Qızıl geoloji damarları ətrafında yerləşmiş minerallar və torpaq
Se
Cu
FeS2, CuFeS2, vulkanik püskürmələr digər mis mineralları da ola bilər.
Ag
Au
Tərkibində Ag olan qızıl mineralları.
Cədvəldən göründüyü kimi bir çox elementlər başqa elementlərin, filiz və mineralların tərkibində olur. Məsələn: xalkofil minerallarında demək olar ki, bütün xalkofil elementləri, sulfidləri, selen, tellur olur. Ona görə də hər hansı filizin emalı zamanı filizin tərkibindəki digər komponentlərin miqdarı, forması aydın olmalıdır. Bu, onların emal prosesini müəyyənləşdirmək üçün vacibdir. Misal olaraq, keçmiş sovet ittifaqında (Qazaxıstanda) mis filizi yatağının kompleks emalını göstərmək olar. Burada mislə yanaşı nəcib metallar (Au, Ag, Pt, Bi, Sb, Zn, Se, Te, nadir torpaq elementləri) emal edilir. Prosesin kompleks aparıldığı üçün bir çox elementlərin alınmasının maya dəyəri aşağı olur.
Mövzu 8: Tullantıların dövlət proqramı Ümumi qaydalar. «Ətraf mühitin mühafizəsi» proqramında əsas məqsəd ölkənin ekoloji təhlükəsiz inkişafını təmin etməkdir. Yəni, stabillik, gələcəkdə ətraf mühitin tullantılarla çirklənməsini azaltmaq və tullantıların təkrar emala maksimum cəlb olunması ilə əlaqədar olaraq təbii ehtiyatlara qənaət edilməsi. Proqram aşağıdakı məsələləri həll etməyi nəzərdə tutur: tullantılar və aztullantılı texnologiyanın tətbiqi əsasında tullantıların əmələ gələn həcminin azalması, yeni texnologiyanın tətbiqi ilə toksiki və təhlükəli tullantıların miqdarının azaldılması, tullantıların istifadə səviyyəsinin yüksəldilməsi, ikinci material ehtiyatlarının energetik potensialının və xammalın səmərəli istifadəsi, tullantıların təhlükəsiz yerləşdirilməsi, tullantıların kənarlaşdırılması və təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün maliyyə və digər ehtiyatların məqsədyönlü bölünməsi. Proqamda müxtəlif idarəetmə səviyyəsində problemlərin kompleks həllini əhatə edən federal, regional və sahə proqramlarının formalaşmasının vahid əsaslandırılmış sistemi nəzərə alınmalıdır. Tullantılara görə regional ixtisaslaşmış müəssisə yaradılmasını tələbedən emal və ya tullantıların təkrar emalı problemini sərbəst həll edə bilmədikdə regional proqramlar işlənir.
Sahə nazirlikləri və idarələr bu sahələrin tullantılarının azaldılmasını təmin edən elmi-texniki siyasət işləyir və bununla da federal və regional proqramların işlənməsində və realizə olunmasında iştirak edir.