Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə7/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   2   3   4   5   6   7   8   9   10   ...   18

ŞAHZADA BƏHRAMIN NAĞILI

Əli Rəhim oğlu

Qazax- 1926

Ustatnama
Könül bais olma yar yoldaşa

Cəhd elə yıxılanı əlindən qap

Güvənmə bəgligə, gülmə gədayə

Axır bir gün səndən çəkərlər hesab.


Aynan gün gərdiş elər başına

İki sonu bir-birinə yetişə

Uruzu qarardı gələr yetişə

Həzar ölkə gəz, həzranda çap.


Bivəfa ilə oturuban durmayın

Vəfalının hərgiz tərkin qılmayın

Artıb dərdi gün gündən bihisab

“Abbas” edər söda şikayət könül.


Ustatdar bir deməyib iki deyər. Biz də deyək iki olsun.

Bizdən salam olsun kamil ustada

Ustat etməyənin işi xam qaldı

Neçə danəndələr getdi dünyadən

Yerində bir neçə ağlı kəm qaldı.
Əgər bu dünyada ömr etsən yüz il

Əlində təsbəhin sanasan yüz il

Həzrət Nuh ömr etdi min doqquz yüz il

Sanasan bir gün, bir axşam qaldı.


Təkəbbur insana salam eləməz

Gədayi kimsəyə ənam eləməz

Heç kəs bu dünyanın işin tamam eləməz

Çoxlar cəhd elədi natəmam qaldı.


Mərətti Allahi deyər ay nəsib ilə

Səmadən baş vermiş ay nəsi ilə

İsgəndər mülküdü ay nəsir ilə

Nə Cəmşid paççah, nə də cəm qaldı.


Ustatdar iki deməyib üç deyər. Biz də deyək üç olsun:

Ay ağalar heç kəs yalqız olmasın

Yalqız igidin işinə daşdan tufar deyəllər

Bizirkansan aç matahın xırd elə

Arallar o gökdə nə var deyəllər.
Tanıyannar ələ alar alıcı quşu

Zurraf olan tanıyar qiymətdi daşı

Oğul atadan sonra artırsa işi

El içində ona təran deyəllər.


Bircə çalış mətləvin yetgin

Fuğaranın bir əlinnən dutgunan

Hər nə etsən öz əlinnən etgilən

Min balanı başdan savar deyəllər.


İsgəndər atandı çıxdı zülmətdən

Xəzr endi içdi ab həyatdan

Söz düşdü qılıcdan, igitdən, atdan

Surfanı hamıdan ziyat deyillər.

İsfahan vilayətinin şahı olan Astan şah öz daril imarəsində əy­­ləşmişdi. Vəzir ilə söhbət eyliyirdi. Bu söhbətdən fariq olan­nan son­ra Astan şah usta istədi. Bəhökm şah usta hazır olub şa­hın ba­şını təraş etməyə başladı. Şahın başını qurtarıb ona ayna ver­di. Şah öz əksinə tamaşa eləyəndə gördi sinni keçib (ustat­ların demə­yi­nə görə Astan şahın yaşı 50-60-a çatıbbış) bir ah suznaq çəkib dedi: “Vəzir, sən bilirsənmi, mən bu ahi nədən ötrü çəkdim?”

– “Şah sağ olsun! Bilmirəm, hərgah söyləsən əlajini eləyə bi­lərəm”.”Vəzir söylərəm ancaq o əlaj sənin əlində dəgil, qulaq as söylüyüm: – Ey danəndə vəzir, mənim yaşım keçib bir piran ha­lına gəlmişəm, ancaq bir öyladım yoxdu ki, mən ölənnən sonra bu tac-taxtıma sahib olub İsfahan mülkini dolandırsun.

– Şah sağ olsun, bu yaman dərdin əlajini mən elərəm. Ancax mə­nim dediyimə qulax asasan. “Hərgah sənin qəlbin yumşalıb və səxavət əlin açılıb camaata rəhm eləsən o elin duası mustəcab olar və Allah taala sənə öylad zükür kəramət elər”.

Şah vəzirin bu nəsihətlərini eşidib fağır fuğaraya hədsiz, he­sab­sız pul və mal verib yeddi il camaatdan bac və xərc almadı.

Şah bir gün yatmışdı, aləm röyada bir xoş sima munun başı­nın üstündə durub deyir: – “Ey şah, hərgah yatıbsan, oyan, oyaq­san­sa əşit. Sənin camaətə verdiyin dölət və elədiyin yaxşılıq hə­dər getmədi. Allah taala sənə bir öylad zükür kəramət elər. O dün­­yayə gələndə adını Bəhram qoyarsan. Və Bəhram çox zəh­mət­lər və əzablar çəkər. Amma axırda adı dünyanı dutub sənin çi­ra­ğını başatan yandırar. İkinci bir öyladın olar ki, onun da adı­nı Heydar qoyarsan. Bu da Bəhramdan daha ziyada şücaətli olar.

O şəxs bu sözdəri söylüyüb şahın gözünnən qayib oldu. Şah höl­nak yuxudan bidar olub vəziri hizurə istədi. Bə hökm şah və­zir şahın hizurinə gəldi. – Şah sağ olsun, mənim üçün nə qulluq? – dedi. Astan şah başına gələn qəzanı tamamilə vəzirə söylədi, tədbir və çarə dilədi.

– “Şah sağ olsun, həmin gəzdiyindi ki, tapubsan. Genə fağır-fuğaraya gül nisar elə axırı xeyir olar”.

Şah vəzirin dediyinə əməl edib genə fuğaraya hədsiz- hesab­sız pul payladı. O günnən o vaqyanın tarıxını qoyub, ta inki doq­quz ay, doqquz gün, doqquz saat, doqquz dayqa tamam oldu şah­­zada Bəhram dünyaya gəldi. Astan şah şad olub qırx gün İs­fa­han şəhrini bəzəndirib camaatnan şadlıx elədi. Bəhramı o gün­nən dayaya, dayadan lələyə verdilər, yeddi yaşa yetişdi, bu za­man məktəbə qoydular. On iki yaşına qədər Bəhram məktəbdə oxuyub və həmi də dava məşqini təmamilə öyrəndi.

Bir gün Bəhram saraylarının eyvanında oturmuşdu, şikarə çıxmış bir des atdı görüb vəzirdən soruşdu: “Bu nə atdıdı”.

– Tasatdığın olum bular şikar edub ovdan gəlir. Bəhram heç şi­­karə getməmişdi. Onun üçün çox həvəslənib dedi: “Vəzir atam­nan izn al, mən də şikara getmək istəyirəm”. Vəzir “bə çəşm” deyif Astan şahın yanına gəlib Bəhramın şikara getmə­sinə izn istədi.

– Vəzir Bəhramın qəlbini sındıra bilmərəm. İzn verdim, am­ma sən də onnan barabar get. Gözdə amandı bir balaya düş­mə­sin və öz torpağımızdan kənara getməsin, çünkü bu diyar­larda çox cadı var. Olara rast gələr, öyüm yıxılar, balam əlajsız dərdə düçar olar.

Vəzir şahın tapşırıxlarına “bə çəşm” deyif şahzada Bəhra­mın yanına gəldi. Yeddi yüz atlı götürüb izzət və cəlal ilə əzm şi­kar oldular. İsfahanın uja dağlarına yetişdilər. Şikargahlarda se­yid etməgə başladılar. O qədər şikar ilə məşğul oldular ki, lap ax­şam oldu. Şahzada atdılarınan baravar bir məkanə gəldi, ora Sistannan İsfahanın arasıydı. Yorğun olduxlarınnan çadırlarını qu­rub o gecəni orda yatdılar. Amma şahzada Bəhram şikarın şo­kun­dan sabaha qədər yatmıyıf şikar alətlərinə sığal verirdi. Ta inki sabah vaxtı olub hökm elədi bütün qoşun atdanıb amadəyi şikar oldular. Bəhram vəzirə dedi: “İndi söylə görüm hayanda yaxşı ov taparıx, o tərəfə gedək.

– Tasatdığın olum. Bavan mənə tapşırıb ki, həm öz tor­pa­ğı­mız­dan kənarə çıxmayın və həm də şikardən tez qayıdın. Ona gö­rək gərək İsfahan şəhrinə qayıdax.

– Vəzir and olsun babamın cığasına qırx günədək bu şikar­dan dala qayıtmaram.

– Şahzada sən bilərsən, ancaq munnan belə biz gedə bilmə­rik. Hərgah getsək onda Kabil əhlləri bizdəri həlak edər. Bəhram və­zirin bu sözdərinə qəzəb olub, – kimdi mənim bu qılıncımın qa­bağını qaytaran? – deyib atına bir mahmız tiz göstərib Sistan mül­kinə tərəf getdi; biçarə vəzir naəlaj qalıb qoşunnan baravar munun dalınca getdi. O qədər at sürdülər ki, Sistan vilayətinin bir gözəl yaylağına yetişdilər.

Orada dil düzən çadır göründü. Şahzada Bəhram atına mahmız gös­tərib çadırın yanına getdi. Çadıra nəzər yetirdikdə nə gördü? Zərin çadırda bir gözəl əyləşib, misli manəndi dünyada yoxdu. Şah­zada bu ceyran misal qızı görçəgin bir könüldən min könülə aşıq gi­riftar oldu. Ordan birbaşa vəzirin yanına gəldi dedi: “Mənim şika­rım bu idi. Daha mənə bir şikar lazım dəgil. Amandı bir çarə elə”.

– Tasatdığın olum, sakit ol. İndi mən o çadıra gedib əhval du­taram. Vəzir bir neçə ağsaqqal qarasaqqal ilə həmin çadıra get­di. Xacələr və cavanlar buları pişvaz edub mehmanxanaya apar­dılar. Bir qədər söhbətdən sora vəzir əhvalatı açdı:

– Hazırun İsfahan şahının oğlu şahzada Bəhram bu qıza aşıq olub, məni onnan ötrü buraya göndərib ona cavavınız nədi?

– “Vəzir sağ olsun biz nəçiyik cavab verək. Bu qız Xtan vi­la­yətinin şahı olan Ali şahın qızıdı, Sistan yaylağına seyrə çıxıb. Bir neçə günnən sora öz vilayətinə gedəcəkdir. Bəlkə orda ata­sın­nan alasınız. Yoxsa bu yol üstündə elə iş olmaz”.

Gəlin beylə bir iş eliyək. Hər ikisi bir-birinə söz versin, ni­şan taxax, sora Xtan vilayətində bir-birinə yetişərlər.

Xacələr bu sözü qıza söylədilər. Qız razı oldu o saat nişan tax­dılar, qızın mirvarid üzüyünü şahzadaya şahzadanın üzüyünü də qı­za verdilər. Şahzada bu işə çox şad oldu. Axşam qoşun əhli yuxuya getdisə də o şokunnan yatmadı. Gəl sənə qızın dayəsinnən xəbər verim: O gecə şahzada Bəhram xofundan dura bilmiyib hökm etdi kəcavə yüklənib Xtan şəhərinə tərəf yola düşdü. Bu yannan şah­zada Bəhram qızın şokunnan yata bilmiyib qılıncı belinə bağlayıb yavaş-yavaş qızın çadırına tərəf getməyə başladı. Yetişdikdə gördü nə çadır var, nə qız. Məyus olub filfor vəzirin yanına qayıtdı. “Nə yatıbsan dur, şikar əldən çıxdı.Vəzir hölnak qalxıb gördü şahzada Bəhram gözünnən ab nisan kimi yaş tökür. Soruşdu: “Şahzada nə içün giryan olmuşsan. Səbəbini söylə əlaj elərəm”.

– Vəzir, dilim dutmur, qulaq as saznan söznən deyim:

Şahzada Bəhram:

Aman vəzir əlaj elə dərdimə

Gözümə görünmür oralar indi,

Siryaqublar yaman düşdü araya

Onunçün uzaxlaşdı aralar indi.
Əlinə almışdı topnan tüfəng

Dünyaya gəlmiyib bir belə nəhəng

Qoyduğu nişanadı atdığı xəndək

Bağrımın baş başına yaralar indi.


Çətin Bəhram bu dərddərə dayana

Yatmış könlüm bu qəflətdən oyana

Gərək üz çöyürəm şaha Xtana

Gül xəndan zülfünü paralar indi.


Şahzada Bəhramın cavabında Vəzir:

Oğul qorxma müşkülünü bitirrəm

Qayıdıban künc xəzinə gətirrəm

Arızı edib mətləbinə yetirrəm

Qoymaram gül şanın solalar indi.
Şahzada Bəhram:

Mən qorxuram dastan olam dillərdə

Bülbül kimi heç gəzmiyim güllərdə

İndi cumur dərin, dərin göllərdə

Çalxanıb buların sonalar indi.
Vəzir:

Qorxma oğul dastan olmaz dillərdə

Ta ölüncə səni qoymaram çöllərdə

Qürbət vilayətdə, qürbət əllərdə

Gərək tanıyıban bilələr indi.

Şahzada Bəhram:

Çox qorxuram danışallar biləllər

Dost, duşmannar rəxşə edib güləllər

Qorxum budu yarı mənnən alallar

Onda yaman olar aralar indi.
Vəzir:

Oğul Gül Xandan gözləyəcək yolunu

Sənnən qeyri yad vərməz əlin

Xar qonuban daha pozmaz gülünü

Siryaqıblar götürülsə aradan indi.

Vəzir saznan dildarlıq vərdi ki, “Şahzada xof etmə. Səni mət­ləbinə yetirərəm”.

Bu sözdən sora tamam qoşun atdanıb şahzada Bəhramnan İs­fahan şəhrinə gəldilər. Astan şaha xəbər verdilər, oğlun şikar­dan qayıtdı. Astan şah şad olub oğlunu hizurinə istədi. Bəhram bar­gahə varid oldu. Şah qolunu oğlunun boynuna salıb üzünnən, gö­zünnən öpdü və o oğluna diqqətnən baxırdı. Gördü Bəhram çox dilgirdur, soruşdu: – “Oğlum boyun balasın alım, söylə gö­rüm bu şikarda sənə nə olub belə dilgir olubsan”. Atayi məhri­ban, mənim dilim tutmaz əhvalatı sənə nağıl eləyəm. Ona görə vəzirindən xəbər al.

Şah əmr elədi, vəzir hizurə gəldi. Əhvalatı vəzirdən xəbər al­­dı. Vəzir dedi:

– Şah sağ olsun, bu əhvalatı dil ilə deyə bilmərəm hərgah izn versən saznan deyərəm.

Şah izn verib vəzir bu dillərnən Bəhramın dərdini Astan şa­ha söylüyür:



Vəzir:

Nagahandan bir ceyrana duş oldu

Əql başdan getdi can bihuş oldu

Ceyranın eşqinə fəramuş oldu

Axtarıb ceyranı tapa bilmədi.

Yoxdu onun tək bir kaşı hilal

Bu gözəllikdə hanı bir belə kamal

Bəhram da eşqinnən tapmır qərar

Dolandı ceyranı bula bilmədi.

Ürəgimizə vurdu bir yaman yarə

Uzaqlaşdı bizdən düşdü kənarə

Əgər Xtan şəhərinə gəlsən dübarə

Axtardı ceyranı bula bilmədi.

Şah dedi:

– Vəzir Allah oyunu yıxsın, mənim çırağımı yaxşı sön­dür­­dün. Mən hara, Xtan hara. Bu vilayət ilə, oranın arası altı ay­lıx yoldur. Oraya getməg olmaz. Şahzada Bəhram bu sözü eşidib ata­­sına dedi: – “Şah baba, hərgah izn versən, mən öz dərdimə dər­­­man elərəm. Və hasanddığnan məşuqəmi gəturrəm”.

– Oğlum, nə tör ilə gəturə bilərsən söylə görüm.



Şahzada Bəhram:

İsgəndər tək cəng libasın götürrəm

Götürübən göz önündən itirrəm

Tezliknən məktubımı gətirrəm

İzn versən qayıtmaram bu yoldan.
Əyər mənə izn versən icazə

Günü günnən ömrüm olar tər təzə

Gələn vəxtdə çıxarlarmı pişvaza

İzn versən qayıtmaram bu yoldan.


Sənin duan olsa mənim dalımca

Saraluban gül rəngim dönüb narınca

Qayıtmaram bu sodadan ölüncə

İzn versən qayıtmaram bu yoldan.


Astan şah:

Oğul yaman yerdə qara etdin baxtımı

Dağıtdın dölət tac taxtımı

Piran etdin oğul yaman vaxtımı

Oğul getmə indi aman günüdü.
Sən gedərsən çox xəyala dolaram

Saraluban hayva kimi solaram

Sən gedərsən mən intizar ölərəm

Oğul getmə indi aman günüdü.


Astan şahı bu fikirlər dindirər

Dostdarı ağladıb, duşmanları güldürər

Bəhram anan bilə öz-özünü öldürər

Oğul getmə indi aman günüdü.


Şahzada Bəhram:

Baba gecə-gündüz bu odlara yanaram mən

Nejə dönüm əyri telli sonamnan

İxtiyar alaram mən də anamnan

İzn versən qayıtmaram bu yoldan.
Ata, ana dərdin balasına söylər

Ağlar, ağlar sakit olar neyliyər

Axır anadıkı mənə, südün halal eyliyər

İzn versən qayıtmaram bu yoldan.


Bəhram diyər xoş yaradıb yaradan

Yatan vaxtda qəmli könlün oyadan

Analar da heç də keçməz baladan

İzn versən qayıtmaram bu yoldan.

– Babacan, amandı, mənə izn ver gedim. Ya gərək öləm və ya­inki öz məşuqəmi gətirəm.

– Ey nur didəm get anayın yanına, o sənin çox zəhmətini çə­kib­di hərgah o izn versə onda mən də izn verib yola salaram. Şah­­zada Bəhram “bə çəşm” deyib anasının hizurinə varid oldu.

Gül Çöhrə xanım qolunu oğlunun boynuna salub üzünnən, gözünnən öpüb soruşdu: – “Oğul bu neçə gündə sən haradaydın? Heç mənim yanıma gəlmirdin”.

– Anayı-mehriban, şikar əzm qılmışdım.

– “Oğul, şikarın da mübarək olsun, gəl əyləş, görüm nə tə­hər şikar əzm qıldın və nə kimi igitdiklər gördün?”

– Ey ana dilnən yox, saznan şikar əhvalatını sənə tamamilə bə­yan edərəm.



Şahzada Bəhram:

Şikarə çıxmışdım gördüm bir maral

Daha qalmadı məndə səbrnən qarar

Əlimnən getdi külli ixtiyar

Mən yanına iltimasə gəlmişəm.

Bəhramın anası oğlunnan ceyran sözünü eşidib bildi ki, eşq bəla­sinə düçar olubdu. Bu dillərnən oğluna cavab verməyə baş­la­dı.



Gül Çöhrə xanım:

Oğul şikarə çıxanda nə bəlaya tuş oldun

Ağıl başdan gedüb fəramuş oldun

Nə dindin-söylədin, nə xamuş oldun

Dərdin nədi iltimasə gəlmisən.
Şahzada Bəhram:

Kəhlik kimi mən gəlmişəm bu səsə

Bülbül kimi giriftarəm qəfəsə

Könül batıb bu xəyalə, bu səsə

Mən yanına iltimasə gəlmişəm.
Gül Çöhrə xanım:

Oğul nə qəflətdi oyunuban yatmısan

Nə eşqdi, nə sövdadı tutmusan

Fikir elə bir tac təxti atmısan

Nə səbəbdən iltimasə gəlmisən?
Şahzada İbrahim:

Ana bəyan edib min kəlməni söyləyən

Xançal alıb bağrım başın tiləsən

Əyər nəməni halal eyləsən

Mən yanına iltimasə gəlmişəm.
Gül Çöhrə xanım:

Oğul xuduyu bağlaram etiqadımı

Hökm edərəm bəzərlər atını

Halal etdim əməyimi, südümü

Çünki sən də iltimasə gəlmisən.

Söz tamama yetdi. Bəhram babasının hizurinə gəlib onnan da izn alıb Xtan vilayətinə getməyə amadə oldu. Astan şah oğlu ge­dən zaman dedi: – “Bala nə qədər pul və qoşun lazımdısa özü­nə götür. Səni Allaha tapşırıram. Bəhram xəzinəyə daxil olub bir dəst dava libası götürüb və bir güvə Heydər ata suvar olub Xtan vi­layətinə yola düşdü. Günə bir mənzil teyyi mənazil ba­deyi sər­sər kimi xuraman-xuraman at sürüb Xtan vilayətinə gedirdi. Bir müddətdən sonra Xtan vilayətinə tərəf gedirdi. Bir müd­dət­dən sonra Xtan vilayətinin yolunu azdı. Kənar bir yolnan getdi axır­da bir piran hökmdarə rast gəldi. Piran dedi: – Oğlan, söylə gö­rüm sən hansı bağın bülbülü və hansı baxçanın gülüsən və ha­ya­na gedirsən?



Şahzada Bəhram:

Başına döndüyüm qurban olduğum

Bava, bu yol çöl Xtanə gedərmi?

Gejə, gündüz bu oddara yandığım

Bava, bu yol çöl Xtanə gedərmi?
Piran:

Başına döndüyüm gül yüzlü bala

Oğul, bu yol çöl Xtanə getməyir

Səni görcək könlüm düşdü xiyala

Oğul, bu yol çöl Xtanə getmiyir.
Şahzada Bəhram:

Qızılgülü dəstə-dəstə dərginən

Dəribən də pinhan yerə sərginən

Xtan yolun mənə nişan verginən

Bava, bu yol çöl Xtanə gedirmi?

Piran:

Oğul qızılgülü dəstə dutub dərmişəm

Dəribən də pinhanlara sərmişəm

Çox da sınıx könülları örmüşəm

Oğul, bu yol çöl Xtanə gedirmi?
Şahzada Bəhram:

Nə müddətdi bu södaya düşmüşəm

Eşqin badəsinnən mən də içmişəm

Mən Bəhramam tac təxtdən keçmişəm

Bava, bu yol çöl Xtanə gedirmi?
Piran:

“Piran” deyər qurban olum mən sənə

Əzəlinnən qurban dedim can sənə

Bava əyləş gejə mehman ol mənə

Oğul, bu yol çöl Xtanə getmiyir.

Söz tamama yetişdi. Piran dedi:

– “Şahzada çöl Xtanın yolu bu yandadır. Mən aparıb gör­sə­də­rəm, amma bu gejə mənə qonaq ol” .

Bəhram piranın sözünü sındırmayıb o gejəni qonax qalmaq içun onun daril imarəsinə getdi. Gejə söhbət eyləyən zaman pi­ran Bəhramnan xəbər aldı: – “Oğul Xtan bir balalı şəhərdir. Nə içun elə bir vilayətə gedirsən?

– Bava, qulax as, nə içun getdiyimi sənə annadım:

Şahzada Bəhram:

Bir gözəlin södasına düşmüşəm

Ağlım başdan gedib daha zayil olmuşam

Axtarıram gözüm görmür üzünü

Ala gözdərinə mayil olmuşam.
Əzəldən sözünə demişəm bəli,

Dərdinnən olmuşam divanə, dəli

Bu nisbətdə olmaz məlikə, pəri

O səbəbdən saralıban solmuşam.

Mən Bəhramam sözdərim söylərəm pinhan

Əslin xəbər alsan nişan bə nişan

Dağılmış Xtanda ol gül xəndan

Onun içun sirri södaya salmışam.

Piran şahzadanın belə eşq södasına düşdügünü annıyıb onu bu södadan geri qaytarmax içun bu dillərnən görək nə deyir:

Piran:

Oğul iyit gərək dediyini danmıya

Əzəl tutduğunnan peşman olmuya

Zən əhlidi peşman ola gəlmiyə

Əbəs düşüb bu södayə gedirsən.
Şahzada Bəhram:

Belə gözəl gəlmiyibdi cahanə

Dolansa bu döran, dönsə zəmanə

Üzüyünü verib mənə nişanə

Üz çöyürüb ol viranə gedirəm.
Piran:

Oğul dərdinnən çəkirsən ah zarı

Gözəli yaradar yaradan tanrı

Gülə düşmən yaradıb o zalım xarı

Əbəs düşüb bu södayə gedirsən.
Şahzada Bəhram:

Amanəti vardı mənim əlimdə

Xarlər oynayammaz mənim gülümdə

Bəhram deyər səri qoydum yolunda

Qavıl etsə mən qurvana gedərəm.
Piran:

Oğul qaşın qara o dişdərin yaməni

Hax götürsün aralıxdan yamanı

“Piran” deyər yandırasan haməni

Tapşırıram ol xudaya gedərsən.

Piranın dört oğlu var idi. Onlara tafşırdı:

– Oğlannarım şahzada həm yol bilmiyir, həm də təkdi. Ona gö­­rə dördünüz də attanıb munu Xtan yolunun bir cada yoluna qə­dər aparın.

Hamusu “bə çəşm” deyib atdara suvar oldular. Şahzada Bəh­­ram piran ilə halallaşdı, Xtan vilayətinə tərəf rəvan oldular. Ta­in­ki həmin cada yola yetişdilər. Burada şahzada piranın oğ­lan­ları ilə halallaşıb Xtan elinə tərəf getməgə məşğul oldu. Pi­ra­nın oğlannarı da öz öylərinə qayıtdılar.

Şahzada Bəhram bir neçə gün at sürüb bir axşamüstü bir bi­ya­vannan getdiyi vaxt bir qalaya nümayun oldu. “Gedərəm bu qa­lada bir neçə gün istirahətlik edərəm” deyib ata bir mahmız gös­­tərib qalanın yanına yetişdi. Nə gördü: bir qaladır, başı ərş əla­yə çəkilib; bunun eyvanında bir nazənin sənəm əyləşib; gəl məni gör dərdimdən öl; ağ, çağ; kəllə mənar, əl dəysə sınar, ca­van­nar görsə umar: al köynək əynində; əraşqın başında; məmə­lər qızıl qabın içində – xülasə, nə deyim heç misli manəndi ol­mayan bir gözəldir. Şahzada Bəhram bunu görcək ağlı başınnan çıxıb bu dillərnən sözə başladı:

Bə, bə aləm məlahətdə gözüm bir ceyrana düşdü

Zülfi reyhan siyah sünbülə düşdü

Artdı əfsanəyi dərdim ki nə dildən dilə düşdü

Dolanıb çarx zaman bizimki də belə düşdü.

Şahzada Bəhramın sözünü qız eşitcək balay eyvanan yüz naz ilə xuraman-xuraman onun yanına gəldi. Dedi: “Ey cəvan, xoş gəlmisən, buyur mehmanım ol”.

– Hürmətiniz artıx olsun, bir qədər dincəlib getməliyəm. Çün­ki intizarə söhbət həramdır.

– Bu gecə mənim mehmanımsan. Hər ikisi baravar saraya da­xil oldular. Qız bir qədər söhbətdən sonra məclisə taam gətirib hər ikisi tam tənavil etdi. Sonra istirahət zamanı qız şahzadadan so­ruşdu:



Mah Ənvər:

Başına döndüyüm gül üzlü cavan

Söylə görüm nə məkandan gəlirsən

Sənə layıq olsun mən tək bir cavan

Söylə görüm nə məkandan gəlirsən.
Şahzada Bəhram:

Başına döndüyüm ay ala göz dilbər

Mən düşmişəm bir södayə gəlmişəm

Dərdim artıb günü-gündən sərasər

Əlif qəddim dönüb yayə gəlmişəm.
Mah Ənvər:

Nə dilbərdi səni salub södayə

Mənim tək can gəlməyibdir dünyaya

Səni görcək şükr etdim xudayə

Əcəb düşüb bu diyarə gəlmisən.
Şahzada Bəhram:

Bəhram indi dərdin sənə söylüyər

Namə yazıb sənə bəyan eyliyər

Gül Xandan ağlıyar fəğan eyliyər

Onun içun düşüb bu södayə gəlmişəm.
Mah Ənvər:

Mah Ənvər deyər eşidgilən, bilgilən

Bir söz deyim şad olginən gülgilən

Burada qalıb sən də məni alginən

Əməgin getməsin zayə gəlmisən.

Söz tamamə yetişdi. Şahzada Bəhram bütün əhvalatı Mah Ən­və­rə bəyan etdi. O gejəni daril imarədə yatıb sabah olcaq ama­də oldu. Bu vədə Mah Ənvərdən izn istədi: – “Ey gözəl, da­ha mən get­­məliyəm”. Qız gördü ki, Bəhram getmək istiyir. Öz-özü­nə de­di: – “Ey dil qafil, bəlkə oğlan sənin sözdərini yaxşı başa düş­mü­yüb, gəl açıq “oğlan məni al” deynən. Bəlkə alıb burda qala.



Mah Ənvər:

Oğlan bir əylən burada

Cavan al məni, al məni!

Sənnən yetim muradə

Oğlan al məni, al məni.
Şahzada Bəhram:

Başına döndüyüm pərim

Yola sal məni, sal məni

Sinəm oluf qan dəftəri

Yola sal məni, sal məni.
Mah Ənvər:

Sıtqımı bağlaram xudayə

Sığınnam ali-əbayə

Oğlan, düşmə bu södayə

Cavan al məni, al məni.
Şahzada Bəhram:

Bəhramam saralub sollam

Gər getməsəm yəqin ölləm

Qismət olsa səni də allam

Yola sal məni, sal məni.
Mah Ənvər:

Mən Mah Ənvərəm bilmərəm

Sənsiz şad olub gülmərəm

Hərgiz tərkin qılmaram

Oğlan al məni, al məni.

Söz tamama yetişib hər iki nəfər cəvannar bir-birinə ilqar və­rub şahzada Bəhram dedi: “Hərgah bu səfərdən səlamət qayıtsan on­da səni alacağam”. Pəs: bir-birilə halallaşıb ayrıldılar. Şahzada Xtan vilayətinə tərəf getməgə üz qoydu günə bir mənzil, təyyi-mə­nazil Xtan şəhərini gözünün önünə alıb gedirdi. Gəl sənə kim­dən xəbər verim Xtan şəhərində Gül Xandandan. Onun bavası Alı şahın üstünə yeddi padşahın oğlanları qoşun çəkib gəlmişdilər. Və ha­mısı deyir: “Qızını gərək mənə vərəsən. Hərgah vərməsən tac-təx­tini bad fənayə vərərik.” Alı şah deyir: “Canım mənim bir qı­zım var, o da bir oğlana gedəcək, indi hansınızı istiyir ona getsin mən neyliyirəm. Sizin yeddinizdən də qıza elçi gəlsin, hansı biri­ni­zin üzüyünü qəbul etsə ona verim”. Bu vədəyə yeddi şahın oğ­lan­ları elçi göndərdilər. Gül Xandan isə heç birinin üzüyünü qəbul etmir. Odur ki, şahın oğlanları Xtan şəhərini mühasirə edib göz­ləyirdilər ki, görək bu kimə gedəcək. Hərgah bizdən savayı bir ada­ma getsə həmi o adamı və həm də qızı həlak edib Xtan şəhə­ri­ni bərbad edərik”. Gəl sənə şahzada Bəhramdan xəbər verim. Xu­ra­man-xuraman özünü Xtan şəhərinə yetirdi.

Əhvalatdan xəbərdar olub, şəhərin bir tərəfində bir dərviş­ya­nə çadır qurub öz işinə məşğul oldu. Bu yanda Gül Xandan öz da­ril imarəsində məyus oturdu. Bir gejə böylə qəmgin yatmışdı. Aləm ruyada gördü şahzada Bəhram da bu şəhərin ətrafini əhatə edən qoşunun içindədi. Xabdən bidar olub xacəni istiyib dedi: “Ey xacə, mən bu qoşunu bir təhər ilə bavamın başından da­ğıt­maq istiyirəm. İndi əhvalatı sənə nağıl edim. Sən də gedib o cürə ba­vama söylə: Bavacan səni bu qoşun talan etdi. Onun üçün hər­gah sən mənə izn versən mən bu qoşunu sabah dağı­daram. An­caq mən bir at minib bir qırmızı alma alıb çıxaram bu dəryayi-leşkərin içinə. Hansı bir şahın oğlunu xoşdasam onun çadırına hə­min almanı ataram. O vədə qalanları gedər, mən də həmin oğ­lana gedərəm. Sən də rahat olarsan”.

Xacə əhvalatı tamami ilə şaha ərz edib, şah buyurdu ki, “Çox yaxşı olar. İzn verdim. Get, deginən qız sabah get qoşunun şər­­rini mənim başımdan rədd eyləynən”. Pəs: şahların oğlan­la­rı­na xəbər verdilər ki, qız bu gün qoşun içinə gələcək. Hər kəs öz şahlıq libasını giyib çadırında qərar tutsun ki, hər kimi bəgənsə onun çadırına alma atıb və ona gedəcəkdur. Şah­zadalar bu sözü eşidib özdərinə yeddi qələm ilə zinət verib çadırlarda əyləşdilər. Bir yanda da şahzada Bəhram, dərviş manənd öz çadırında əy­lə­şib. O yannan Alı şahın qızı Gül Xandan özünə on dörd qələmlə zi­nət verib bir zərinşin kəcavədə əyləşib, şahza­da­ların ça­dır­la­rı­na tərəf rəvan oldu. Alma əlində çadırlar arasında dolanırdı. Bu surətlə şahanə çadırları gəzib bir guşədə şahzada Bəhramın çadırına yetişib almaya bir kağız bənd edib Bəhramın çadırına atıb, öz daril imarəsinə getdi. Bu vədə şahzadaların arasında bir kökə düşdü ki, heç görünməmişdi. Öz-özdərinə deyirdilər: bu nə işdi, bizim kimi şahzadaları buraya qoyub bir dərvişə getdi. Ona görə ya gərək ölək və ya bu dərvişi həlak edib qızı zor ilə alaq. Bu yanda şahzada Bəhram şad və xürrəm almanı alıb kağızı oxuduqda gördü ki, Gül Xandan yazıb ki: “Bəhram mən getdim gülşən bağına. Gör gələ bilirsənmi? Bağın açarını da dayaya vermişəm. Səni bağa buraxar ancaq özünü gözlə ki, bu qoşun hər tərəfə qaravul qoyub səni həlak edəllər”.

Şahzada məzmun namədən xəbərdar olub gecə olcax gülşən ba­ğına tərəf getməgə başladı ta inki bağın qapısına yetişib bir qə­dər çust çudan sonra dayayi tapub özünü ona nişan verdi, bağa da­xil oldu. Dayə ilə getdikləri əsnadə iki qaravul şahzadanı gö­rüb dedilər: “Ey adam: getmə görək nəçi karəsən və hara ge­dir­sən”. Da­yə səsləndi ki, “Gül Xandanın dayəsiyəm”. Olar qulaq asmıyıb şah­zadaya tərəf gəlmək istədikdə Bəhram firsəti fotə vermiyib, özünü bulara yetirif hər ikisinin başından bir şəmşir endirib baş­da­rı on qədəm kənarə düşdü. Burdan dayə ilə Gül Xan­danın hi­zu­ru­nə yetişdilər. Hər iki yar mehriban bir-birilə qol-boyun olub bu­sə­­­bazdığa başdadılar. Qız bütün şahzadanın başına gələn qəza və qə­­dəri xəbər aldı. Şahzada təmaminan nağıl elədi. Elə ki savah ol­du, şahzada özünü çadıra yetirdi. Bu minval ilə qırx gün qırx gecə Gül Xandan ilə bir yerdə söhbətə məşğul ol­dular. Gəl sənə kim­nən xəbər verim, yeddi padşahın oğlan­larınnan. Bir gün çuğul bun­lara xəbər vərdi ki, nə yatmısınız? Şahzadalar Bəhram qırx ge­cədi ki, Gül Xandan ilə həm söhbətdur. Şahzadalar bu sözü eşi­dib dedilər: “Çox əcəb!” gejə araya gəlcək Bəhramın yolunun üs­tə tor qoydular. Və bir neçə pəhlivanlar kəmində qoydular. Bu yan­­da şahzada Bəhram bixəbər yarın eşqinə mübtəla olub gejə özü­­nü məhbubəsinə yetirib şirin söhbət ilə hər iki yar mehriban yu­xu­lamışdılar. Birdən Gül Xandan hölnak yuxudan qalxıb dedi: “Şah­zada bu gejə bir hölnak vaqya gördüm. Qulax as söylüyüm. İn­dijə gördüm ki, bir zalım seyyad bir ceyranı dutub əl-ayağı bağ­lı mənim yanımdan aparır, nə qədər iltimas etdimsə burax­madı. Yu­xudan çox qorxuram, şahzada dedi: “Xanım qorxma, Allah bö­yük­dür. Amma intizarə söhbət haramdır, bu saat gün çıxar mənim silahımı gətir gedim.

Pəs hər iki yar vəfadar bir-birini vida edib şahzada öz ça­dırı­na getməyə məşğul oldu. Bir neçə qədəm bağdan kənarə çıxmış­dı ki, hər tərəfdən ləmlifla kimi torlar açılıb şahzada Bəhram o saat to­ra düşdü. Bu vədə zalım pəhlivanlar gəmiynən çıxıb şah­zadanı zəncirlər ilə bənd bəndidən bağlıyıb yeddi şahzadaların hizurunə apardılar. Yeddi şahzadalar dedilər munu asand cəza ilə öldürmək olmaz. Gərək elə əzab ilə öldürək ki, dünyada gö­rül­məmiş ola. Mu­nu deyib hökm etdilər bu saat bir dəvə dərisinə şahzada Bəh­ra­mı salıb yeddi yolun ayrıcına qoyun. Həm dəvə­nin dərisi bədə­ni­ni və həm də gəlib gedən üzünə tüpürsün. Bu su­rət ilə həlak ol­sun. Bə hökm şahzadalar o saat Bəhramın həmin minval ilə dəvə dəri­sinə salıb yeddi yolun ayrıcına qoy­dular. Biçarə Bəhramın gə­lib gedən üzünə tüpürürdü. Mundan əlavə dəvə dərisi şahzadanı elə sıxırdı ki, az qalmışdı həlak olsun.

Gəl sənə Alı şahın qızı Gül Xandandan xəbər verim. Bir ge­jə bir xacə ilə on min dinar pul və yeddi yorğan göndərir ki, bu şey­lə­ri Bəhramın qaravuluna verdiginən və bu on min dinar pulu alıb şah­zada Bəhramın dəvə dərisinin altınnan yeddi yorğa­nı bə­də­ninə bük, onun üstünnən dəvə dərisini çək ki, həlak ol­ma­sın. Xacə yola rə­­van olub özünü bir pinhani caddədən şah­za­danın qa­­­ravuluna ye­tir­di. “Gül Xandan deyən kimi pulu və yorğanı ver­di. Qaravul qə­bul edub şahzadanı yorğannara büküb yenə üzə­­rin­nən dəvə də­ri­­si­ni çəkib öz yerində əyləşdirdi. İndi bu dəvə də­­ri­sində qal­max­da ol­sun. Gəl sənə şahzada Bəhramın qardaşı şah­­zada Hey­dər­dən xə­bər verim. Bir gün məktəbdən evə gəlirdi. Qə­­zadan yol­da bir uşax­­nan dalaşır və töhmətli sözlər ilə uşağı dan­­lıyır. Həmin uşaq qə­­zəblənib Heydərə dedi: “Hərgah sən qoçax və namuslu oğlan­san­­sa qardaşın şahzada Bəhram yeddi ildi bilinmir haraya gedib. İn­di onu gedib tapıb gətirərsən”. Şah­za­da Heydər uşaqdan bu sö­zü eşidib qəzəbnak oluf özünü ana­sı­na yetirib dedi: “Anayi mehriban nə üçün mənnən qardaşım Bəh­­­ramın diyar qürbətə get­mə­­­sini və bir qıza aşıq olmasını giz­də­­­dirsən? Anası Gül Çöhrə xa­­­nım dedi: “Oğlum, yalan sözdü. Nə sənin qardaşın var, nə də di­­­­yar qürbətə gedib. Şahzada Hey­dər and yad etdi ki, hərgah dü­zü­­nü deməsən həm səni və həm də özü­­mü həlak edəcəm. “Bu və­də anası ağlıyıb dedi: “Oğlum, di gö­­­rüm bu sözü sən hardan eşit­mi­sən ki, sənin qardaşın Bəhram eş­­qə mübtəla olub diyar qürbətə ge­­dib?”. Şahzada Heydər dedi: “Ana­­can, qulaq as mənim qar­da­şım olduğunu və eşqə mübtəla olub diyar qürbətə getdigini xəbər verim.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin