3. Ayın tarixi və müşahidə vaxtı: YYGGggZ. Vaxt beynəlxalq koordinasiya vaxtının saat və dəqiqələri ilə göstərilir - UTC (Universal Time Coordinated) və ya zulu-time (Z).
4. Külək: dddffGfmfm; dxdxdxVdxdxdx. Aeroportdan kənara yayılan məlumatlarda küləyin sürət və istiqamətinin 10 dəqiqə ərzində ortalaşdırılmış qiymətindən istifadə olunur, aerodrom ərazisində uçuş və enmə üçün, həmçinin HHT orqanlarında quraşdırılmış indikatorlarda küləyin sürət və istiqamətinin 2 dəqiqə ərzində ortalaşdırılmış qiymətindən istifadə olunur.
Aeroportdan kənara yayılan məlumatlarda küləyin istimaqətinə maqnit meyilliyi düzəlişi edilmədən verilir. Həqiqi küləyin istiqaməti 3 rəqəmlə qeyd olunur, məsələn: 310 – şimal-qərb, 180 – cənub, 090 – şərq və s. Sürəti 3 düyün, 2 m/s və 6 km/saat-dan az olan dayanıqsız külək VRB ixtisarı ilə göstərilir: VRB:
VRB02MPS - (variable) – dayanıqsız 2 m/s. VRB03KT - dayanıqsız 3 düyün.
Xüsusi hallarda, məsələn, qasırğa keçən zaman küləyin istiqamətini təyin etməkdə çətinlik yaranır. Bu halda sürət 3 düyündən artıq olduqda küləyin istiqaməti VRB ixtisarı ilə qeyd olunur, məsələn: VRB25KT – 25 düyün sürətə malik əhəmiyyətli dayanıqsız külək. VRB10MPS – 10 m/s sürətə malik əhəmiyyətli dayanıqsız külək.
Böyük sürətə malik (3 düyün, 2 m/s və 6 km/saat-dan böyük) dayanıqsız külək müşahidə olunduqda, istiqaməti 60° və daha çox dəyişərsə məlumatda ortalaşdırılmış istiqamət deyil, küləyin istiqamətinin dəyişdiyi iki sərhəd qiymət qeyd olunur:
250V320 - 250° və 320° arasında dəyişən külək (saat əqrəbi istiqamətində); 080VI60 - 80° və 160°arasında dəyişən külək (saat əqrəbi istiqamətində).
V hərfi (variable) – küləyin dəyişkən xüsusiyyətini ifadə edir. Küləyin sürəti istiqamətin ardınca sürətin qiymətini ifadə edən iki rəqəmlə qeyd olunur: 06 MPS - 6 metres per second - 6 metr/saniyə. 12 КТ - 12 knots - 12 düyün. 25 КМН - 25 kilometres per hour - 25 km/saat.
Küləyin maksimal sürəti (şiddəti) onun orta sürətindən 5 m/s və daha çox olduqda orta qiymətinə əlavə olaraq göstərilir. Lazım gəldikdə şiddəttin orta qiymətdən 5 m/s-dən az fərqlənən qiyməti də məlumata daxil edilə bilər.
Şiddətli külək “G” (gust) hərfinin köməyilə qeyd olunur.
1805G10KT- istiqamət 180°, orta sürət 05 düyün, şiddəti 10 düyün.
Həm sürəti, həm də istiqaməti dayanıqsız olan qasırğalı külək zamanı külək qrupunda dayanıqsız və atmosfer hadisələri qrupunda SQ (squall) ixtisarı qeyd olunur. VRB19MPS .... SQ – dayanıqsız istiqamətə malik, sürəti 19 m/s.
Şəlakət verilmiş aerodromda sürətin ölçü vahidi göstərilməklə 5 sıfırla qeyd olunur. 00000 (MPS, KT, KMH) – şəlakət (CALM).
Dostları ilə paylaş: |