3.4 Cəbəllütariq hava limanı, Cəbəllütariq……………………………………… 17
3.5 Funşala hava limanı, Madeyra adası, Portuqaliya.…………………… 18
3.6 Kurşevel hava limanı, Fransa…………………………………………………….. 19
3.7 Barra hava limanı, Şotlandiya……………………………………………………. 20
3.8 Ays Ranvey, Antarktika…………………………………………………………….. 21
3.9 Yadin hava limanı, Çin.……………………………………………………………… 22
3.10 Kansay hava limanı, Yaponiya.………………………………………………… 23
Giriş
Uşaqlıqdan müxtəlif ölkələrə səyahət etmək, görməli yerləri gəzmək , tarixi ve mədəniyyəti ilə yaxindan tanış olmaq, hemin ölkələrin sakinləri ilə ünsiyyət qurmaq, müqayise edib ən gözəl ölkəni seçmək orada yaşamaq isdəmişəm. Hal-hazırda müxtəlif ölkələrə səyahət etmək şansım olmasada her gün bir hava limanı haqqında ətraflı məlumat toplamaq imkanım var. Hər bir ölkənin mədəniyyəti onun hava qapısından yeni, hava limanından başlayır.İsdənilən ölkənin hava limanına ayaq basdığımız andan etibarən görüb izlədiyimiz bütün amillər beynimizdə həmin ölkə haqqında müsbət və mənfi rəy formalaşdırır.
Bu gün qeyri-adi dekarasiyası və xidmət sahələri ilə diqqətimi çəkmiş bir neçə məşhur və artiq dünyaya özünü tanıtmış hava limanları haqqinda topladığım məlumatları sizinlə paylaşmaq isdəyirəm.
İlk öncə gəlin görək hava limanı özü nədir?Nəyə xidmət edir?Nədən ibarətdir?
Hal-hazırda müasir dünyanı aviasiyasız təsəvvür etmək mümkün deyil.Aviasiya- hava məkanında insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur.Hava gəmisi- hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır.Hər bir hava limanının özünə məxsus aerodromu olması da vacib şərtlərdən biridiridir. Aerodrom- hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən nəzərdə tutulan, müvafiq bina, qurğu və avadanlığı olan torpaq və ya su səthinin müəyyən sahəsidir. Bes hava limanı özü nədir?Hava limanı – hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət gösdərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksidir.Hava daşımaları- müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınmasıdır.
Hələ qədim zamanlardan ucmaq arzusunda olan insanlar təyyarəni əvəz edən uçan aparatlar yaratmağa cəhdlər etmişlər.Nə qədər uğursuz alınsada hər dəfə daha mükəmməli düzəltməyə çalışmışlar ve öncəki aparatlarda olan nasazlığı aradan qaldırmaqla nəhayət ideal uçuş aparatı yaratmağa müvəffəq olmuşlar.
Azərbaycan Respublikası 1992 –ci ilin 9oktyabr tarixindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tamhüquqlu üzvlərindən biri- Razılığa Gələn Dövlətdir. 1992-ci ilin mart ayından Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının (İATA), 1991-ci ildən Dövlətlərarası Aviasiya Komitəsinin (DAK), 2002-ci ilin noyabrından isə Avropa Mülki Aviasiya Konfrasının (ECAC) üzvüdür. Respublikamız Eurocontrol və digər beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq edir.
26 dövlətlə (Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Hollandiya,Gürcüstan, Misir, İran, İtalya, Qazaxıstan, Livan, BƏƏ, Avstriya, Belarus, Polşa, Rusiya Federasiyası, Rumıniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Fransa, Yunanıstan, Latviya, İsveçrə, Qətər) Hava əlaqəsi haqqında Hökumətlərarası saziş imzalanmışdır.
22 dövlətlə (İsrail, İordaniya, İspaniya, Hindistan, Küveyt, Pakistan, Suriya, Çexiya, Əfqanıstan, Behreyn, Cənubi Kareya, Lüksenburq, Oman, Sinqapur, Solovakiya,Çin, Finlandiya, Estoniya, Danimarka, Norveç, İsveç, Tailand) Hava əlaqəsi haqqında sazişi ekspertlər səviyyəsində razılaşdırılmışdır.
13 dövlətlə (Banqladeş, Macarıstan, Kipr, Qırğısıstan, Moldova, ABŞ, Yaponiya, Şri-Lanka, Honkonq, Mərakeş, Tunis, Səudiyyə, Ərəbistan, Litva) hava əlaqəsi haqqında hökmətlərarası Sazişə dair danışıqlar aparır.Ve eləcədə bir neçə konversiyalara qoşulub üzv olmuşdur.
Beləki hər bir ölkə hava limanı tikib uçuşlar həyata keçirtmək üçün mütləq İCAO –nun kriteriyalarına uyğun olmalıdır.Və konversiyalara qoşulmaq vacib şərtlərdən biridi.
Indi isə haqqında çox eşitdiyim, maraqlı və diqqətimi çəkmiş, illərdir öz sözünü demiş və tanınmış dünyanın ən gözəl hava limanlarından biri olan Sinqapur Çangi hava limanı ilə yaxından tanış olaq.
Dostları ilə paylaş: |