BR (brume, mist) – çən. Havada maye və ya kristallik vəziyyətdə olan su hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsi. Görünüş məsafəsi 1000 m-dən 5000 m-ə qədər olduqda aviasiya mereoməlumatlarına daxil edilir.
FG (fog) - duman. Havada böyük miqdarda maye və ya kristallik vəziyyətdə olan su hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsi.
MIFG (minimum fog , shallow fog) – yerüstü duman. Yer səthindən 2 m hündürlüyə qədər yayılan duman.
BCFG (broken covering fog pathes) – duman parçaları (aerodromda ayrı-ayrı sahələrdə). Bu deskriptor yalnız dumanla istifadə olunur və işçi startda deyil aerodrom ərazisində duman parçalarının olmasına işarə edir.