Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası



Yüklə 4,08 Mb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü4,08 Mb.
#109208
1   2   3   4   5   6   7
Sinqapur Çangi hava limanı

Sinqapur və ya sadəcə Çangi mülki hava limanı (İATA: SİN, İCAO: WSSS) Cənub-Şərqi Asiya və Hindistanın nəqliyyat sahəsində böyük nəqliyat mərkəzidir. Ümumi sahəsi 20 000 m 2 –dir. Özünə məxsus dizaynı ilə fərqlənən böyük əraziyə malik dünyanın ən böyük hava limanı açıldığı gündən saysız mükafatlar qazanmışdır.



Şəkil 1. Sinqapur Çangi hava limanının xarici görünüşü.


Parisdə keçirilən World Airport Awards dünyanın ən gözəl hava limanının adını açıqlayıb. Bu, Sinqapurun Çangi Hava Limanıdır. Çangi 14 ildə 4 dəfə bu mükafata layiq görülüb və hələdə bu siyahıya liderlik edir. Müsabiqənin nətiсələrinə görə, ikinсi yeri Сənubi Koreyanın, üçünсü yeri isə Münhenin hava limanı tutub. Hər il dünyanın 400-dən artıq hava limanının iştirak etdiyi yarışmanın taleyini Britaniyanın «Skytrax» şirkəti müəyyən edir. Şirkət hava limanlarını müxtəlif kriteriyalar üzrə qiymətləndirir. İşçi heyətinin davranışlarından tutmuş, pasport nəzarətindən keçmə müddətinə qədər hər detal nəzərə alınır. Bundan əlavə şirkət sərnişinlərin də fikirlərinə önəm verir. Beləki isənilən sərnişin səs vermədə iştirak edə bilər və yığılan səs faizinə görə hər il aviaşirkətlərə müəyyən mükafatlar verilir.


Şəkil 2. Hava limanının yola düşmə zalı.


Belke de bir çoxları kimi sizədə hava limanları ürəksıxan ve darıxdırıcı gelir. Həqiqətəndə bəzi hava limanları elədi. Amma elə hava limanlarıda vardırki, onlar təqdim etdiyi xidmətlərə və bir çox özəlliklərinə görə digərlərindən çox fərqlənir, hətta çox gözəl dizayn quruluşuyla insanları cəlb edir. Sinqapur Çangi hava limanıbelə hava limanları cərgəsində ön sıralarda yer tutur.

Şəkil 3. Hava limanının təyyarə parkı.


Burdan Sinqapura getmək maksimum 13 saatınızı alır. Amma 11 saata da çatmaq olar. Mənsə maksimum 13 saata biznes sinfinin rahat kreslolarında oturub gözel xidmətlərdən yararlanmağı tövsiyə edirəm. Rahat və təhlükəsiz uçuş və gülərüz persanal sizin yaddaşınızda gözəl bir xatirə kimi qalacaq. Sərnişinlərin məmnunluğunu başlıca prinsip seçən Sinqapur hava limanı Asiyanın ən yaxşı hava limanı və ən yaxşı biznes sinif mükafatları almış bir hava limanıdır.

Sinqapur hava limanı təkcə Asiyada deyil bütün dünya ölkələrində dillər əzbəri olan önəmli bir ticari və turistik mərkəzdir. Asiya və okean üzərindən keçib uzun müddətli uçuş etsəniz belə hava limanına endiyinizdə yorğunluqdan əsər olmayacaq və enerji dolu səyahətə davam edə biləcəksiz.



Şəkil 4. Hava limanının daxili.

Ekzotik mədəniyyəti özündə cəmləşdirmiş bir dekarasyonu ilə hava limanı dinclik verən, insanı sıxmayan bir görünüşə sahibdir. Hər il fərqli bir yeniliyə imza ataraq bir hava limanından gözləniləndən çox daha fərqli üsullarla sərnişinlərin xidmətindədilər. Əyləncəli, maraqlı, öyrədici, həyəcan verici bir məkandı məncə. Xüsusilə uşaqlar üçün surprizlərlə dolu bir yerdir.

Hava limanı, 1981-ci ildə terminal 1ilə xidmət göstərməyə başlamış 9 il sonra 1990-cı ildə terminal 2, 2008 də terminal 3 ilə birləşdirilmişdir. 2017-ci ilə qədər terminal 4 də istifadəyə veriləcəyi gözlənilir. Cəmi 4 terminaldan ibarətdi və bu terminalların tutduğu sahənin cəmi 1800 futbol meydançası genişliyindədir. 32000 işçisi olan bu hava limanında, 60 ölkədən 106 aviaşirkət 250 şəhərə uçuş həyata keçirir. Gün ərzində 36000 –dən çox sərnişin bu hava limanından istifadə edir. Hələ 2012-ci ildə bu hava limanından istifadə edən sərnişinlərin sayı 51 milyondan artıq idi.

Şəkil 5. Hava limanının daxili.

Bu hava limanının niyə dəfələrlə dünyanın ən yaxşı hava limanı olduğunu anlamaq üçün burada bir neçə saat keçirtmək kifayətdir. Keçmiş ekzotik ünsürlərin izlərini daşıyan Sinqapur Çangi hava limanı, insana reysini unutduracağ bir yerdir.

Sərnişinlərin uçuş müddətində yorğun olacağlarını düşünən idarəedicilər hava limanında uzun tranzit uçuşlardan gələn sərnişinlərin rahatlığı üçün hər xırda detalı düşünüblər. Baxçalar, əyləncə məkanları, rahat kreslolar, mürgüləmə sahələri, kino salonları, oyun sahələri, internet köşkləri, canlı musiqi təqdimatları, interaktiv sənət tətbiqləri, kafelər, restoranlar, mağazalar və daha nələr...

Çangi hava limanı içərisindəki Kəpənək baxçası (Terminal 3) şəkil 7. ilə dünyada bir ilkə imza atdı. 6 m hündürlüyündə şəlalənin 1000dən çox kəpənəyin olduğu baxçada üsdəlik böcəklərlə bəslənən 200dən çox bitki növü də vardır.

Açıq havada olan, 40dan çox kaktus növü ilə zəngin kaktus baxçası və günəbaxan baxçası (terminal 2) şəkil 6. bambuk baxçası kimi digər baxçalar da vardır.



Şəkil 6. Gunəbaxan baxçası.



Şəkil 7. Kəpənək baxçası.

Hava limanında 5 saatdan çox tranzit uçuşa hazırlaşan sərnişinlərə özəl olaraq ödənişsiz Sinqapur turu xidməti gösdərilir. Bu zaman bələdçi ilə birlikdə Sinqapuru gəzib görmək imkanı əldə etmiş olacaqsınız. Hansıki dünyanın ən məşhur otellərindən biri olan Marina Bay Sands şəkil 8.başda olmaqla Sinqapurun simvolu olan The Merlion Park şəkil 9, Chinatown və hindlilərin sıx olduğu Little Indianı şəkil 10. görə bilərsiz.

Şəkil 8. Marina Bay Sands şəkil



Şəkil 9. The Merlion Park

Şəkil 10. Little İndia.

Hava limanında içməli su və internet ödənişsizdir. 550 dən çox ödənişsiz istifadə edə biləcəyiniz kompüterlər var.

Film izləməyi sevənlər də unudulmamış. Terminal 2 və terminal 3 də yer alan sinema salonları vaxtını film izləməklə keçirtmək isdəyənlər üçün nəzərdə tutulub. Günəbaxan baxçası yanındakı əyləncə məkanında Decktdə isə Xbox oyunları oynanıla bilər. Hava limanında terminal 1də yerləşən tranzit oteldə fəaliyyət gösdərir. Burada hovuz da vardır hansıki 13.91$ xərcləməklə istifadə edə bilərsiz. Otel müştərilərinə isə ödəniş tələb olunmur.



Çanginin hər nöqtəsində yolçuları ayrı bir surpriz gözləyir. Yapon balığları olan akvarium, buz meydançası, aviasiya qaleriyası, hava limanının bu günə qədər əldə etdiyi nailiyyətlər və inkişaf tarixi, ödənişsiz masajlar, gözəllik salonları və s. Çox saylı dünya markası brend mağazalar, kafe və restoranlarıyla diqqət çəkən Sinqapur, Hind, Çin mətbəxlərinin ən məşhur menyularını təqdim edən restoranlar yanında Fast Food markalarıda yerini almışdır.

Əgər Sinqapur Çangi hava limanına yolunuz düşərsə, hər teminalı ayrılıqda baxçalarını gəzib, ləziz yeməkləri dadıb, alış- veriş və əyləncələrdən yararlanmağınızı tövsiyə edirəm. Terminallar arası qatarla səyahət özüdə rahat , tezvə maraqlı olacaq. Bir başa şəhərə çıxış üçünsə taksi, avtobus və icarə maşın dayanacaqları var.

Dünyanın ən qəribə və maraqlı hava limanları

Hava limanları hər bir şəhərin dünyaya açılan qapılarıdır. Hava yolu daşımaları getdikcə artır və təyyarə ilə səyahət çox üstünlük təşkil edir. Araştırmalarıma görə dünyanın bir çox ölkələrində nə qeyri-adi dizaynına görə, nə xidmətlərinə nə də məşhurluğuyla deyil, yerləşdiyi yerinə görə yalnız peşəkar pilotların qəzasız uçuş və enişləri həyata keçirə biləcəyi təəccüb doğuran hava limanlarının olduğunu öyrəndim. Bu hava limanları yer çatışmaması ya da coğrafi mövqeyinə görə olduqca təhlükəlidir. Dünyanın ən təhlükəli və maraqlı hava limanlarının adlarını təqdim edirəm:


  1. Gisborn hava limanı, Yeni Zelandiya.

  2. Şahzadə Yuliana hava limanı, Müqəddəs Martina adası.

  3. Xianço-İraksun hava limanı,  Saba adası.

  4. Cəbəllütariq hava limanı, Cəbəllütariq

  5. Funşala hava limanı, Madeyra adası, Portuqaliya.

  6. Kurşevel hava limanı, Fransa

  7. Barra hava limanı, Şotlandiya

  8. Ays Ranvey, Antarktika

  9. Yadin hava limanı, Çin.

  10. Kansay hava limanı, Yaponiya.


Bu hava limanları haqqında bildiyim bəzi məlumatları qısada olsa nəzərinizə çatdırmaq isdərdim. Beləliklə ən maraqlı birinci hava limanına nəzər salaq.


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin