Azərbaycan Hava Yolları



Yüklə 289,73 Kb.
səhifə1/3
tarix15.06.2018
ölçüsü289,73 Kb.
#53738
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası



Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini___________ H.M.Əliyev “___”___________2015-ci il.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)



Bakalavr hazırlığı üçün
METEOROLOGİYA ” (H)
FƏNNİNİN PROQRAMI

Fakültə: Hava nəqliyyatı

İxtisas: 050616 Uçuş mühəndisliyi (helikopter)

İxtisas kafedrası: Hava gəmilərinin uçuş istismarı

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kreditlərin sayı: 5

Kurs: 2

Semestr: 4



Fənnə ayrılan ümumi saatlar: - 150 sааt

Auditoriya saatlarının cəmi:

Mühazirələr: 30 sааt

Laboratoriya:-

Seminar, praktiki məşğələ: 30 sааt

Tələbənin auditoriyadan kənar işi: -90 sаат


BAKI -2015

«Meteorologiya ” fənn proqramı


Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
«__ » _______2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050616 – “Uçuş mühəndisliyi” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.
Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimi __________ B.M. Məlikov


Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur.
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Kafedra müdiri, t.e.d., prof. ________________________N,Ş. Hüseynov
Fənn proqramı “Hava gəmilərinin uçuş istismarı” kafedrasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.

( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)


Kafedra müdiri, dosent ________________________________ İ.Q. Əmirov

Fənn proqramı MAA-nın “Hava Nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.


( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos.__________________________________________T.İ. Kərimli
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir.
( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov

Mündəricat

Giriş...................................................................................................................................4



  1. Ümumi qaydalar...........................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara tələblər.........................................................................4

1.4 Fənnin digər fənlərlə əlaqəsi........................................................................................5

2. Fənnin məzmunu..........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi..............................................................................5

2.2 Fənnin mövzular üzrə planı..........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................................7

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi.................................................................7

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................13

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi.......................................................17

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................18

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................20

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................20

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................21

Əsas ədəbiyyat......................................................................................................................21

Əlavə ədəbiyyat....................................................................................................................21

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050616 –Uçuş mühəndisliyi ixtisasının bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur
1.Ümumi qaydalar


    1. 1.1. Fənnin tədrisinin məqsədi



“Meteorologiya” fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən meteoroloji elementlərin və atmosfer hadisələrinin aviasiya texnikasının istismarına təsirinin və uçuşların meteoroloji təminatı üsullarının öyrənilməsidir. Bu fənnin tədrisi havada hərəkətin idarə edilməsi ixtisasına yiyələnən pilotlara yaxından kömək edəcəkdir.

“Meteorologiya” fənninin tədrisi tələbələrin dərin nəzəri biliklərə yiyələnməsi və uçuşların meteoroloji təminatını yüksək təhlükəsizlik qaydalarına əməl edərək, hava daşımalarını iqtisadi cəhətdən səmərəli və uçuş qrafikini pozmadan həyata keçirmək məqsədini daşıyır.




    1. 1.2. Fənnin tədrisinin əsas vəzifələri



Fənnin tədrisinin əsas vəzifəsi meteoroloji element və hadisələrin uçuşlara təsirini, uçuşları planauyğun iqtisadi cəhətdən səmərəli olmasını həyata keçirmək, meteoroloji şəraiti uçuşların bütün mərhələlərində nəzərə almaq, meteoroloji məlumatlardan vaxtında və dolğun istifadəni tələbələrə öyrətməkdir. Mühəndis-pilotların uçuşların meteoroloji şəraitin aviasiyanın fəaliyyətinə təsirini, meteoroloji təminatın nəzəri və metodiki əsaslarını yaxşı mənimsəməlidirlər.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları



bilməlidirlər:

  • Atmosferin fiziki xassələrinin hava gəmilərinin istismarına təsirini;

  • Külək və onun parametrlərinin uçuşlara təsirini;

  • Atmosfer hadisələrinin uçuşlara təsirinin qiymətləndirilməsini;

  • Uçuşların meteoroloji təminatı zamanı istifadə edilən beynəlxalq aviasiya meteoroloji kodlarını.

bacarmalıdırlar:

  • Aerosinoptik məlumatların təhlili və işlənməsini;

  • Uçuşların meteoroloji təminatı məsələlərini;

  • Aviasiyanın meteoroloji təminatı zamanı istifadə edilən OPMET məlumatlarının istifadə qaydalarını;

  • Uçuşdan əvvəl və uçuş zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi.

1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan uçuş fənlərinin öyrənilməsində, bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.



  1. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi
Uçuş mühəndisliyi ixtisasının tədris planına uyğun olaraq “Meteorologiya” fənni üzrə tədris yükü 60 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 90 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmuşdur. Kurs işlərinin yazılmasına dair metodiki göstərişlər və mövzular müvafiq metodiki vəsaitdə verilmişdir. Kurs işi 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.



Tədris yükünün 4-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 5.

    1. Fənnin mövzular üzrə planı







Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş

ğələ

Labora

toriya


TSİ*

Sİ*

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

IV SEMESTR

1

Yer Atmosferi

10

2

-

-

4

2

2

Atmosfer təzyiqi və barik sistemlər

10

2

2

-

4

2

3

Havanın temperaturu və rütubətlik

10

2

2

-

4

1

4

Buludlar. Atmosfer yağıntıları

9

2

1

-

4

2

5

İldırımlar

9

2

1

-

4

2

Kollokvium №1

2

-

2

-

-

-

6

Görünüş məsafəsi

10

2

2

-

4

2

7

Buzbağlama

10

2

2

-

4

2

8

Külək. Yuxarı hündürlükdə küləklər

10

2

2

-

4

2

9

Külək sürüşmələri və turbulentlik

10

2

2

-

4

2

10

Hava kütlələri

8

2

-

-

4

2




Kollokvium №2

2

-

2

-

-

-

11

Atmosfer cəbhələri və okklyuziya

10

2

2

-

4

2

12

Meteoroloji məlumatlar

10

2

2

-

4

2

13

TAF Aviasiya hava proqnozları

10

2

2

-

4

2

14

Sinoptik xəritələr. Hündürlük xəritələri

10

2

2

-

4

2

15

İqlimşünaslıq– Yer kürəsinin iqlimi

8

2

-

-

4

2

Kollokvium №3

2

-

2

-

-

-

Semestr üzrə cəmi:

150

30

30

-

60

30

Yüklə 289,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin