«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant
Mineral ehtiyatların təsnifatı. Mineral ehtiyatlar əmələgəlmə təbiətinə görə vulkanik, metomarfik, çöküntü və məhlul tipində olur.
Maqmatik minerallarda əmələgəlmə temperaturuna görə bir neçə qrupa bölünür. Çöküntü mineral tipləri yerli və gətirilmə olur. İlkin maqma soyudularkən yüksək temperaturlu proseslər nəticəsində müxtəlif metalların binar, ikili və daha mürəkkəb oksid yataqları sulfidlər, silikatlar və s. əmələ gəlir. Kükürdlü mineral əmələ gətirən elementlərə xalkofil elementlər deyilir. Demək olar ki, bütün əlvan metallar xalkofil təbiətlidir və sulfidlər şəklində tapılır. Maqmanın yuxarı temperaturda uçucu komponentləri S, Cl, Li, B, F, Be, Sr, Cu və s. əsasən suda həll olaraq məhlullar əmələ gətirib və ya bəzi mineralların tərkibinə daxil olur. Məsələn; kriolit – Na3AlF6, sirkoniyum orta silikat – ZrSiO4, monosit – (Ce, La, Y)PO4, kasserit – SnO4, florit – CaF2, uran – U3O8 .
Dəmir mineralları: Fe3O4 – maqnetit, Fe2O3 – hematit, FeOOH – hetit, FeTiO3 – hilmenit, FeS2 – pirit şəklində olur.
Bir çox elementlərin məxsusi mineralları olmur və ya olan mineralları sənaye əhəmiyyətli olmur. Belə elementlərə səpələnmiş elementlər deyilir. Məsələn:Ga, İn və bir çox nadir metallar səpələnmiş haldadır.
Suda həll olan minerallar eyni zamanda özlərinin çöküntü yataqlarını da əmələ gətirir. Məsələn; NaCl – daş duz, NaCl ∙ KCl - silvinit, KCl ∙ MgCl2 ∙ 6H2O – karnalit, şora, gips – CaSO4 ∙ H2O və bura – Na2B4O7 ∙ 10H2O şəklində olur. Bəzi lay suları və dəniz, okean suları güclü minerallaşmış olur və bir şox elementlərin alınması üçün xammal rolunu oynaya bilir. Texnoloji nöqteyi nəzərdən həll olmuş mineral maddələrin emalı və çıxarılması asandır. Lakin onların qatılığı az olduğundan bəzən texnoloji əhəmiyyət kəsb etmir. Bugün dəniz suyundan NaCl, Mg və Mg birləşmələri, bor istehsal olunur. Dəniz otlarından yod istehsal edən müəssisələr mövcuddur. Mineral ehtiyatları yataqlarının axtarışı qiymətləndirilməsi və onların müasir texnologiya üçün nə dərəcədə əlverişli olması məsələləri ehtiyatın qiymətləndirilməsi nöqteyi nəzərdən vacib sayılır. Lakin bu məsələlər bizim mövzunun predmenti olmadığı üçün baxılmır.
III-cü cədvəldə müxtəlif elementlərin mineral formaları göstərilmişdir.
Cədvəl III