Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 7 may 2012-ci IL



Yüklə 19,8 Kb.
tarix21.10.2017
ölçüsü19,8 Kb.
#7429




Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası


7 may 2012-ci il
AGTA İLK ÜMUMİ YIĞINCAĞINI KEÇİRDİ

7 aylıq intensiv fəaliyyətdən sonra Azərbaycan Gənc Təcüməçilər Assosiasiyası (AGTA) mayın 5-də, Diplomat Oteldə ilk Ümumi Yığıncağını keçirdi.


Tədbir təsis yığıncağının keçirildiyi tarixdən – 30 sentyabrdan, 2011-ci ildən etibarən AGTA-ya müvəqqəti rəhbərlik edən İsmayıl Cəbrayılovun AGTA-nın 7 aylıq fəaliyyəti barədə hesabat-məruzəsi ilə başladı. O, yerli tərcüməçilər üçün AGTA tərəfindən hazırlanmış ilk Davranış Kodeksi, AGTA—nın həyata keçirdiyi layihələr, yerli və beynəlxalq tərəfdaşlar barədə məlumat verdi.
Məruzənin ardınca, Yığıncağın katibi Nərmin Məmmədova AGTA-nın sədri vəzifəsinə seçkiləri élan etdi. Başqa namizəd olmadığında, açıq səsvermə yolu ilə İsmayıl Cəbrayılov sədr seçildi.
Daha sonra AGTA-nın İdarə Heyətinə və Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirildi. AGTA İH və NTK gizli səsvermə yolu ilə namizədlər arasından seçildi.
Ümumi Yığıncaq həmçinin yeni üzvlük qaydalarını təsdiq edilməsi haqqında qərar qəbul etdi.
Hal-hazırda 112 üzvə malik olan AGTA-da Könüllülər Klubu, Bədii Tərcümə Klubu, Şifahi Tərüməçilər Klubu, Danışıq Klubu, Yeni Media Klubu, Xaricdə Təhsil Klubu, Peşəkar İnkişaf Klubu fəaliyyət göstərir.
Tədbirdən şəkillər: www.facebook.com/aztranslators
AZƏRBAYCAN GƏNC TƏRCÜMƏÇİLƏR ASSOSİASİYASI HAQQINDA
Təşkilatın yaradılması və məqsədləri. Azərbaycan Gənc Tərcüməçilər Assosaiyası 30 sentyabr – Beynəlxalq Tərcüməçilər günündə bir qrup tərcüməçi tərəfindən yaradılmışdır (http://www.youtube.com/watch?v=kV_aEcxynL8&feature=channel_video_title).
Təşkilatın məqsədlərinə ölkədə fəaliyyət göstərən peşəkar tərcüməçilər arasında kommunikasiya qurulması, tərcümə sahəsində təhsil alan gənc tərcüməçilərə dəstək göstərilməsi, tərcüməçilərin hüquq və mənafelərinin təmsil edilməsi, mədəniyyətlərarası dialoqun imkanlarından istifadə etməklə ölkənin sosial-iqtisadi, mədəni inkişafına töhfə vermək, cəmiyyətin bütün sahələrində nümunəvi təcrübələri yaymaq və gənclərin ictimai fəallığını artırmaq daxildir.
Təşkilatın fəaliyyəti:

Davranış Kodeksi: AGTA öz fəaliyyətinə yerli tərcüməçilər üçün ilk Davranış Kodeksinin hazırlanması ilə başlamışdır. Kodeks 8 dekabr, 2011-ci il tarixdə ictimaiyyətə təqdim edilmişdir. (http://www.youtube.com/watch?v=v1EX4cM4aNQ&feature=relmfu)

Təlim, seminar və görüşlər: AGTA müddətsiz “Gənc Tərcüməçilərə Dəstək” layihəsi çərçivəsində tərcümə sahəsində təhsil alan gənc tərcüməçilərin peşəkar inkişafı üçün mütəmadi olaraq, yerli və xarici mütəxəssislərin rəhbərliyi ilə tədbirlər keçirir. Bu tədbirlərdən bəziləri: “Ketan Patellə: Elmi Mühitdə Tərcümə”, “Lada Buskie ilə Seçdiyimiz yollar”, “Turan Əliyevlə: Tərcümə Dünyasına Giriş”, “İsrafil Xakiyevlə: Tərcümədə modal fellər”, “Elmar Fərəcovla: Tərcüməçinin yalançı dostları”, “Günay Rəhimova ilə: Ardıcıl Tərcümədə qeydgötürmə” və s. Tədbirlər haqqında ətraflı məlumatı AGTA-nın rəsmi Facebook səhifəsində (www.facebook.com/aztranslators) və ya internet səhifəmizdə (www.agta.az) əldə edə bilərsiniz.

İş və praktika imkanları: AGTA təşkilata digər təşkilatlar və ya müəssisələrdən gələn müraciətlər əsasında öz üzvlərini praktika və iş imkanları ilə təmin edir.

Mətbuatın icmalı. AGTA 2011-ci ilin oktyabrından 2012-ci ilin mart ayınadək xarici auditoriya üçün Azəri Mətbuatının İcmalı (AZERI PRESS REVIEW – www.pressaz.com) adlı layihə həyata keçirmişdir. Lakin maliyyə çatışmazlığı səbəbindən, layihə müvəqqəti dayandırılmışdır.
Təşkilata üzvlük

Təşkilata üzvlük 8 formada mümkündür: Daimi üzv, Müxbir üzv, Həmkar üzv, Tələbə-üzv, Gənc-üzv, Məsləhətçi üzv, Korporativ üzv, Fəxri üzv. Gənc-üzv kateqoriyası tərcümə ilə məşğul olmayan, lakin mədəniyyətlərarası dialoqda iştirak etmək marağında olan xarici dil bilikli gənclərə təşkilata qoşulmaq imkanı verilir.

Təşkilat öz üzvlərinin hərtərəfli inkişafını təmin etmək yalnız tərcümə ilə bağlı deyil, həmçinin peşəkar inkişaf üçün gərəkli bütün mövzularda təlimlər keçir.
Təşkilatla əməkdaşlıq

AGTA ilə əməkdaşlıq bütün təşkilatlar üçün açıqdır. Təşkilatla əməkdaşlıq iki formada ola bilər.

1) AGTA-nın birgə layihələrdə tərəfdaş təşkilat kimi çıxış etməsi;

2) AGTA Könüllülər Klubu üzvlərinin müraciət edən təşkilatlarda praktikaya göndərilməsi: Bu, həm müraciət edən təşkilat üçün, həm də AGTA üzvü üçün peşəkar inkişaf baxımından faydalı olacaqdır.

3) AGTA-nın Klubları ilə əməkdaşlıq: Müraciət edən təşkilatlar müvafiq olaraq, AGTA-nın Könüllülər Klubu, Bədii Tərcümə Klubu, Şifahi Tərüməçilər Klubu, Danışıq Klubu, Yeni Media Klubu, Xaricdə Təhsil Klubu, Peşəkar İnkişaf Klubu ilə müstəqil əməkdaşlıq edə bilər.
Təşkilati quruluş

AGTA Azərbaycan Respublikasının qanunları əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır (dövlət qeydiyyatı üçün müraciət edilmişdir).



AGTA-ya cari rəhbərliyi AGTA sədri həyata keçirir. Təşkilatın icra orqanı İdarə Heyəti, nəzarətedici orqanı Nəzarət-Təftiş Komissiyasıdır.
AGTA-nın əlaqələndirici orqanı Koordinasiya Şurasıdır. Şura 7 klub koordinatorunu bir araya gətirir. AGTA aşağıdakı klublardan ibarətdir: Könüllülər Klubu, Bədii Tərcümə Klubu, Şifahi Tərcüməçilər Klubu, Danışıq Klubu, Yeni Media Klubu, Xaricdə Təhsil Klubu, Peşəkar İnkişaf Klubu

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA)

Ünvan: Q.Nəbi küç.5, mənz. 6

Tel: (+994 51) 931 01 86, (+994 55) 577 39 42

Website: www.agta.az

E-mail: az.agta@gmail.com

Bizi Facebookda izləyin: www.facebook.com/aztranslators
Yüklə 19,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin