2.Şahzadə Yuliana hava limanı, Müqəddəs Martina adası.
Hazırki hava limanı dünyanın ən təhlükəli limanlarından biridir.Karib hövzəsində yerləşən ada Fransa və Hollandiya arasında bölüşdürülüb.Demək olar, burada təyyarə birbaşa çimərliyin üzərindən keçir.Beləki təyyarə çimərlikdə istirahət edən turistlərin başı üzərindən cəmi 10-20 metr hündürlükdə uçur.Yerli uçma-enmə zolağı o qədər qısadırki, pilot imkan daxilində zolağın başlanğıcına yaxın enmək üçün minimum yüksəklikdə enməyə başlayır.Enmə zamanı yüksəklik o dərəcədə kiçikdir ki, layner enərkən hasara ilişmək təhlükəsi ilə üzləşir, çimərlikdə istirahət edənləri quma batırır.Bu cür təhlükəli enməni yalnız professional pilotlar yerinə yetirə bilər.Maraqlısı budur ki, bu cür təhlükəli bir ərazidə yerləşməsinə baxmayaraq bu hava limanının tarixində hələ heç bir qəza hadisəsi qeydə alınmayıb.