Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ m iLLİ aviASİya akademiyasi “İnformasiya Texnologiyaları”


TCP/IP şəbəkə modelinin nəqliyyat səviyyəsi



Yüklə 2,69 Mb.
səhifə7/15
tarix05.01.2022
ölçüsü2,69 Mb.
#111635
1   2   3   4   5   6   7   8   9   10   ...   15

TCP/IP şəbəkə modelinin nəqliyyat səviyyəsi


Nəqliyyat səviyyəsi tətbiqi və sessiya səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

Nəqliyyat səviyyəsinin iki əsas istifadə olunan protokolları vardır. Transmission Control Protocol (TCP) və User Datagram Protocol (UDP) (İstifadəçinin dataqram protololu ).

Nəqliyyat səviyyəsinin protokolları TCP İP modeli üzrə ondan bir səviyyə yuxarıda olan tətbiqi səviyyənin protokollarını xidmətlərlə təmin edirlər.

TCP/IP şəbəkə modelinin şəbəkə səviyyəsi


Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutlaşdırıcı (router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutlaşdırıcı şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücüdən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə ümumi marşrut paketlərin keçdiyi marşrutlaşdırıcıların ardıcıllıgından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir.

TCP/IP modelində şəbəkə səviyyəsi İP paketlərin bir cihazdan digərlərinə ötürülməsi xidmətlərini təmin edən İP protokolundan istifadə edir. İP ünvana malik istənilən cihaz TCP/IP şəbəkəsinə qoşula bilər və paketləri göndərə bilər.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin