Azərbaycan Hava Yolları” qsc milli Aviasiya Akademiyası Fakültə: İqtisadiyyat və hüquq


«Amadeus» ABS-nin yaranma tarixi və məhsulları



Yüklə 48,69 Kb.
səhifə2/9
tarix11.01.2022
ölçüsü48,69 Kb.
#110874
1   2   3   4   5   6   7   8   9
«Amadeus» ABS-nin yaranma tarixi və məhsulları

«Amadeus» avtomatlaşdırılmış bronlaşdırma və satış sistemi (ABS) 1987-ci ilin iyununda Avropa aviaşirkətləri olan Lüfthanza (Almaniya), Air France (Fransa), İberiya (İspaniya) tərəfindən hazırlanmış və 1992-ci ildən tam olaraq fəaliyyətə başlamışdır. Bu da həmin aviaşirkətlərin beynəlxalq hava xətlərini öz şəbəkələri ilə əhatə etmələrinə imkan yaratmışdır. Bu sistem ABŞ-ın «One» sistemi əsasında yaradılıb. «Amadeus» ABS-i yerlərin bronlaşdırılmasında, bilet satışında və onların blanklarının çap olunmasında, tariflərin avtomatik olaraq hesablanmasında, turizm xidmətlərinin realizasiyası sferasında dünyanın ən nəhəng sistemi (meqasistem) hesab edilir. «Amadeus» turist xidməti provayderlərinin resurslarından real zaman çərçivəsində istifadəni təmin edən və bu resursları dünyanın 140-dan çox ölkəsinin 680-dən artıq aviaşirkətinin, 150-dən artıq ölkəinin turist agentlikləri arasında paylayan aparıcı Qlobal Paylama Sistemidir. «Amadeus» dünya müntəzəm sərnişin aviadaşımalarının 95 %-dən çoxunu, eyni vaxtda 322 mehmanxanalar dövrəsində birləşmiş 52731 mehmanxana, 46 avtomobil kirayəsi şirkətini saxlayan 520-dən artıq aviaşirkətin resurslarından istifadəni təmin edir və turist operatorlarının məhsulları, dəmir yolları ilə kruiz və sığorta şirkətləri ilə işləməyə imkan verir. Avropa və Cənubi Amerikada mübaliğəsiz lider olan «Amadeus» ABS-i Amerika bazarında, həmçinin Afrika və Asiyada özünəməxsus xüsusi yer tutur. Turist agentliklərinin və bilet satışına görə aviaşirkət ofislərinin ən çox sayda terminalı «Amadeus» sistemitnə qoşulub. Təkcə 2000-ci ildə «Amadeus»a 500 terminal qoşulmuşdur. «Amadeus» sistemi 3 mərhələdə işə buraxılmışdır.



1-ci mərhələ 1988-ci ilin axırlarında Almaniyada turist agentliklərinin bu sistemə birləşməsi ilə başlandı. Bu mərhələdə sistem «Amadeus one» adlandırıldı və bütün bronlaşdırma işləri ABŞ-ın «One» sisteminin texniki mərkəzində aparılırdı. 1-ci mərhələ «Amadeus» sistemi 10 ölkədə (Danimarka, İslandiya, İsveç, Finlandiya, Fransa, Almaniya, Yuqoslaviya, İspaniya, Norveç, İsveçrə ) ümumi satış bazarının 56 % - ni ələ keçirmişdir.

2-ci mərhələ 1990-cı ildə başladı və bu zaman sistemin displeyində neytral alqoritm dəyişdirilmiş oldu ki, bu da ötürülən informasiyanın keyfiyyətinin əşağı olmasından irəli gəlirdi. Buna səbəb isə «Amadeus» və «One» sistemlərinin paralel işləməsi idi. Bu mərhələdə aviaşirkətlərə özlərinə terminallar yaratmaq hüquqi verilirdi.

3-cü mərhələ 1990-cı ilin axırlarında başlandı və bu mərhələdə əsas məqsəd terminallarda turagentliklərin qurulması və əlavə çarter reyslərinin uçuş cədvəllərinin, onların kopanovkalarının yerləşdirilməsdir. Ümumilikdə bu mərhələdə 31000 əlavə termianl yaradılmış oldu. 1992-ci ildə bu proses başa çatdığı zaman artıq 100000-dən çox terminal fəaliyyət göstərirdi və həmçinin paromların, kruizlərin də «Amadeus» sistemində bronlaşdırılması nəzərdə tutulurdu.

1992-ci ildə «Amadeus» sistemi özünün «Amadeus Cars» və «Amadeus Hotels» məhsulları buraxır, 1993-1995ci ildə «Amadeus» Cənubi Amerika və Asiyada özünün nümayəndəliyini açır, 1995-ci ildə «Amadeus» sistemi «System One» ilə birləşir və bu ildə «Amadeus» sistemi beynəlxalq biznes aparmaq üzrə Almaniyanın «START» şirkəti ilə strateji alyans yaradır.

1998-ci ildə turizm biznesində ən böyük proses olan «Amadeus» sistemi və «System One» sistemlərinin birləşməsi başa çatdı. «Amadeus» sistemi ardıcıl olaraq 6 dəfə ən yaxşı Qlobal Paylayıcı Sistem kimi elan olunmuşdur.

Sistemin əsas işi və fəaliyyəti 3 mərkəz vasitəsilə həyata keçirilir.



  1. Sistemin əsas qərargahı Madrid şəhərində yerləşir. Bura kommunikasiya mərkəzidir və ümumi marketinq strategiyasını, koorporativ və maliyə məsələlərini müəyyən edir. Bu mərkəzdə 350 əməkdaş fəaliyyət göstərir.

  2. Məhsulların təkmilləşdirilməsi üzrə mərkəz Nits şəhərində yerləşir. Mərkəzin fəaliyyətinin istiqaməti marketinq, verilənlər bazasına xidmət və daha çox müştəriləri cəlb etməkdir. Bu mərkəzdə 1100-dən artıq əməkdaş çalışır.

  3. Avropada ən güclü EHM hesab edilən «Amadeus» sisteminin baş komputer mərkəzi 1990-cı ildə yaradılıb və Almaniyanın Münhen şəhəri yaxınlığında, Erdinqildə yerləşir. Bu verilənlər bazasının ən nəhəng mərkəzi hesab edilir. Burada 1 saniyədə 3000-dən artıq əməliyyat həyata keçirirlir. Mərkəzdə 900 əməkdaş fəaliyyət göstərir.

«Amadeus» sistemi öz müştərilərinə müxtəlif növ xidmətlər çeşidini təklif edir.


Yüklə 48,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin