Azərbaycan hava yollari qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi kurs işi



Yüklə 0,7 Mb.
səhifə5/6
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#107789
1   2   3   4   5   6
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında "Ə", "ə" hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri «qeyri-standart» hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi. 

Qrafik kodlaşdırma

Əgər biz istənilən qrafiki təsvirinə böyüdücü şüşə ilə baxsaq görərik ki,o xırda nöqtələrdən təşkil olunub.Bu nöqtələri Rastr və ya bitmap adlandırırlar.Bu səəbəbdən bu qrafika rastr qrafika adlanır.Rastr qrafikasının ən kişik elementi rastr nöqtəsidir.Ağ-qara təsvirlərin təqdim olunması üçün onu təşkil edən nöqtələrin boz rəngi 256 tonu ilə təsvir olunur. Bu zaman ixtiyari nöqtənin parlaqlığı 8 dərəcəlik

ikilik kodlaşılır. Rəngli qrafik təsvirlərdə ixtiyari rəng üç əsas rəngin: Qırmızı (RED), Yaşıl (Green), Göy (Blue) - rəngin qarışığının alınmasına əsaslanır. Ona görə də bu sistemə R, G, B kodlaşdırma sistemi deyilir. Lakin rəngli təsvirlərdə hər bir təşkiledici üçün (əsas rəng üçün R, G, B) 256 dərəcədən istifadə olunur.Yəni bir nöqtənin kodlaşdırılması üçün 24 dərəcə lazım gəlir.

Bu zaman kodlaşdırma sistemi 16,5 milyon müxtəlif rəngi təsvir etmək imkanı verir. 24 dərəcəli kod tam rəngli (True color) sistem adlanır.

Əgər hər bir nöqtəni kodlaşdırmaq üçün istifadə olunan ikilik dərəcələrin miqdarını azaltsaq verilənlərin həcmini azaltmış olarıq. Lakin bu zaman kodlaşdırılan rənglərin də

diapozonu azalacaq.16 dərəcəli kodla kodlaşdırılan sistem (High-color) sistemi adlanır.

Qrafik verilənlərin kodaşdırılması zamanı nöqtələrin kordinatları və rəngləri rəqəm şəklində yadda saxlanılır. Bu rəqəmləri uzaq məsafəyə ötürmək və ekranda göstərmək və printerdə çap etmək olar, böyütmək, kiçiltmək, işıqlı etmək, döndərmək və s. mümkündir. Bütün bunlara şəkillərin işlənməsi deyilir. Əslində isə kompüter proqramlarda qeyd etdiyimiz rəqəmləri dəyişir.

Səs verilənlərinin kodlaşdırılması

Rəqəm, mətn, qrafik informasiyasından fərqli olaraq səs kodlaşdırılmasının standart kodu yoxdur. Bir sıra müxtəlif kompaniyalar öz standartlarını yaratmışlar.

Məsələn: FM (Frequeney modulation) tezlik modulasiyası metodu. FM metodu

ona əsaslanır ki, ixtiyari mürəkkəb səsi sadə müxtəlif tezlikli harmonik siqnalların ardıcıllığını bölmək olar. Təbiətdə səs siqnalları fasiləsiz spektra malik olur və analoq siqnalları hesab olunur. Onların harmonik sıraya bölünməsinə və diskreptə rəqəm siqnalları şəklində təqdim olunmasına imkan verən qurğuya «Analoq» rəqəm çevricisi deyilir (ARÇ). Səsin əks çevrilməsi (rəqəmdən analoq formasına) rəqəm analoq çevricilərinin köməyi ilə (RAÇ) yerinə yetirilir. Bu zaman informasiya itkisi baş verir ki, bu da kodlaşdırma üsulundan asılıdır. Bu səbəbdən səs yazmanın keyfiyyətin adətən qənaət bəxş etmir və elektron musiqi cihazlarının elektron səsinə xarakterik səsə

çevrilir. Lakin buna baxmayaraq FM-metodu kompakt ,yığcam kod texnikanın aşağı səviyyələrindən istifadə) metodu texnikanın müasir inkişaf səviyyəsinə dahaa çox uyğun gəlir. Bu zaman əvoluna bilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin