FƏSİL 1. Ərazinin fiziki-coğrafi səciyyəsi
Coğrafi mövqe
Sabirabad rayonu Kür dağarası çökəkliyi təbii vilayətində yerləşir. Kür dağarası çökəkliyi təbii vilayəti respublikanın mərkəzi və şərq hissələrini ( Kür-Araz ovalığı ), eləcə də Qanıx-Əyriçay vadisini, Ceyrançöl-Acınohur öndağlığını, Arazboyu və Gəncə-Qazax düzlərini əhatə edir.
Şəkil 1.1 Sabirabad rayonu
Kür-Araz ovalığı Kür dağarası çökəkliyinin şərq hissəsində, əsasən dəniz səviyyəsindən aşağıda yerləşir. Ovalıqda səthi meyllik 5-30º arasında dəyişir. Kənarlara getdikcə ovalıq dağətəyi düzənliyə keçir və yüksəkliyi 300-500 m-ə, səthinin meyilliyi isə 3-5º-yə çatır. İlk baxışda çox hamar görünən Kür-Araz düzənliyinin səthi müasir və qədim çay yataqları, nisbi hündürlüyü bəzi yerdə 1.5-3 metrə çatan yataqboyu yallar, daşqınlardan mühafizə məqsədilə tikilmiş yataqboyu bəndlər, axmazlar, akkumulyativ sahil valları, eol mənşəli təpəciklər, deflyasiya və laqun mənşəli çökəkliklər, çoxlu miqdarda suvarma kanalları, kollektor şəbəkəsi və şose yollarla kifayət qədər mürəkkəbləşmişdir.
Dostları ilə paylaş: |