Atmosfer hadisələrinin METAR kodlarında yazılış qaydası və qısa xülasəsi.
RA (rain)- yağış. Laylı-topa buludlardan düşən, damcılarının ölçüsü 0,5 mm-dən böyük olan maye yağıntı.
SN (snow) - qar. Müxtəlif formalı kristallar şəklində bərk yağıntı.
RASN (rain and snow) – sulu qar. Müsbət və ya sıfır temperaturda müşahidə olunur.
DZ (drizzle) - çiskin. 0,5 mm-dən kiçik damcılara malik yağıntı olub, laylı buludlar və ya dumanda müşahidə olunur.
FZDZ (freezing drizzle) – soyumuş çiskin. Soyumuş kiçik damcılardan ibarət olur. Bu atmosfer hadisəsi zamanı yerüstü hava təbəqəsində sırsıra və ya buz bağlama müşahidə olunur.
FZRA (freezing rain) – soyumuş yağış. Soyumuş yağış damcılarından ibarət olur, onların donması bilavasitə yer səthində baş verir. Bu atmosfer hadisəsi zamanı buz bağlama müşahidə olunur.