uyuşdular və əhvalatı xavar aldılar. Mər­dən əhvalatı onlara nağıl eylədi. Xanqıran əhli:

– Gördünmü, biz dediyimiz kimi yuxun xeyirri yuxu oldu de­yif və hər kəs də öyünə dağıldı. Mərdən də, arvad uşağnan sü­rü­yə yaxşıca muğayat oluf onun səbəbinə gümrahnan dolanmağa başdadılar.

O tərəfdən Allahverdi çovan el və el düşüf suraxlaşa-su­rax­la­şa Şahqannı mahalını gəzirdi. O bir müddətdən sonra Şahqannı ma­halının surağını alıf oranın yaxınnığındakı qavırsannığa çatdı. Axşam düşdüyünnən qavırsannıxdakı gümbəzin yatmax üçün içi­nə girdi. Allahverdi çovan gümbəzdə dincəlməkdə olsun, sizə Şah­qannı şəhərində iki qardaş tacirrardan söylüyüm. Şahqannı şə­hərində iki qardaş tacir var idi. Bullar hədsiz, hesafsız var, dö­lə­tə malik olmaxnan baravar böyük qardaşın Allahverdi bəy addı oğlu, balaja qardaşın da Baxdıgül addı bir qənirsiz gözəl qızı var idi.

– Əmi qızı, əmi oğlu bir-birini söydüyünü atalarına bil­dir­di­lər­sə də heş birinin atası irazı olmadı. Ollar halı belə görüf belə məsləhətdəşdilər ki, axşam olan kimi hərəsi bir köhlən atı minif və birini də vəzindən yüngül, qıymatdan ağır şeylərdən yüklüyüf, həmən şəhərin yaxınında olan qavırsannıxdakı gümbəzdə olsun, or­dan da üz biyabana qoyuf o qədər getsinlər ki, axırda öz ma­hal­larınnan çıxıf özgə bir mahalda bir-birinnən ömür ke­çirt­sin­nər. Bu məsləhətdən sonra hərə öz öyünə gedif səfər tədarükünü ha­zır eylədi. Axşam olanda Baxdıgül xanım bir dəst bey yana li­vas və bir köhlən atı minif, birini də vəzində yüngül, qıymatdan ağır şeylərnən yüklüyüf bir xəlvət yerdən özünü qavırsannıxdakı güm­bəzə yetirdi. Orda ay Allahverdi, gəlifsənmi deyəndə, ço­va­nın da adı Allahverdi olduğunnan mən çoxdan burdayam ca­va­vını verdi. Baxdıgül dedi:

– Əyə, olma günün qulağı yaxannan gəlifsən. Bə atın hanı dur­max vaxdı döyül, min gedək.

– Bəli, elə o vaxdan gəlmişəm, əmbə atım, zadım yoxdu, Bax­­dı­gül gejə zil qarannıx olduğunnan elə bildi ki, bu əmi­za­də­sidi. At getməyə majal olmuyuf elə piyada gəlif:

– Ziyan yoxdu, gəl mənim yedəyimdəki atı min gedək. Allah­verdi çovan onnan getmək sözünü eşidif: “Ay dil qafil, gəl bu suvarə ilə get, bəlkə o yuxunun əlamətidir. Xeyrə çatasan de­yif Baxdıgülün yedəyindəki ata mindi. Allahverdi çovannan Bax­dıgül xanım atdarı tərpədif üz biyavana qoydular. Xavardan-xa­varı olmuyan Allahverdi bey gejədən xeyli keşmiş atını minif özü­nü gümbəzə yetirdi. Gümbəzdə ha əmizadəsini gözdədi, gə­lən olmadığınnan öylərinə qayıtdı. Baxdıgülnən Allahverdi lal-kar ovaşdana kimi at sürdülər. Ovaşdan Baxdıgül dedi:

– A Allahverdi bəy, indi savah açılır. Bura bizim mahaldı. Ço­van çolux görüf tanıyar. Gəl bir yerdə axşama kimi gizdənək. Axşam olanda gənə gedərik. Baxdıgülün təybiri üzərə hər ikisi at­darını sürüf bir xəlvət yerə yetişdilər və orda atdarı örüklədilər. İşıx gözü Baxdıgül xanım yanındakına baxanda nə gördü: bir qıl­lı papax, qıllı çarıx və qıllı qartılı çovandı. Əmizadası nə gəzir. O çovannan əyə sən kimsən və haraya gedirsən deyin xavar aldı.

Allahverdi çovan onun cavavında “Mən Allahverdiyəm, atam­nan-anamnan küsdüyümnən öz mahalımızdan özgə ma­hal­da dolanmağa gedirəm”.

Baxdıgül fikrə qarq olmuş: daha mən atamın qorxusunnan öz mahalımıza qayıda bilmərəm. Gənə lazımdı munu yanıma gö­­türüf qürbət elə getmək. Qürbət eldə bir müddət munnan ya­şı­yıf ağlını, kamalını yoxlayaram. Havax ağıldan kamaldan qoy­rax olarsa daşını atmax hasantdı. Yox kasasında bir şey olsa ço­van olanda nə olar, bəlkə yaradan tanrı məni bu Allahverdi ço­vana yazıf. Baxdıgül bu fikirnən Allahverdi çovanın yanına gəlif a yazıx həmişə atadan, anadan küsənnər bir-birini tapar. Mən də sən dərtdiyəm, qulaq as başıma gələni sana söylüyüm: “Mən varrı-dölətdi Ədilbəyin oğlu Əhməd bəyəm, atam zülümkar ol­du­ğunnan camahat onu öldürdü, məni də öldürəjeydilər ki, qaş­dım qurtardım, həmən gümbəzdə sana rəs gəldim.”. İndi hər iki­miz qərif olduğumuzdan qərif mahallarda bir-birimizə arxalanıf do­lanax. Allahverdi munun məsləhətinə can-başnan irazı oldu. Ol­lar axşam olan kimi atdanıf yola düşdülər. Az getdilər, üz get­di­lər, dərə-təpə düz getdilər, axırda “Qaçax Qala” mahalına çat­dı­lar. Bu yer çox safalı olduğunnan orda qalmağa hər ikisi irazı ol­­dular. Ona görə Qaçax- Qaladan iki mərtəvə bir imarat alıf altdakı mərtəvəyə atdarını bağladılar. Üzdəkində də özdəri do­lan­mağa başdadılar. Orda bir belə, beş gün belə dolandıxları vaxt Baxdıgül Allahverdi çovanı yoxluyuf gördü ki, çovannı­ğın­nan belə, az-çox ağlı, kamalı və mərifətli vardı. Baxdıgül ço­va­nın kasasını dolu görəndə meyli ona qonuf başına gələn qəziyyə­ni əvvəldən axıra kimi ona söylədi.

Və onnan bir yerdə həmişəlik ömür sürmək istədiyini də aş­dı. Çovan belə gözəli çoxdan axdardığı üçün beyax irazı oldu. Ona görə yoldan para götürüf şəhərə çıxdı. Şəhərdən bir dəs bəy ya­na livas alıf eyninə geydikdən sonra öylərinə qayıtdı. O Bax­dı­gülü al qumaşa bəzənmiş və özünə yedi qələmnən zinət vermiş görəndə ağ­zının suyu davanını isdatdı. Qız da Allahverdini baz burutdan düz görüf “Ay oğlan, düzdür qismətdən artıx yemək olmaz, mə­nim gözümün ilk oyu sən oldun. Odu ki, mən səni ürəgnən sö­yü­rəm. De görüm sən nə xəyaldasan”.

Allahverdi onun cavavında “Sən ki məni söyürsən, mən də sə­ni dünənnən söyürəm”. Hər ikisi bir-birini ürəkdən söy­dük­lə­rin­­nən Baxdıgül dedi: – İndi ki, belə oldu, bizim dolanacağımız bəy livasımız bəy formu, mən də xanım olduğumnan sən də bəy ol­malısan.

Şəhərə çıx bir qazı çağır ki, bizim kəbinimizi kəssin. Allah­ver­dinin canınnan idi. O saat şəhərdən bira qazı tapıf özünnən baravar öyə getdi. Qazı Baxdıgül xanımın kəbinini Allahverdiyə kə­­sənnən sonra orusumunu da alıf getdi. Bular da bir müddət keyfə-damağa məşğul oldular. Günnərin bir günündə Baxdıgül xa­nım:

– Ay Allahverdi, eşitifsənmi bir yannan üsdə gəlmiyən şey axır­da qurtarar. Bizim də dölətimiz onun kimidi. Belə yeyif yat­ma­ğın qavağında dağda tavlaşmız. Biz burda qərif oldu­ğu­muz­dan gərək mahalın addı-sannı adamlarınnan cılız divannarınnan ta­nış olax. Dost olax ki, olların səbəbinə yaxşı hürmətimiz, in­va­nı­mız olsun. Bir iş uju tapıf dolanaq. Belə iş düzəltmək üçün indi sən bir yaxşı töhfəynən Qaçax Qalaxanın yanına get. Yaxşı hü­rmət elləyək, bəlkə keyfi çatdayıf bizə köməkdarrıxı ola. Allah­verdi Baxdıgülün təybirini bəyənif bir yaxşı töhfəynən şə­hə­rə çıxdı. Şəhər əhlinnən mahalın divanı “Xasay xan” ol­du­ğu­nu örgənif onun bargahına getdi və izin alıf içəri girənnən sonra ni­şannısının təybiri üzərə həm töhfəyi verdi, həm də əhvalatı on ərz eylədi. Xasay xan töhfənin örtüyünü açıf gördü ki, burda lö­yün və löyün qıymatdı üzüklər və qıymatdı daşdar var. O belə töh­fəni görüf, çəçələ barmağı dişində: – Belə adamnan iş əksik ol­maz, qonax gedif bu sirri bilmək lazımdı.

O bu fikirnəın, ay cavan qorxma sizim kimi səxavətdi adam­la­ra mənim çok hörmətim olar, deyif Allahverdiynən baravar onun qapısına getdi. Piləkənnən öyə çıxanda xanın gözü ağuş­qa­dan bir qənirsiz gözələ sataşıf bir konüldan min konüla ona aşıq ol­du. Xasay xan Baxdıgülə vurulduğunnan daha öyə getmək ta­qa­tı olmuyuf bitab ordaja yıxıldı. Allahverdi səvəvini xavar al­dıx­da: çilləsiz, kamansız bir ox örəyimin başınnan keşdi, nə qanı var, nə yarası, əmbə ciyarımı sancı doğruyur. Ona görə heş bir yana gedə bilmərəm, tez məni öyümə apar, ölsəm də orda ölüm. Allahverdi kor peşman Xasay xanı aparıf öyünə qoyuf qayıtdı. Öydə əhvalatı Baxdıgülə söylədi. Baxdıgül onun cavabında:

– Mən qonax gələjəyinnən özümə bəzək verif öyü saz­da­yan­da o ağuşqadan mana çox diqqətnən baxa-baxa yıxıldı. Yaxın ki, mana vuruldu. İndi onun xatasınnan qutarsaq yüz yaşarıx. Bullar be­lə qorxu içində olan vaxt o tərəfdən Xasay xan manşır təy­vir­çi­si qul başı Bodur bəyi hüzuruna çağırtdırıf əhvalatı ona aşdı. Və təybir tökməyi buyurdu. Bodur bəy ərz etdi ki, xan sağ olsun, gə­rək sən qızın visalına yetişmək üçün oğlanın başını batırasan, onun da başını belə batırmaq ola bilər.

– Pərilər məkahında bir bağ var, o bağı şirrər qoruyur. Sən Allah­verdiyi yanına çağırtdırıf, buyur mənim naxoşduğuma hə­kim­lər şir südü buyuruflar. İndi gərək nə təhər olsa mana şir sü­dü gətirəsən. İçif qutaram. Onda nəmərin, nəmərdi, hürmətin də bir artıx. O burda qərif olduğuna görə yaxın ki, qorxusunnan ge­də­jək. Onda şir südü getdiyi oluf şirrər onu parça-parça eləyər. O ölənnən sonra qızın burda bir kəsi olmadığınnan tezcə ona sa­hav ola bilərsən. Xasay xan Bodurun bu təybirini bəyəndiyinnən iki qul göndərif Allahverdiyi hüzuruna çağırtdırdı. Xan Bodur bə­yin təybiri üzərə özünü naxoşduğa vuruf pərilər məkanınnan şir südü gətirməyi ona əmr elədi.

Allahverdi xanın qəzəvinnən qorxduğunnan baş üsdə deyif bi­kef Baxdıgülün yanına gəlif xanın əmrini ona söylədi. Bax­dı­gül:

– Allahverdi, mən demədimmi o mana bənd oluf bizi balaya sa­lajax, a yazıx pərilər bağınnan şir südünü nə təər getirməyi atam mana söyləmişdi, əmbə indi qurumuş yadımnan çıxıfdı. Hər halda getməyin lazımdı. Çünki xan mahna gezir, başını batırıf mana sa­hav olsun. “Eşitmiyifsənmi adam xavar ala-ala haja gedər”. Sən də hər yerdən soraxlaş, südü nə təər gətirməyin örgən. Bəlkə bax­dın yar ola. Olu o yeri tanıyannar sana nişan verə gedif gə­tirəsən. Bu zalımın cənginnən yaxamız qurtula. Onu da bil ki, heş vaxt mən səni unutmaram, ölənə kimi yolunu gözdəyəjəm. Şər de­mə­sən xeyir gəlməz. İşdi sənin başına bir bala gəlsə o saat özümü öl­dür­rəm. Allahverdi Baxdıgüldən belə bafalı sözü eşidif bir yannan mun­nan, o biri yannan yuxudan fərəhlənif şannısınnan halal­la­şan­nan sonra mahal-ba-mahal pərilər məkanını xavar ala-ala gəz­mə­yə getdi. O bu qılıx gənə bir mahala yetişif pərilər məkanını xavar alanda ağsaqqal, qarasaqqal:

– Bir mənzillikdə “Xalıxan” şenniyi var. Sən oraya get, ol­la­ra pərilər məkanı yaxın olduğunnan hər bir sirrini bilərlər. Allah­ver­di bir gejə-gündüz yol gedif həmən şenniyə çatdı. Pərilər mə­ka­nını ordan xavar alanda bir dünya görmüş kişi:

– Ay bala, çox sənin kimiləri pərilər məkanına gedif hələ də qayıt­mıyıf. Əvvəla gəl mənim sözümü eşit getmə, hayıfsan. Elə ki getmək isdəsən mən hər nə desəm ona əməl elə. Bəlkə, bax­dın oyax oluf, muradın hasıl ola. Pərilər məkanı o görügən du­man­nı dağın başıdı. Qış, yaz, bivaxt o dağdan duman əksik ol­maz. Elə ki sən həmən dağın başına yetişdin, bir xəlvət yerdən pə­rilər bağındakı bir mərmər hozun başında olan böyük qonağın höy­xurruğuna gir, gözdə, günorta vaxtı pərilər göyərçini donun­da çimməyə gələjəklər. Və hər yana baxıf bir ins-cins görmə­yən­də göyərçin donunnan pəri donuna düşüf də soyunuf çiməjəklər. Olar çimməyə məşğul olan vaxt sən birinin paltarını oğurra, pə­ri­lər çıxıf paltarrarını geyəndə birinin paltarın səndə olduğunnan deyəjəklər:

– Ay bizim paltarı götürən hər nə canını cinsən nə mətləbin var­sa de yerinə yetirək – əmbə paltarı versən o qədər paltarı ver­mə ki, paltarı itən pəri tək qalsın. Elə ki, tək qalıf paltarını istə­yən­də sən çıxıf əhvalatı ona söylə. O yerinə yetirməyə söz versə onu bavasının çığasına and verənnən sonra paltarını ver. Daha qorx­ma hər nə desə qavıl ellə o sana istədiyini verər.

Allahverdi qojanın təybiri üzərə dumannı dağa çıxdı. Pərilər bağı­nı tapıf bir xəlvətdən həmən hozun başındakı qonağın hoy­xur­ru­ğuna girif pəriləri gözdüyürdü ki, bir də gördü yeddi göy­ər­­çin hozun qırağına tüşüf. Ollar pəri donuna girənnən sonra so­yu­nuf çimməyə başladılar. Pərilər çimdiyi vaxt o birinin pal­ta­rı­nı götürüf qonağın hoyxurruğuna girdi. O tərəfdən pərilər çimif pal­tarını geymək istəyəndə gördülər Fatma addı pərinin paltarı yox­du. Hər tərəfi axdardılar. Bir əsər tapbadıxlarına görə:

– Ay paltarı aparan, nə cannı cinnisənsə de hər nə mətləbin var, rəva eləyək, əmbə paltarı ver. Bir cavaf çıxmadığınnan ay ba­jı nə elləyək paltarı aparanı tapa bilək. Biz çoxux deyin o qor­xur biz gedək. Səni seyran bağında gözdüyək, sən tək qal bəlkə pal­tar götürən insafa gəlif verə sən də gələsən – deyif göyərçin do­nunda pərvaz eliyif getdilər. Pərilər gedənnən sora Fatma o uzun saşdarınnan cəmdəyini bürüyüf:

– Ay paltar aparan, hər karsansa, qorxma mən təkəm, nə mət­­ləvin var, de yerinə yetirim, mənim paltarımı ver.

Allahverdi pərilər Fatmasını tək görüf paltar əlində onun ya­nı­na gəldi. Və əhvalatı ona aşdı. Pərilər Fatması bir xoş sıfat, xət xa­lı bənöyşə kimi, qəd-qameti ər-ər kimi, bəni adəmi görüf ona kö­nül verdi.

– Ay bəni adəm, and olsun bavamın cığasına paltarı ver, işi­ni düzəldəjəm. Allahverdi Fatma and işdiyi üçün paltarı verif bir ya­na çəkildi. O paltarını geyif, Allahverdinin yanına gəldi. Fat­ma:

– Sən burda duruf mən süd getirənə kimi gözdəsən, şirrər sə­­ni görüf həlak eləllər. Ona görə sən get dumannı dağın ətə­yin­də gözdə, mən bajılarımın yanına gedif ollarnan baravar şir­rər­dən süd alıf sana getirim. Allahverdi Fatmanın məsləhətinə irazı oluf dağın ətəyində onu gözdəməyə başdadı. Fatma göyərçin do­nu­na girif bir su içimində seyran bağına bajılarının yanına gəldi. O əhvalatı bajılarına söyləyəndə bajıları munnan baravar şir­rər­dən süd alıf ona verənnən sonra dedilər:

– A bajı, sana bəni adəm əli deydiyinnən biz səni içimizə qo­­ya bilmərik. Fatma ha and işdi ki, mana bəni adəm əli demiyif. An­­caq pərilər inanmadılar. O yazıx malul-müşkül şir südünü gö­tü­­­rüf Allahverdinin yanına gəldi. Südü Allahverdiyə verdi. Allah­­­verdi Fatmaynan halallaşannan sonra Qaçax Qalaya tərəf yo­­la düş­dü. Bir qədər yol gedif geri baxanda Fatma həmən yer­dən tər­pənmədiyini gördü. Gənə bir az da gedif geri baxanda onu dalınca forun­nux maral kimi baxar görüf: “Ey dil qafil, bəl­kə onun sana deyəsi bir sözü var. Gəl geri qayıt, soruş gör nə de­yir”.

Allahverdi bu fikirnən Fatmanın yanına qayıdıf ərz eylədi: – Sə­ni and verəjəm pərilər pirinə ürəyində nə dərdin varsa mana bə­­yan ellə. Əgər əlimnən gələn olsa cannan-başnan rəva ellə­yə­rəm. – Pərilər Fatması onu belə bafalı görəndə bajılarının onu iş­lə­rindən çıxartdıxlarını söylədi.

– İndi ki, belədi, havaxt irazı olsan, gəl mənnən gedək, səni gö­zümün üsdündə saxlayaram. Fatma onun cavavında – hərçənd bə­ni adəmə etivar yoxdu. Əmbə səni çox etivarrı və sadıx gö­rü­rəm. Ona görə sənnən gedə bilərəm. Əmbə sən burda gözdə mən pə­­rilər məkanına deyim gəlim.

Fatma pərvaz elliyif az vaxtda pərilər məkanına yetişdi. Öy­lə­­­­­­rin­­nən vəzindən yüngül, qıymatdan ağır şeylərdən götürüf Allah­­ver­dinin yanına gəldi. Onnan baravar Qaçax Qalada Allah­ver­­di­nin öyünə yetişdilər. Hər ikisi Baxdıgül xanım ilə görüşən­nən son­­­ra əhvalatı ona söylədilər. Baxdıgül hər ikisinin sağ-sala­mat südü də gətirif gəlməsinnən çox şad oldu. O Allahverdiyə sü­­dü xa­­­na aparmasını söylədi. Allahverdi südü götürüf xanın ya­nı­­­na gəl­­di. Xan onnan təmənnəşif nə təər gedif getməsini və key­­­fini-ha­lını xavar alıf şir südünü qavıl elləyənnən sonra ona nə­­­mər verif yo­la saldı. Xasay xan Allahverdinin bu gedər gəl­məz­­­dən salamat gəl­diyinnən gənə də təybirçi Bodur bəyi hü­zu­ru­­­na çağırtdırıf ona heş əlac olmuyan bir təybir çekməyin bu­yur­du. Bodur bəy xanın ca­vavında ərz etdi ki, xanım daha mən təy­bir­­­dən acıjam. Çünki be­lə gedər-gəlməz səfərdən salamat qu­ta­ran adama nə qədər bala da qursan yıxılmaz. Gənə də buy­ruğu­nuz­­dan boyun qaçırmıram. Can­nan-başnan təybir tökməyə ha­zı­ram. Əmbə indi yox, bir müd­dət burax fikirrəşim. Bir elə təy­bir töküm ki, Allahın bajısı oğlu da o təybirin qavağında aciz qalsın. Xasay xan Bodur bəyə həd­siz-hesafsız nəmər verif bajaranatan tez təybir tökməsini tafşırdı. O tərəfdən Allahverdi söyünmuş öyə gəlif xanın munnan çox ira­zı oluf, nəmərnən yola salmasını söylədi. Baxdıgül və Fatma sö­yu­­nuf hər halda təybirri olmağınız lazımdı, dedilər. Baxdıgül xa­nım Fatmanın hər əhvalatını Allahverdidən eşitmişdi. Onun qərif bir pəri olduğu üçün Allahverdinin onu almasına irazı oldu. Al­lah­­verdi Fatmanın də kəvinni özünə kəsdirdi. Hər ikisinnən şad-xürrəm yaşayırdı.

Ay keşdi, il keşdi, gəlinnərin hərəsinin bir qəşəng oğlu oldu. Oğ­lan­nara ağ günnər içində pərvəriş verdiklərinnən bir yaş­la­rın­da ay parçası kimi bədirrənmişdilər. Ataları və anaları uşaxlarına fə­­rəhlənif möhübbətnən dolanırdılar ki, o tərəfdən Bodur bəy Xa­­say xanın hüzuruna gəlif ərz ellədi:

– Xan sağ olsun, bu qədər müddətdə belə bir təybir tök­mü­şəm.

Allahverdini yanına gətirtdirif deynən mən naxoşduğumun dər­mənini tapmışam. Get o dünyədən bavam “Aydımir xan”nan ma­na bir xavar gəti görüm nə işə məşğuldu. O gedəndə mana de­mişdi ki, havaxt işin dara düşəndə məni çağırt işinə əncam çə­kim. Onu da bil ki, havaxt xavar gətirdin xannığımı sana verə­jəm. Yox xavar getimədin boyununu vurdurajam.

Yəqin ki, o sənin cavavında ya xavar gətirə bilmərəm de­yə­jək, ya da qəzəviyin qorxusunnan baş götürüf gedəjək. Onda ol­la­rın hər ikisində də o tələf olar, sən də mətləvinə çatarsan.

Xasay xan Bodur bəyin təybirinə afərin deyif o saat bir neçə qul göndərif Allahverdini yanına gətirtdi. Xan Bodur bəyin təy­biri üzərə buyurdu:

– Allahverdi, mən dərdimin dərmənni tapbışam. Rəhmətlik ba­bam “Aydəmir”in düşgün vaxdı idi. Gənə mən də həmən Qa­çax Qala mahalının xanı idim. Camahata çox zülm elədiyimnən o mana qarğış elərdi. Hələ öləndə:

“Ay nəjəm, görüm sənin sağ günün baş ağrısı olsun” deyə öl­dü. Ona görə səni o dünyayə babam Aydəmir xanın yanına gön­dərirəm ki, naxoş olduğunu ona deyəsən. Çünki o can verən vaxt mana demişdi: “Bala, işdi mənim qarğışım keçif naxoş ol­san, məni çağırtdır, əncam çekərəm”.

Havax xavar gətirdin xannığım sənindi, yox getimədin boy­nu­nu vurdurajam. Allahverdi xanın əmrinin cavavında:

– Ay xan, üş günə kimi ya xavar getirməyə gedərəm və ya ba­şımı verrəm. Dedi:

Xan buyurdu:

– İxtiyar sahavısan. Allahverdi dərd qəmə bələnmiş öylərinə gə­lif əhvalatı şannılarına nağıl elləyəndə pərilər Fatması dedi:

– Bu işin əlaci məndə. İndi kağız qələm al, mən hər nə de­səm yaz, Allahverdi əlinə kağız qələm aldı.

Fatma sözə başdayıf:

– “Bafasız balam Xasay xan!”

Sən nə qədər böyüyüf və təkəbbürrənifsən ki, özün əndərif mə­nim yanıma gəlmirsən. Bu qərif adam göndərirsən. Yaxşı a ba­lam!... Doğurdan da gözdən iraq olan, könüldən da iraq olar­mış. Ha vaxt ölətdik hax-sayı olmaseydi, sənin başına mən bili­rəm nələr getirərdim. Nə elliyim ölətdən keçmək olmur. Mə­lu­mun olsun ki, sənin dərdin nə mənim və nə də camahatın qar­ğı­şın­nan döy, yalqız eşq dərdidi. Onun çarasını mən eləyə bilərəm. Əm­bə göndərdiyin ya adam olduğunnan nə, nə işə məşğul ol­du­ğu nə də sənin dərdiyin çarasını deyəmmədim. İndi sözümün qu­ta­ranı bu naməni alan kimi başını orda isdat, burda qırxdır. Həm dər­diyin davasını elliyim, həm də sən mənim, mən də sənin işə məş­ğul olduğumuzu bilək.

Əztərəf mərhum baban: Aydəmir xan.

– Allahverdi, bu naməyi civinə qoyuf, xanın yanına get. Ona de ki, xan sağ olsun, eni, üzünü yeddi arşın və hündürrüyü yeddi ağac odun yığdır. O zaman mən gedif o dünyədən babannan xa­var gətirrəm. Elə ki, odun hazır oldu onun başında bir dəs yorğan-dö­şək saldır və deyinən mən çıxıf həmən yorğan-döşəkdə yat­dı­ğım vaxt siz oduna od vurun. Sən bu sözdəri deyif odunu da hazır elətdirənnən sonra öyümüznən görüşərəm deyif buraya gəl.

Allahverdi Fatmanın təybiri üzərə xanın yanına gedif o hər nə demişdisə də hamısını ona söylədi. Xan Allahverdinin de­dik­lə­rini hazır ellətdi. Allahverdi odunu yığılmış, yeri salınmış gö­rən­də görüşmək mahnasına öyə gəldi. Və şeylərin hazır olmasını Fatmaya söylədi. Fatma pəri donunnan Allahverdinin donuna gi­rif həmən odunun yanına gəldi. Ordan da odunun başına çıxıf ye­rə girənnən sonra oduna od vurmağı söylədi. Xavardan xavarı ol­muyan Xasay xan şaddığınnan şıllax ata-ata oduna od vur­dur­du. Odun çırt-çırtnan yanıf alov tüstü hər yanı bürüyən vaxt Fat­ma gövərçin donuna girif pərvaz edif öylərinə gəldi və əhvalatı Allah­verdiyə söylədi. Fatma ilə Allahverdi o qədər gözdədi ki, odun tamam yanıf kül oldu. Onda Fatma üzünü Allahverdi bəyə tutuf:

– Daha durmax vaxtı döy. Dur bir xəlvətdən həmən odunun ya­nına gedəsən. Mən orda səni külə basırajam. Sən küldə o qə­dər gözdə ki, yanınnan bir neçə adam keçəndə küldən çıxıf olar­nan baravar Xasay xanın yanına get və həmən yazdığımız na­mə­ni ona ver. Yadında olsun o dünyə haqqında hər nə xavar alsa na­mədə yazılannan qırağa çıxma. Fatmanın təybiri üzərə hər ikisi odun külünün yanına getdilər. Bu zaman Fatma Allah­ver­di­ni külə basırıf öyə qayıtdı. Allahverdi adam gözdədiyi vaxt qə­za­dən Bodur bəy başında mərəkə xanın bargahına getmək üçün gə­lif ordan keçirdi. O mərəkəyi görəndə küldən çıxıf ollarnan ba­ravar xanın yanına gəldi və naməyi ona verdi. Xasay xan na­mə­yi bütün mərəkənin içində oxuyuf məzmununu həm camahat və həm də özü biləndə bu möcüzəyə mat-məəttəl qaldılar. Xan bir xeyli fikrə gedif:

– Munun dərdi eşq dərdi olduğunu va bavası ölənnən indiyə ki­mi onu yadına salmadığı namədə yazıldığınnan naməni o dün­yə­dən bavası Aydəmir xan yazdığına inandı. Ona görə həm eşq dər­dinə çarə üçün, həm də bavasını görmək üçün əlvəsaat Allah­ver­diyə qalatdığı odun qədər odun qaladıf başında yer saldırıf özü yerə girənnən sonra höküm ellədi. Oduna od vurun. Ca­ma­hat xanın hökmünə görə oduna od vurdular. Odun alışıf yananda xa­nı ellə yandırdı ki, külü də ələ gələsi olmadı. Allahverdi halı be­lə görəndə söyünmüş öylərinə gəlif, xanın yanmasını şannı­la­rı­na söylədi. Ollar də beyə arxalı tuşmanın ölməsinə çox sö­yün­dü­lər. Hər üçü şad-xürrəm dolandıxları vaxt biyqəfildən Allah­ver­di naxoşdadı. O naxoş yatdığı vaxt arvat-uşaxları başına yı­ğış­­dılar.

Baxdıgül başında pərilər Fatması ayağında və oğlannarının hə­­rəsi də bir qolunun üstündə idi. Allahverdi bu oturuşu görüf bir qahqaha çəkif güldü. Arvatdar and verif xavar aldılar ki: “Na­­xoş adam dərddi olar, de görək o dərd nə, bu gülmək nə”. Allah­verdi özünün əhvalatını və qoja Mərdənin yuxusunu arvat­da­­rına nağıl elədi. Fatma elə Baxdıgül munun başına gələn qə­zavi qədərə mat, məəttəl qalıf dedilər: “Doğrudan da ağıla gələn, başa gələrmiş”.

Allahverdi bir neçə günnən sonra naxoşduxdan qalxdı. Pə­ri­lər Fatması və Baxdıgülnən baravar Xasay xanın bargahına gəl­dilər və carçıları mahala dağıtdılar. Carçılar car çağırdığına görə bir az vaxtda Qaçax Qala əhli uşaxdan böyüyə kimi xannıx bar­ga­hına yığışdılar. Bu vaxt Allahverdi əvvəla özünün, Baxdı­gü­lün və atanın başına gələn qəzavü-qədəri əvvəldən axıra kimi ca­ma­hata nağıl ellədi. Sonra Xasay xanın isdər camahata və isdər bul­lara etdiyi zülümünü və axırda cəzasına çatdığını olara bil­dir­di. Qaçax Qala əhli bu qəriflərin başına gələn qəza qədəri eşidif mat-məəttəl qaldılar. Hərgiz bəni adəmlər bələ işdəri görə bil­məz, şükür o qədər zəhmətdən və zillətdən sonra axırınız xeyrə çıx­dı. O sizə zülüm eləyəndə haqqında cəzasına çatdı: “Munun gor­vagor atası və bavası da özü kimi camahatı çalıf çapan, zü­lüm­kar şorgöz idi”. Allahverdi tuşmanını öldürdüyünnən və ca­ma­hat munun tərəfinə keşdiyinnən bir qəşəng şaddıx məjlisi qu­ruf camahatı arvatdı uşaxlı o məjlisə qonaq çağırdı. Camahatın ədət­dəri üzərə məjlisə aşıqlar və çalğıçılar gəldilər. Aşıqlar bir ne­­çə gözəlləmə oxuyannan sonra məjlisin buyurmağına görə “Ta­hir Mirzə”nin nağılını söyləməyə başdadılar. Nağılı yarı­la­mış­dılar ki, məjlisə xorək, çörək gəldi. Aşıqlar da camahatnan ba­ravar yeyif, işdilər və gənə nağıla başdadılar. Ta inki, nağılı Ta­hir Mirzə Banı xanımnan tapışıf, onnan baravar əmisinin da­va­sına gələn yerə yetirdilər. Bu vaxt:

– Ay camahat, Tahir Mirzə davaya gedən vaxt xaşdıx yığ­mış­dı.

Camahat aşıqlardan bu sözü eşidif olara nəmər yığıf verdilər. Aşıq­­lar nəmər yığannan sonra biri arvatdarın məjlisinə getdi. Bi­ri də həm camahatı güldürmək üçün və həm də yatannarı oyat­max üçün qaravəlliyə başdadı:

“Günnərin bir günündə “Vayşüyən” kişi oğlu “Bədöləti” ça­ğı­rıf çörək ye, oduna gedək, yoxsa öldürsən də getmərəm. Vay­şü­yən kişi ha elədi başa gəlmədi. Axırda sarı toyuxları öldürüf oğ­lunnan yedi ki, bəlkə Bədölət oduna gedə. Əmbə Bədölət to­yux­ların ətinnən o qədər yedi ki, qurvağa udmuş ilan kimi ağzı açıx qaldı. Sonra eşiyə çıxıf belə fikir ellədi:

Mən oduna getməmək üçün bir elə yer tapbalıyam ki, atam gə­lif məni tapbasın. O bu fikirnən hər yanı gəzərdi. Bir də ot ta­ya­sını görüf onun layını qaldırıf altına girdi. Bu tərəfdən Vay­şü­yən kişi nə qədər gözdədi Bədölət gəlmədi. Axırda əşiyə çıxıf gez­di. Gənə Bədöləti tapa bilmədi. And işdi ki, o öyə gələndə gə­rək o qədər döyüm ki, əlifi əzbərdən oxuya.

Bədölət ot tayasında axşama kibi yatdı. Qəzadən axşam iki qon­şu cayalı həmən tayaya oğurruğa gəldilər. Oğruların hərəsi bir tərəfdən çatıları sərif ota calandılar. Buların biri tələsikdə Bədöləti də onnan baravar şələ vuruf dalında yola düşdülər. Şə­lə­sində Bədölət olan oğru gəridən gəliyinnən yuxudan ayılan Bə­dölət halı belə görəndə əlini uzadıf irəliki oğrunun yumşaq ye­rinnən çimdiklədi. Oğru yoldaşına dedi:

– Ay kişi oğlu kişi beylə də zarafat olarmı. Daldakı oğru and-aman eylədi ki, mənim xavarım yoxdu. İnanmırsan irəli ke­çim. O bu sözdən sonra irəli keçdi. Bu vaxt şələsində Bədölət olan oğrunun gənə yumşaq yerini Bədölət bərk çimdiklədi. Oğru bu­ğa sıçrayan döyə kimi dat atıf “ay aman indi də mənimkini əl­lə­­dilər”. Oğrular belə qorxuda olan vaxt Bədölət ay görək uşağı əg­ləşin görüm bu otu oğurruyuf haraya aparırsınız, deyin çığırdı. Oğ­rular bu sözü eşitcək şələləri tolluyuf qaşdılar. Bədölət şə­lə­lə­ri də götürüf qapılarına getdi.

Şələlərin çatıları da əlində atasının yanına gəlif ay ata ha­vaxt oduna getmiş olseydux, bir belə xeyrimiş olmazdı. Vay­şü­yən kişi Bədölətin sözünə qulaq asmıyıf onu əlinnən gəldiyi qə­dər döyüf, unnan yumşağ ellədi. Bədölət çovan əlinnən sipa qu­ta­ran kimi qutarıf özünü bir samannığa saldı. Orda gördü ki, bir sa­van səvədi var. Gələnnər görməsin deyin səvədin altına girdi. O gejə bir oynaşnan bir aşna bir-birinə vədə verdiklərinnən bir yay­lıx xoşgəvərnən Bədölət olan samannığa gəldilər. Oynaş yay­lığı yerə qoyuf aşnasına dedi:

– Yeyif kef çəkək, yoxsa kef çəkif yeyək.

Aşnası:


– Kef çəkif sonra yeməyi söylədi. Oynaş dedi:

– A canım qurvan, bir de görüm sən məni havax bəyənifsən.

– Mən səni xançal çekif dolana-dolana şaxsey vaxsey deyə-de­yə başını yaranda bəyənmişəm. Oynaş bu möhübbət artıran sö­zü eşitcək, onun möhübbəti daha da artsın, deyin əlini-ətəyini çır­malamaynan baravar xançalı siyrif üzünü aşnasına tutuf indi qa­vağımdakı saman səvədi bir saatdığına baş olsun. Mən iki də­fə şaxsey deyə-deyə yetişif bir xançal vurajam ki, iki bölünsün. Aşna dedi:

– Eylə eləsən səni daha da beyənnəm. Oynaş dərə xəlvət tül­kü bəy məsəli, qoltuğu qarpızdanıf aşnasına dediyi kimi, be­lin­nən xançalı çəkif iki dəfə şaxsey deyif, üçüncü dəfə vaxsey deyə-deyə özünü səvətə yetirif vurum deyəndə Bədölət özünü yı­ğış­dırıf uja səsnən:

– Ya Hüseyn-ya Hüseyn deyif səvədi göyə atanda oynaş ay aman aşna bura Hüseynnan doldu. Durmax vaxdı döy, gəl qaçax de­yəndə aşna da oynaşnan baravar qaçıf öylərinə getdilər. Bir tərəfdən Bədölət söyünmüş gözü maşallah pişiyinin gözü kimi pa­rıldadı.

Yaylığı göturuf atasının yanına gəldi:

– Ay dədə, bir şələ odunnan ötrü məni döyüf öldürdün ki, sən tənbəllik elliyif öyümüzə xeyir vermiyirsən. Bax indi mən iki şələ ot iki çatı və bir yaylıx xuşgəvər getirmişəm. İsdəsən on ara­va odun alarsan. Vayşüyən kişi oğlu Bədölətə baxıf:

– Ay bala, doğurdan da hər kər bir vəznən başını dolandırıf dün­yadə aj qalmaz”.

Aşıq qaravəllini qurtaranda camahat sağ olunu üsdünnən yağ­dırıf ona çay gətirtdilər. Bu aşıq çay içməgə məşğul oldu, o biri aşıq da arvatdarın məjlisinə hər cürə oyun havası çalıf olları oy­natmaqnan baravar konullarını aşmax üçün “Sarı köynək” gö­zəl­ləməsini oxumağa başladı:


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin