Təzyiq vahidləri arasında əlaqə:: 1 mm c.s. = 1,333 mmb (hPa);
1 hPa= 0,75 mm c.s.; 1 düym (inches) - 25,4 mm c.s. = 2,54 sm. Millibar və ya hektopaskalla ötürülmüş təzyiq məlumata Q (QNH) hərfi ilə daxil edilir, düym ilə ötürüldükdə isə A (Altimeter-setting – hündürlük ölçən) hərfi ilə daxil edilir. Məsələn: Q0992=QNH=992 hPa, Q1000=QNH-1000 hPa, А2907=QNH- 29,07 inches (düym), А3100 =QNH-31,00 inches.
12.Hava şəraitinin dəyişməsi aşağıdakı ixtisarlarla göstərilir:
BECMG (becoming) tədricən – meteo elementin qiymətinin müəyyən dövr ərzində tədricən dəyişəcəyi ehtimal edilir.
TEMPO (temporary) arabir – proqnozun əsas hissəsi fonunda meteo elementlərin qiymətlərinin arabir dəyişəcəyi ehtimal edilir.Hər bir dəyişkənlik bir saatdan az davam edə bilər, bütün dəyişikliklərin cəmi proqnozun fəaliyyət dövrünün yarısından az hissəsini əhatəetməlidir.
NOSIG (nо significant change) əhəmiyyətli dəyişiklik gözlənilmir –meteoelementlərin faktiki hava məlumatında göstərilən qiymətlərinin yaxın iki saat ərzində saxlanılması gözlənilir.
FM (from) -dan, -dən - dəyişiklik dövrünün başlanmasını ifadə edir.
TL (till) qədər – dəyişiklik dövrünün bitməsini ifadə edir.
AT –(at ) -da, -də - dəyişikliyin baş verəcəyi müəyyən vaxti ifadə edir.