TCP İP tətbiqi səviyyəsi protokolları kompüterdə tətbiqi proqramların yerinə yetirilməsi üçün xidmətləri təmin edirlər. Tətbiqi səviyyə özlüyündə tətbiqi proqramın olmasına ehtiyacı yoxdur amma tətbiqi proqramların ehtiyacı olan xidmətləri müəyyənləşdirir. Məsələn, tətbiqi protokol HTTP – i veb-brauzerlərin web-serverdən veb-səhifənin içindəkilərini necə əldə edə biləcəyini müəyyən edir . Qısaca, tətbiqi səviyyə kompüterdə və öz şəbəkəsi arasında qüvvədə olan proqram təminatının interfeysini təmin edir. Tətbiqi səviyyə – bu səviyyəyə istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə və s.müraciətinı təmin edən protokollar aid edilir.
Veb – brauzerinizdə veb – səhifənin mövcud olmasına nə imkan yaradır ? Təsəvvür edin ki, Bob öz brauzerini açır. Onun brauzeri , web – server Lerrinin susmaya görə veb-səhifəsi və ya əsas səhifəsi üçün avtomatik sorğular üçün konfiqurasiya olunmuşdur . Ümumi məntiq Şəkil 5 – də öz əksini tapmışdır.
Şəkil 5. Veb-səhifəni almaq üçün əsas tətbiqi məntiq
Beləliklə həqiqətən nə baş verdi. Bobun ilk sorğusu bu oldu ki Bob faktiki olaraq əsas səhifəni özünə yenidən geri qaytarmaq üçün Lerridən xahiş edir. Lerrinin web-server proqram təminatı konfiqurasiya olunmuşdur ki , susmaya görə veb-səhifə home.htm adlandırılan faylda saxlanılır. Bob Lerridən faylı qəbul edir və Bobun veb-brauzer pəncərəsində faylın içindəkilərini ekrana çıxarır.
Dostları ilə paylaş: |