«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor



Yüklə 0,58 Mb.
səhifə15/32
tarix11.12.2022
ölçüsü0,58 Mb.
#120803
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant

Qeyri – metal ehtiyatları. Bunlara filiz olmayan bütün ehtiyatlar aiddir. Məsələn; azbest (MgSiO3), karbonatlar, daşlar, qum, çınqıl, fosfatlar, potaş (K2CO3), sudakı natrium, xlor, oksigen və s. Bəzi hallarda bir mineral həm filiz, həm də qeyri-metal kimi qiymətləndirilə bilər. Məsələn; dolomit mineralı (CaCO3 ∙ MgCO3). Əgər bundan Mg-un çıxarılması üçün istifadə edilərsə o Mg filizi adlandırıla bilər, digər məqsədlər üçün istifadə edilərsə qeyri-metal sayılır.
Karbonatlar əsasən Ca və Mg karbonatları, azbest, qum, çınqıl, daş tikinti materialı kimi geniş istifadə olunur. Buna baxmayaraq onların ehtiyatı çox böyük olduğundan onların tükənmə qorxusu yoxdur.
Xlor, xloridlər, maqnezium, natrium tükənməz ehtiyatı olan maddələrdir. Onun əsas miqdarı okean sularında toplanıb. Amerikanın bütün Mg istehsalı yalnız dəniz sularından istifadə etməklə alınır. NaCl-din daş duz yataqları da var. Məsələn; artiyan duz yatağı. O, əsasən daş duz şəklində dəniz sularından və lay sularından alınır. Ən geniş istifadə olunan maddələrdən biridir.
Məsələn, azərbaycanın yemək duzunun ehtiyatı 20min tondur. O, kömürdən və dəmirdən sonra III-cü yerdədir. Ehtiyatı olduqca böyükdür və tükənmə qorxusu yoxdur. Mg metal şəklində cəmi 10% istifadə olunur. Cl (qaz) əsasən xlorlu duzların elektrolizi nəticəsində (kaustik soda istehsalında) əmələ gəlir. Kaustik soda NaCl-un elektrolizi nəticəsində əmələ gəlir. Civə elektrod ilə elektroliz nəticəsində yaranır. Bu zaman katodda NaOH və H2, anodda isə Cl qazı çıxır. Əmələ gələn Cl-un bir hissəsinin hidrogen qazı ilə neytrallaşdırılaraq HCl alırlar. Xlorun çox böyük miqdarı üzvi maddələrin xlorlaşdırılmasında istifadə olunur, ehtiyatı tükənməzdir. Kənd təsərrüfatında çox böyük miqdarda kalium və fosfor istifadə olunur. Buna baxmayaraq onlarda tükənmə ehtiyatı azdır. Çünki e.i.i. fosfor üçün 0.064 kalium üçün 0.01%-dir.
Gübrələrin təkrar istifadəsi onların təkrar emala qaytarılmasını inkar edir. Qeyri-metal ehtiyatlarından su və oksigen ən çox istifadə edilən, istifadə edilməsinə baxmayaraq ehtiyatı sabit olan maddələrdir. Oksigenin miqdarı fotosintez vasitəsilə sabit saxlanılır, su öz təbii dövrü nəticəsində sabit qalır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin