Azərbaycan hava yollari ” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi Sərbəst iş №1 Fakültə



Yüklə 55,6 Kb.
səhifə3/6
tarix26.11.2023
ölçüsü55,6 Kb.
#136024
1   2   3   4   5   6
Emil S.i 1 2 3

QAPALI SƏHMDAR CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASİ


Sərbəst iş №3

Fakültə: “Aerokosmik”
İxtisas: “İnformasiya texnologiyalari”
Fənn: “İnformasiya təhlükəsizliyi”
Mövzu : “İnformasiyanın qorunmasının təşkilati üsul və vasitələri”
Qrup: 2441a
Tələbə: Ələkbərov Emil
Müəllim: Əliyev Fəxri

BAKI 2023
Baş verə biləcək növündən və xarakterindən asılı olmadan istənilən təhlükələrin qarşısının alınması, başqa sözlə, sistemdə toplanan, saxlanan və emal olunan, eləcə də şəbəkə vasitəsilə ötürülən informasiyanın təhlükəsizliyinin təmin olunması məqsədilə indiyədək çoxlu sayda müxtəlif üsullar, vasitələr və tədbirlər sistemi işlənib hazırlanmışdır.
İnformasiya təhlükəsizliyi problemi meydana çıxdığı ilk dövrlərdə informasiyanın qorunması üçün, əsasən, təşkilati və fiziki tədbirlər həyata keçirilirdi. Lakin informasiya texnologiyalarının, o cümlədən kompüter texnikasının və kommunikasiya avadanlıqlarının inkişafı informasiyanın qorunması məsələsinə daha ciddi və kompleks yanaşma zərurətini yaratdı.
İlk dövrlərdə elə fikir formalaşmışdı ki, informasiyanın emalı və ötürülməsi sistemlərində təhlükəsizlik proqram vasitələrinin köməyi ilə daha asan təmin edilə bilər. Ona görə də həmin dövrlərdə informasiyanın qorunması üçün məhz proqram vasitələri daha çox inkişaf edirdi. Bu vasitələrin etibarlılığını artırmaq məqsədilə onlar, əlavə olaraq, zəruri təşkilati tədbirlərin və fiziki qoruma mexanizmlərinin köməyi ilə möhkəmləndirilirdi.
Lakin təcrübə göstərdi ki, informasiyanın etibarlı qorunması üçün yalnız proqram vasitələrinin reallaşdırılması, hətta əlavə təşkilati tədbirlərin tətbiq edilməsinə bax-mayaraq kifayət etmir.
Real həyatda praktiki baxımdan informasiya təhlükəsizliyinə qarşı elə təhlükələr yaranır ki, onların qarşısını almaq üçün bu vasitələrin tətbiqi mümkün olmur, bəzən isə bu mexanizmlər arzu olunan nəticəni vermir. Məhz bu səbəb informasiyanın qorunması üçün texniki qurğuların və sistemlərin, o cümlədən aparat vasitələrinin, intensiv inkişafına təkan verdi.
İnformasiya təhlükəsizliyi konsepsiyasının formalaşması prosesində tədricən aydın oldu ki, qoruma vasitələrinin kompleks şəkildə (proqram, texniki, təşkilati və s.) işlənib hazırlanması və tətbiqi daha da səmərəli olur, yalnız bu yolla arzu olunan nəticə əldə edilə bilər.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün reallaşdırılan üsullar, vasitələr və tədbirlər, bir qayda olaraq, iki istiqamətdə inkişaf edir:

  • qeyri-texniki qoruma vasitələri;

  • mühəndis-texniki qoruma vasitələri.

Qeyd etmək lazımdır ki, informasiyanın qorunması mə-sələsinə kompleks yanaşma texniki və qeyri-texniki vasitələrin birgə tətbiqini tələb edir. Məsələn, məlumatlara, proqramlara, sistemə və şəbəkəyə girişin nəzarət olunmasının yüksək səviyyədə işlənib hazırlanmış proqram vasitələri informasiya təhlükəsizliyinin etibarlılığına zəmanət vermir. Belə ki, xidməti personalın səhlənkarlığı və ya təşkilatın əməkdaşlarının səriştəsizliyi nəticəsində parolların yayılmasına (onlar qəsdən yayıla bilər), beləliklə də məxfiliyin itməsinə gətirib çıxaran səhvlər yarana bilər.

Yüklə 55,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin