TCP/IP modelinin kanal səviyyəsi
TCP/IP modelinin kanal səviyyəsi verilənlərin fiziki şəbəkə üzərindən çatdırılması üçün cihaz tələblərini və protokolları müəyyən edir. Kanal termini fiziki əlaqələri və iki qurğu arasındakı kanalı bildirir və protokollar bu kanalları idarə etmək üçün istifadə edilir.
Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayici cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur. (Şəkil 8.).
Dostları ilə paylaş: |