Tullantısız texnologiyaya olan tələblər. Mövcud olan texnoloji proseslərin təkmilləşdirilməsi və prinsipial yeni texnologiyanın işlənməsi yolunda bir sıra ümumi tələblərə riayət olunması tələb olunur. Bunlara istehsal proseslərinin daha az texnoloji mərhələlərdə həyata keçirilməsi (bunların hər birində tullantı əmələ gəlir və xammal itir), xammal və enerjinin səmərəli istifadəsinə imkan verən fasiləsiz proseslərin tətbiqi, aqreqatların vahid gücünün (optimuma qədər) artırılması, istehsal proseslərinin intensivləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması, enerji texnoloji proseslərin yaradılması aiddir. Enerjinin texnologiya ilə uyğunluğu kimyəvi çevrilmələrin enerjinin tam istifadə olunmasına, enerji ehtiyatlarının, xammalın və materialların qənaət edilməsinə və aqreqatların məhsuldarlığının artırılmasına imkan verir. Belə istehsala misal olaraq enerji texnoloji sxemlə iritonnajlı ammiak istehsalını göstərmək olar.
Yeni tullantısız istehsalın yaradılması üçün aşağıdakı tələblər nəzərə alınmalıdır.
İstehsal prosesi mümkün qədər az mərhələli olmalıdır. Çünki prosesin hər mərhələsində özünəməxsus tullantı yaranır. Xammalın itkisi baş verir.
Daimi enerji və xammaldan maksimum istifadəni təmin edən istehsalın yaradılması.
İstifadə edilən texnoloji qurğu və avadanlıqların gücünün maksimum istifadəsi.
Istehsal prosesinin intensivləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması.
Enerji - texnoloji proseslərin yaradılması (enerjinin təbii potensial istehsalı zamanı kimyəvi, fiziki-kimyəvi və mexaniki çevrilmələrin enerjisindən hazır məhsul, aralıq məhsulların alınması. Tullantıların istiliyindən optimal istifadə). Bu proses iri istehsal sahələrində xüsusi əhəmiyyət kəsb edə bilər.
Mövzu 3: Tullantısız və aztullantılı istehsalatın əsas istiqamətləri Tullantısız texnologiya yoxdur. Lakin, bu problem çıxandan bəri bir çox istehsal sahələrinin tullantıları kəskin azaldılıb. Məsələn; keçən əsrin 50-ci illərinə qədər tullantının miqdarı istehsalatda nəzərə alınmırdı. Təqribən 70-ci ildən bəri mineral ehtiyatların qorunması nöqteyi nəzərindən tullantıların təkrar istehsala yönləndirilməsi və xammaldan maksimum istifadə məsələləri hələ də qalır.
75-ci ildən bəri tullantısız texnologiyanın istifadə edilməsinin əsas səbəblərindən biri də ətraf mühitin çirklənməsi və tullantıların kənd təsərrufatına vurduğu zərərlər olmuşdur. İstehsalatda tullantının çoxalmasının səbəblərindən biri istehsal prosesinin köhnəliyi və istifadə edilən avadanlıq və qurğuların keyfiyyətinin azalmasıdır.
Təqribən 10-15 il sonra əksər avadanlıqlar keyfiyyətini 80-85% itirir.
energetika
kağız sənayesi
Energetika - bu sahədə əsasən yanacağın daha effektiv yandırılması, yanma istiliyindən istifadə, yanmanın həyata keçirilməsi. Yanma tüstüsündən təkrar enerji mənbəyi kimi istifadə. Onlardan SO2 – nin, N2 qazlarının təmizlənməsi. Tüstü qazlarındakı bərk hissəciklərin tutulması, küldən tikinti materialı kimi istifadənin təşkili.