Azərbaycan Hava Yolları



Yüklə 13,23 Kb.
tarix25.10.2017
ölçüsü13,23 Kb.
#12588

Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişin daşıma xidmətlərinin tarifləri barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASININ 24 SAYLI QƏRARI

2007-ci il 25 dekabr

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-cı il 25 dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

Sıra №-si 

 İstiqamətlərin adı

Tarif (ƏDV ilə manatla) 

1.

 Bakı-Naxçıvan

   95,0 

2.

 Naxçıvan-Bakı

  95,0

3.

 Gəncə-Naxçıvan

  39,0 

4.

 Naxçıvan-Gəncə

 39,0

5.

 Bakı-Gəncə

  56,0 

6.

 Gəncə-Bakı

 56,0

7.

 Bakı-Lənkəran

 41,0

8.

 Lənkəran-Bakı

 41,0

9.

 Bakı-Zaqatala

 52,0

10.

 Zaqatala-Bakı 

 52,0

2. Bu qərarın 1-ci bəndində göstərilən istiqamətlər üzrə daşınan hər 1 (bir) kiloqram yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər 30 qəpik səviyyəsində təsdiq edilsin.

3. Bu qərara müvafiq olaraq “Azərbaycan Hava Yolları” Dövlət Konserni vasitəsi ilə daşınan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə güzəştlərin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunsun.

4. Bu qərar 2008-ci il 01 yanvar tarixindən qüvvəyə minir və ölkədaxili hava xətləri ilə sərnişin daşıma xidmətləri üzrə əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası


Tarif (qiymət) Şurasının Sədri                                                                                            H. Babayev

 
Yüklə 13,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin