Azərbaycan Hava Yolları
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
Kafedra: Aviasiya meteorologiyası
Qrup: M1121a
Fənn: Operativ meteroloji məlumatlar və onlara qoyulan beynəlxalq tələblər
Referat
“Aerodrom üzrə müntəzəm, faktiki meteoroloji müşahidələr (METAR) və onların yayımlanması”
Müəllim: t.e.d., professor Hüseynov Nazim
Magistr: Şirinov Xanmurad
BAKI – 2021
Giriş
Son onilliklər ərzində istismara yararlı, uzaq məsafələr qət edən, yüksək sürətə malik hava laynerlərinin meydana çıxması ilə əlaqədar olaraq, dumanda görünüş məsafəsinin ölçülməsi zamanı 10 m-lik dəqiqlik tələb olunur və xüsusən də qalxma-enmə zonasında hava gəmilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yer səthi üzərində küləyin sürət və istiqamətinin və digər meteoroloji kəmiyyətlərin ölçülmə dəqiqliyinə olan tələblər də xeyli artmışdır. Ona görə də operativliyin tam təmin olunması üçün uçuşların meteoroloji təminatı vəzifəsinə qarşı qoyulan əsas tələblər məlumatların vaxtlı-vaxtında və tam şəkildə çatdırılmasından ibarət olur.
Yuxarıda qeyd edilən şərtlərlə əlaqadar olaraq istismar edilən müasir meteoroloji təminat sistemlərinə yüksək inteqrallaşdırılma və avtomatlaşdırılma səviyyəsi istiqamətində qoyulan təlblər də artmış olur.
Müşahidələrin aparılması üçün ən çox yayılan üç avtomatik stansiya var: AWOS -Almaniya, VAİSALA -Finlandiya, ASOS -ABŞ, KRAMS-4 isə Rusiya istehsalıdır.
Əgər meteoroloji orqan, müvafiq HHX orqanı və istismarçı arasında başqa bir razılaşma yoxdursa, aerodromlarda sutka ərzində hər gün müntəzəm müşahidələr aparılır. Bu cür müşahidələr yarım saat intervalla aparılır. Digər aviasiya meteoroloji stansiyalarında müşahidələr HHX orqanları tərəfindən və uçuşların yerinə yetirilməsi ilə müəyyən olunan tələblər nəzərə alınmaqla, meteoroloji orqanın göstərişlərinə müvafiq olaraq aparılır. Əldə olunan meteoroloji məlumatları kodlaşdırırlar.
Bu isə METAR adlanır. “METAR” beynəlxalq meteoroloji kodu: aerodrom ərazisində faktiki hava haqqında müntəzəm məlumat deməkdir. (METAR - meterological aviation routine weather report).
FƏSİL I
Dostları ilə paylaş: |