«Worldspan» ABS-nin yaranma tarixi və məhsulları
“Worldspan” ABS ən gənc avtomatlaşdırılmış bronlaşdırma sistemi olsa da onun kökü çox uzaqlara gedir. 1968-ci ildə “Delta Airlines” aviaşirkəti üçün daxili bronlaşdırma sistemi yaradılaraq işə buraxılır. 1971-ci ildə “Trans World Airlines” aviaşirkəti üçün daxili bronlaşdırma sistemi yaradılaraq işə buraxılır. Bu günə qədər “Worldspan” sistemi dünya üzrə 18.5 min agent üçün 492 aviaşirkəti, 45 avtomobil icarəsi (dünyanın təxminən 15.854 nöqtəsində xidmət göstərən), 25 turizm operatoru və 191 mehmanxana şirkətinin (təxminən 45 000 mehmanxana) yerlərinə bronlaşdırmağa imkan verir. Bu sistem çevik maliyə siyasətinə malikdir. Müştəriyə, qoşulma və ödəmənin daha əlverişli variantının seçilməsi imkanını verir. «Worldspan» ayrılmış rabitə xəttinin və PC – yə uyğun komputerin («Worldspan» qurğunu təqdim edir, lakin sifarişçinin qurğusundan da istifadə etmək olar) olmasını tələb edir. Gətirib çatdırma, rabitə xəttinin sifarişi daxil olmaqla qurulma ilə əlaqədar bütün işlər «Worldspan» tərəfindən pulsuz həyata keçiriir. Əgər müəyyən qədər bronlaşdırma əməliyyatı aparılarsa sisçtemdən pulsuz istifadə etmək olar.
«Worldspan for Windows» modem vasitəsilə (şəbəkəyə qoşulmuş 6 işçi stansiya) telefon xətti vasitəsilə sistemdən istifadəyə imkan verir. Qoşulmuş bir terminalın aylıq ödəməsi 200 ABŞ dolları təşkil edir. Bir agentə heç nə ödəməməsi üçün 140 seqmenti bronlaşdırmaq lazımdır.
«Worldspan» sisteminin məhsulları aşağadakılardır :
“Dates & Destinations” (digər adı Internet Booking Engine) - turagentlik saytında turizm xidmətlərinin bronlaşdırılması sstemini yaratmaq üçün nəzərdə tutulub. Saytın istifadəçisi aviareys və otellərin sərbəst seçimini və onların sonradan bronlaşdırılması imkannı əldə edir.
Trip Manager”-turizm xidmətlərinin sadə interfeyslə müştəri bronlaşdırma sistemi. Internet versiyası, Go!Solo-turizm şirkətlərində məhşurdur, o ABS
istifadəçilər bazarının təqribən 85%-ni ələ keçirib. Internet vasitəsilə «Worldspan» qoşulmanın öz cəlbedicliyi var, eyni zamanda Go!Solo funksional imkanlarına görə ayrılmış kanal ilə işləyən «Worldspan for Windows» stasionar versiyasından geri qalmır. Go!Solo agentlərin tez-tez tələb etdikləri resimləri, «Power Pricing», optimal tarifləri, Print-bilet çapı və s. proqramları dəstəkləyir. Bu ildən Go!Solo istifadəçilərinə aviaşirkətlərin konfidensial tariflərə görə bronlaşdırılmasına imkan verən yeni «Special Rates» funksiyasına imkan yaradılıb. «Special Rates» resimində alınan aviabiletlərin qiyməti, rəsmi dərc olunmuş qiymətlərdən 20-40 % aşağı olur.
Go!Res - Go!Solo-nun yeni fknksional imkanlarla modernlişmiş variantıdır.
«Worldspan» agent-istifadəçisi öz sifarişlərinə uyğun Flyoo bronlaşdırma sisteminin real zaman miqyasında modifikasiya edə bilər-loqotipi yerləşdirmək imkanı, firma rəngləri, öz kopanovkasını təşkiletmə tipii kimi formalaşdırma, əsas odur ki, öz saytının adından istifadə etmək. Flyoo vasitəsilə bronlaşdırma sisteminin üstünlüyü aşağadakılardan ibarətdir: agent tariflərinin inikası, back-office saytında turist agentliklərini dəstəkləmək, tarif qaydaları haqqında əlavə məlumatlar. Az əhəmiyyətli olmayan odur k, sistem bronlaşdırma zamanı nəğd və ya köçürmə ilə ödəmənin təsdiqləmə vaxtını 2 – 3 günə qədər gözləyir.
Agentliyin internetdə olmasınının daha sərfəli üsulu təmas informasiyasının Flyoo-ölkələr üzrə agentliklərin bölməsində-“Around the World” olmasıdır. Böyük həcmli bronlşdırmanı təmin edən iri şirkətlər üçün «Worldspan» SMI məhsulunu təklif edərək, özünün booking Engine yaratmağa imkan verir. «Worldspan» şirkətinin maraqlı yeniliklərindən biri, keçən il şirkətin anonslaşdırdığı Worldspan.com saytında istifadəçilər üçün bir neçə baza interktiv kursların «Aviatarif», «Otellər», «Avtomobillərin kirayəsi» mümkün olmasıdır.
Abakus satış sistemi-1987-ci ilin ortalarında Asiya və Sakit okean hövzəsi ölkələrinin aviaşirkətləri öz kollektiv avtomatlaşdırılmış ixrac sistemini yaratdılar. Əsas təşkilatçı aviaşirkətlər Yaponiyanın “CAL”, Avstraliyanın “Qantas”, Nonkonqun “Casey passific, Sinqapurun “Sinqapur Eyrlaynz”, Tailandın “TAİ” aviaşirkətləri olmuşdur.
Bu sistem əsasən Avropa və Amerikanın Beynəlxalq Kollektiv Avtomatlaşdırılmış Ixrac sisteminə cavab olaraq yaradılıb. 1987-ci ilin axırlarında bu sistemin məhsuldarlığının zəif olduğuna görə “CAL” və “Qantas” aviaşirkətləri Abakus sistemindən ayrıldılar. 1988-ci ilin dekabrında “TAI” aviaşirkəti təsisçi hüququndan imtina edərək həmin sistemdən xaric oldular. Bunun əsas səbəblərindən biri sistemin mərkəzinin Sinqapurda yerləşməsi idi. Tailand dövlətinin bir neçə dəfə Sinqapura xəbərdarlıq etməsinə baxmayaraq “Abakus” sisteminin Tailanda keçirilməsinə icazə verilmədi. TAI sistemdən ayrıldıqdan sonra bu sistemə Malaziyanın aviaşirkəti, sonra isə Tayvan və Flippin aviaşirkətləri və 1989-cu ildə Bruneyin “Royal Bnuney Eyrlaynz” aviaşirkətləri daxil oldular. “Abakus” sistemi 1989-cu ilin yaz aylarında “PARS” sistemi ilə müqavilə bağladılar ki, həmin sistemə texniki köməklik üçün bütün əməliyyatlar keçirildi.
Texniki köməklik 2 mərhələdə yerinə yerinə yetirilmiş oldu.
1-ci mərhələdə “PARS” turist agentliyi öz xidmətlərini göstərərkən Abakus sistemində olan bronlaşma sistemini özunə transformasiya etdi.
2-ci mərhələdə “PARS”ın texniki mərkəzi olan Kanzas sitidən bütün əməliyyatlar “Abakus”un texniki mərkəzinə (Sinqapurda ) keçirildi.
«Abakus» sistemi ABŞ-ın «Sabre» sistemi ilə də qarşılıqlı əməkdaşlıq edir. Bu əsasən turizm industriyasında texnoloji təminatı və öz dinamikliyi ilə seçilir.
«Abakus» sisteminin aşağadakı xidmət sahələri fəaliyyət göstərir:
- bronlaşdırma,
- turizm xidmətləri,
- otellər,
- avtomobil icarəsi,
- sığorta,
- kruizlər,
1998-ci ildə «Abakus» və «Seybre» birlikdə qlobal aliyansa qol çəkiblər.
1999-cu ildə turizm sahəsində bronlaşdırma sisteminin ən yaxşı mükafatı ilə təltif olunub.
2000-ci ildə ən yaxşı xidəmət görə Beynəlxalq mükafata layiq görülüb.
2001-ci ildə «Abakus» texnoloji təminat kateqoriyası üzrə “TOP INNOVATOR” adına layiq görülüb.
2002-ci ildə Asiya regionunda ən yaxşı ABS adını alıb.
Asiya regionunun daha bir sistemi olan «Fantaziya» sistemi 1988-ci ilin ortalarında «CAL» və «Kvontas» aviaşirkətləri «Abakus» sisteminə cavab olaraq Beynəlxalq Kollektiv Avtomatlaşdırılmış Ixrac sistemini yaratdılar. Bunu əsasən «Sabre» sisteminin konsultativ üzvləri təşkil edirdi. Buna görə də Avstraliyada «Asiya Passific Distrubishn» kopaniyası yaradıldı. Sonralar həmin kompaniya Avstraliya və Asiyada marketiq işlərinin aparılmasında fəal iştirak etmiş oldu. 1992-ci illərdə texniki mərkəz Avstraliyada yerləşirdi. Sonralar «Qantas» aviaşirkətindən başqa digər aviaşirkətlərin bu sistemə qoşulması özünü doğrultmadi. 1989-cu ilin oktyabrında Amerikan Eyrlaynz aviaşirkəti Avstraliyada «Sabre» sistemindən istifadəyə razılıq əldə etdi. Indiki vaxtda Avstraliyanın 75 agentliyi «Sabre» sistemindən istifadə edərək «Fantaziya» sistemini sıxışdırıb aradan çıxardı.
Dostları ilə paylaş: |