Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ m iLLİ aviASİya akademiyasi “İnformasiya Texnologiyaları”



Yüklə 2,69 Mb.
səhifə4/15
tarix05.01.2022
ölçüsü2,69 Mb.
#111635
1   2   3   4   5   6   7   8   9   ...   15
Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.

Şəbəkələrin qovşağları ilə və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini ieararxik təşkil edən protokol yığını protokollar steki adlanır.

ARPANET komputer şəbəkəsinin inkişafı və onun beynəlxalq İnternet şəbəkəsinə transformasiyası yeni TCP/IP (Transmission Control Protocol / İnternet Protocol) adlı informasiya mübadiləsi protokolunun yaradılması ilə bağlıdır. Şəbəkəyə qoşulmuş komputerlər arasında informasiya mübadiləsini sadələşdirmək məqsədi ilə İnternet TCP/IP protokolundan istifadə edir. TCP/IP heç bir firma və ya kompaniya tərəfindən konkret olaraq maliyyələşdirilmir. Bu səbəbdən də istənilən şəxs və ya firma İnternetə qoşularaq milyonlarla istifadəçi ilə əlaqə yaradır, informasiyanın göndərilməsində və ya əldə olunmasında bilavasitə yaxından iştirak edir. İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokollar steki aşağı səviyyədə fiziki və kanal səviyyələrinin , yuxarı səviyyədə tətbiqi səviyyənin protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn servis xidmətini və s.) təşkil edir.

İnternet vasitəsilə informasiyanı ötürmək, müxtəlif insanlarla əlaqə yaratmaq və s. kimi işləri həyata keçirmək üçün fərdi komputerlərdən istifadə etmək lazım gəlir. Məlumdur ki, istifadə edilən komputerlər müxtəlif firmalar tərəfindən (məsələn, Unix, Macintosh, İBM və s.) istehsal olunur. Bu səbəbdən də onların birgə işlənməsi üçün komputerlər, mütləq bir-biri ilə “eyni dildə danışmalıdırlar”. Yaranan çətinliyi aradan qaldırmaq üçün TCP/IP protokolundan istifadə olunur.

Ümumilikdə TCP/IP protokolu komputerlər arasında körpü rolunu oynayır. Protokol iki fərdi komputer və ya iki proqram arasında qarşılıqlı əlaqənin qaydasını təyin edir.

Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir.



  • IP – qovluqlarda yerləşdirilən xüsusi hazırlanmış komputerlər İnternet vasitəsilə informasiyanı hərəkət etdirmək üçün IP-dən (İnternet Protocol – İnternet Protokolu) istifadə edirlər. Bu zaman kiçik informasiya paketlərində komputerlərin IP ünvanları göstərilir ki, bunun da köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. IP ünvanı bir-biri il nöqtələrlə ayrılmış dörd nömrədən ibarətdir. Məsələn, Macintosh firmasının fərdi komputerləri 198.70.150.9 IP ünvanına malikdir.



  • TCP (Ötürmənin idarə olunması protokolu) İnternet vasitəsilə göndəriləcək informasiyanın kiçik paketlərə hansı şəkildə bölünməsini təyin edir. Daha doğrusu, müxtəlif vaxtlarda göndərilmiş müəyyən sayda kiçik paketlərdən ibarət informasiyaların eyni zamanda istifadəçiyə çatdırılmasını təhlil edərək tənzim edir. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirilir. Əgər informasiya qısadırsa TCP protokolundan əlavə UDP – User Datagram Protokolundan istifadə edilir.

TCP və UDP arasında əsas fərqlər:

  • TCP tətbiqi proqramlara çoxlu sayda müxtəlif xidmətlərin göstərir, beləki UDP – nin belə xidmətləri yoxdur.

  • TCP səh zamanı bərpaolunmanı təmin edir. Amma o bunu böyük həcmdə buraxma qabiliyyətindən və böyük emal dövrlərindən istifadə etməklə yerinə yetirə bilir. UDP isə səhv zamanı bərpa olunmanı yerinə yetirmir. Belə ki , o az həcmdə buraxma qabiliyyətindən və kiçik emal dövrlərindən istifadə edir.

  • TCP qovşaqlar arasındakı birləşməni qurur və dayandırır , halbuki , UDP bunları etmir. Bir çox protokollar bu anlayışlar altında işləyir, beləki , birləşmə yönümlü və birləşməsiz terminləri hər birinin ümumi ideyasına istinad etmək üçün istifadə olunur.

  • UDP tətbiqi proqramlar üçün məlumat mübadiləsi xidmətini təmin edir. TCP – dən fərqli olaraq , UDP birləşməsizdir.

İnformasiyanı ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanı da adlanır) , IP (Internet protocol) ünvan və işarə domen adlar DNS (Domain Name System). İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüter unikal ünvana malikdir. Internetdə verilənlərin ötürülməsi üçün rəqəm İP və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür.Bu ünvanlar okted adlanan dörd baytdan ibarət olurlar. Məsələn, 104.24.74.190. Belə yazı IP ünvan adlanır. IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi Internet mərkəzinin (Internet Network Informasion Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutlaşdırıcıya kompüterin hansı şəbəkəyə aid olduğunu göstərir.

Rəqəm ünvanı kompüterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında çox zaman işarə tipli ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompüterlərə adlar mənsub edilir. İnternetde kompüterlərin ünvanı Domen Name System (DNS) adlanan adların domen sistemindən istifadə olunur. DNS- İnternetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompüterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir.

Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır.

İnternetin təməli TCP/IP standartı əsasında qoyulmuşdur. İnternet şəbəkəsinin fəaliyyəti, məlumatların marşrutlaşması və ötürülməsindən başlayaraq şəbəkə avadanlıqlarının konfiqurasiyasına qədər funksiyaların yerinə yetirilməsi TCP/IP protokollar bazasında təşkil edilir. Bu modelə malik şəbəkə arxitekturasında 4 səviyyə istifadə olunur (şəkil 3.).






Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin