TSRA ( thunderstorm with rain) – şimşək yağış ilə.
TSGS (thunderstorm with grain small) – şimşək kiçik dolu ilə
8. Buludluq.
Buludluğun müşahidə məlumatlarına instrumental və vizual yolla təyin olunmuş miqdarı, forma və aşağı sərhəddinin hündürlüyü daxildir. Buludluğun miqdarı oktantla qeyd olunur. Buludluq hava məlumatlarında aşağıdakı ixtisarlarla kod şəklində qeyd olunur.
FEW (few)- az, 1-2 oktant.
SCT (skattered) – dağınıq, 3-4 oktant.
BKN ( broken) - əhəmiyyətli, 5-7 oktant.
OVC (overcast) - tam, 8 oktant.
SKC (sky clear) - aydın.
NSC ( nil significant cloud) – mühüm buludluq yoxdur.
Duman və digər atmosfer hadisələrində səmanın vəziyyətini təyin etmək mümkün olmadıqda instrumental müşahidə nəticələri VV- vertical visibility- şaquli görünüş ixtisarından istifadə edilməklə ötürülür.
Buludluğun aşağı sərhəddinin hündürlüyünü 30 m (100 fut) addımlarla göstərmək lazımdır.
Buludluğun növü yalnız topa-yağış CB (cumulonimbus) və güclü-topa TCU (towering cumulus) buludları olduqda qeyd olunur.
Dostları ilə paylaş: |