Nəticə................................................................................................................36
Giriş
Sabirabad rayonu Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Ərazisi 1469.4 km² təşkil edir. Sabirabad rayonu şimaldan Kürdəmir rayonu ilə, şimal şərqdən Hacıqabul rayonu, şərqdən Şirvan şəhəri ilə, cənub şərqdən Salyan rayonu ilə, qərbdən Saatlı rayonu ilə, cənubdan Biləsuvar rayonu ilə həmsərhəddir. Sabirabad rayonu okean səviyyəsindən 16 metr, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.
Kurs işi 2 fəsildən ibarətdir. Birinci fəsildə “Ərazinin fiziki-coğrafi səciyyəsi” başlığı altında Sabirabad rayonunun coğrafi mövqeyi, relyefi, hidroqrafiyası, bitki və torpaq örtüyü haqqında məlumat veriləcəkdir.
İkinci fəsil isə əsasən ərazinin iqlim səciyyəsini əhatə edir. Bu fəsil 6 yarımbaşlıqdan ibarət olub rayonun ərazisinə düşən günəş radiasiyası, havanın və torpağın temperaturu, atmosfer yağıntıları, küləyin sürət və istiqaməti, buludluluq, ildırım və dolu hadisələrindən bəhs edir.
Dostları ilə paylaş: |