Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası


Əlverişli hava şəraitinin indikatoru



Yüklə 51,03 Kb.
səhifə10/14
tarix22.04.2022
ölçüsü51,03 Kb.
#115467
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Xanmurad Şirinov referat

9. Əlverişli hava şəraitinin indikatoru

CAVOK (ceiling and visibility okey) aerodrom ərazisində aşağıdakı hava şəraiti müşahidə olunduqda qeyd olunur:

- görünüş məsafəsi 10 km və daha artıq;

- buludluğun aşağı sərhəddinin hündürlüyü 1500 və daha artıq və ya MTH-dən (minimal təhlükəsiz hündürlük) ;

- istənilən hündürlükdə topa-yağış buludluğu və aşağıda adları qeyd olunan atmosfer hadisələri müşahidə olunmursa: şimşək, toz və ya qum fırtınası, yerüstü duman, qar, toz və ya qum sovuruğu.



10. Havanın temperaturu və şeh nöqtəsi kod sxemi: (M)TT/(M)Td Td

Havanın temperaturu və şeh nöqtəsi Selsi dərəcələri ilə tam qiymətə qədər yuvarlaqlaşdırılaraq ötürülür, məsələn, 5,8°C temperatur 06 kimi qeyd olunur,10,2°C temperatur 10 kimi qeyd olunur. Əgər havanın temparaturu və ya şeh nöktəsinin temperaturu mənfi olarsa o zaman qarşısında M yazilir. Məsələn: M05/M06.

11. Təzyiq. Kod sxemi: PPPP

Meteoməlumatlarda standart atmosfer üçün dəniz səviyyəsinə gətirilmiş təzyiq hektopaskallarla qeyd olunur – QNH. Aerodrom səviyyəsində təzyiq ekipajın sorğusuna əsasən verilir və ya hava məlumatına RMK qrupunda daxil edilir.


Təzyiq millimetr civə sütunu (mm c.s) və ya düym civə sütunu ilə (inches of Mercury) ölçülür. Məlumatda hektopaskal və ya düym ilə ötürülür.



Yüklə 51,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin