FU (fume, smoke) - tüstü. Havada olan natamam yanma hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsi
HZ (haze) - sis. Havada asılı vəziyyətdə olan kiçik toz, qum, sənaye tullantıları hesabına 75 % rütubətlikdə görünüş məsafəsinin pisləşməsi.
SA (sand) - qum. Havada asılı vəziyyətdə qumun olması hesabına görünüş məsafəsinin pisləşməsi.
DU (dust) – toz. Havada asılı vəziyyətdə tozun olması hesabına görünüş məsafəsinin pisləşməsi.
VA (volcanic ash) – vulkan külü. Görünüş məsafəsinin vulkan mənşəli hissəciklər hesabına pisləşməsi.
Qeyd: Hadisələri: sis, tüstü, toz, qum görünüş məsafəsi 5000 m-dən az olduqda meteoməlumata daxil edilirlər.
SH (shower) leysan – topa-yağış buludlarından düşən yağıntılar. Qısa davamiyyət müddəti və damcıların ölçüsü ilə xarakterizə olunur. Leysanın intensivliyi müxtəlif ola bilir, buna görə də leysan yağıntılarda görünüş məsafəsi 50 m və 3000 m arasında tərəddüd edə bilir.
GR (grain, hail ) dolu – 5 millimetrdən böyük (bəzən 20sm-ə qədər) ölçüyə malik topa-yağış buludlarından düşən buz parçaları.
GS (grain small, grain soft, and (or) snow pellets) – kiçik dolu, buz və ya qar dənələri – ölçüləri 5 mm-ə qədər olur. Qar dənəsi – 0°C temperaturda topa-yağış buludlarından düşən bərk qarabənzər nüvə şəklində yağıntılar.
Şimşək – kompleks atmosfer hadisəsi olub, buludla bulud arasında və ya buludla yer səthi arasında gurultu ilə müşayət olunan elektrik boşalmasıdır.