«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Resurs Adambaşına ehtiyatın çıxarılma səviyyəsi



Yüklə 0,58 Mb.
səhifə14/32
tarix11.12.2022
ölçüsü0,58 Mb.
#120803
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant

Resurs



Adambaşına ehtiyatın çıxarılma səviyyəsi


Dünyada

Şimali Amerikada

Asiyada

Dünyada

ABŞ - da

Alüminium, kq

15.1

14.1

1.4

2.8

30.8

Sürmə, q

14.8

15.8

1.9

17.3

201

Asbest, kq

1.0

5.0

0.0

0.9

3.7

Xrom, kq

0.7

0.0

0.3

0.5

2.3

Kobalt, q

-

-

-

5.6

31.7

Mis, kq

1.6

6.3

0.1

1.5

12.5

Qurğuşun, kq

0.8

2.8

0.1

0.8

6.7

Qızıl, q

0.4

0.1

0.0

0.4

0.4

Neft, kq

582

1717

342

471

2872

Uran, kq

-

-

-

4.8

12.1

Sink, kq

1.5

6.3

0.2

1.4

7.9

Kömür, kq

580

1660

246

624

2274

Dəmir, kq

110

224

26

106

536

Manqan, kq

2

0.3

0.3

2.2

15.16

Fosfatlar

23

108

2.4

3.2

15.16

K2CO3, kq

23

108

2.4

2.2

5.5

Qalay, kq

50.6

3.5

563

70.5

447

Dünyada təbii ehtiyatların ehtiyatı aşağıdakı cədvəldə verilir.
Cədvəl II

Təbii ehtiyat

Çıxarılma forması

Ehtiyatın miqdarı, ton

Qeyd

Alüiminium

Al2O3 ∙ nH2O

1.1 ∙ 109




Sürmə

Sr2S3

3.6 ∙ 106




Xrom

FeCr2O4

4.7 ∙ 109




Kömür

-

4.7 ∙ 1012




Kobalt

CuCo2S4, CoArSO

2.2 ∙ 106




Mis

CuFeS2, Cu2S

250 ∙ 106




Qızıl

Au

11.0 ∙ 103




Dəmir

Fe2O3 , Fe3O4

88 ∙ 109




Qurğuşun

PbS ∙ PbCO3

82 ∙ 106




Manqan

MnO2, MnO3 ∙ H2O

635 ∙ 106




Civə

HgS, Hg

115 ∙ 103




Molibden

MoS2

5.2 ∙ 106




Nikel

(FeNi)S

65.0 ∙ 106




Neft

-

54.1 ∙ 103




Gümüş

Ag, Ag2S, AgAsS3

171 ∙ 103




Qalay

SnO2

4.76 ∙ 106




Titan

TiO2 ∙ FeTiCO3

310 ∙ 106




Volfram

CaWO4(Fe, Mn)

1.3 ∙ 106




Uran

U3O8

749 ∙ 103




I və II cədvəldən istifadə edərək hər bir materialın il ərzində sərfinin əmsalını təyin edə bilərik.


İl ərzində ehtiyatın sərfinin normasını, ehtiyatın miqdarını (II cədvəldən) adambaşına sərf normasına və əhalinin sayına bölməklə tapmaq olar. Buna ehtiyatdan istifadə indeksi (e.i.i) deyilir, vahidi % / il-dir.
Əksər materialların e.i.i. 0.4-6% intervalındadır. Axırıncı rəqəm ehtiyatın çox sürətlə qurtaracağını göstərir. E.i.i. böyük olduqca həmin ehtiyatın tükənmə sürəti də böyük olur. E.i.i – ni bilərək ehtiyatın neçə ilə tükəndiyini tapa bilərik. Məsələn; qalayın e.i.i. = 5.3% / ildir. Onda onun ehtiyatının e.i.i. nisbəti yəni, 100 / 15.3 = 19 alınır. Bu o deməkdir ki, verilmiş qalay ehtiyatı onun sərf norması və əhali sayı sabit qalarsa, 19 ilə qurtaracaq. Lakin bu belə ola bilməz. Səbəbi: qalayın yeni ehtiyat mənbələrinin tapılması, qalayın qiyməti qalxdıqca tullantılarda təkrar emalın artması, qalayın alternativ maddələrlə əvəz olunması, adambaşına sərf normasının azaldılması onun ehtiyatının daha uzun müddətə istifadə edilməsi.
E.i.i. zaman keçdikcə dəyişir. Onun hesablanması zamanı isifadə olunan faktorlar məlumdur. Proqnoz qiymətlər isə müəyyən qanunauyğunluqlara əsasən müəyyənləşdirilir. Təbii e.i.i. qiymətinə görə 2 qrupa bölünür:
1. E.i.i. ≥ 1.7% sürətlə tükənən ehtiyatlar (I qrup metallar).
2. E.i.i. ≤ 1.3% aşağı sürətlə tükənən ehtiyatlar (II qrup metallar).


Mövzu 6: Təbii ehtiyatın sərf norması
Təbii ehtiyatların sərf olunma məsələlərinə baxarkən onları 3 kateqoriyaya bölürlər: istilik-yanacaq və energerji ehtiyatları, metal ehtiyatları, qeyri-metal ehtiyatları.
Istilik və enerji ehtiyatları. Bunlara daş kömür, neft, təbii qazlar, uran və s.aiddir. Aşağıda yanacaq almaq məqsədilə istifadə olunan ehtiyatlar göstərilib.

  1. Antrasit

  2. Boz kömür

  3. Təbii qaz

  4. Torf

  5. Neft

  6. Yanar şistlər

  7. Torium və uran

  8. Su enerjisi (hidroenerji)

  9. Hidrotermal su

  10. Qabarma və çəkilmə

  11. Günəş enerjisi

  12. Hidrogen enerjisi

  13. Nüvə istilik enerjisi.

Hər bir istilik və enerji növü haqqında geniş məlumat vardır.
Hal – hazırda ənənəvi eneji növləri olan təbii qaz, neft, daş kömür daha çox istifadə olunur. Dünya enerji balansında onlardan alınan enerjinin payı kifayət qədər böyükdür. Son zamanlar atom enerjetikası sürətlə inkişaf etməyə başlayır, onların xammalın uran və torium mineralları və onların izotopu olan olan 235 radioaktividir (U235). Bir qram U235 maddəsinin verdiyi eneji 2200l xam neftin yanması zamanı alınan enerjiyə bərabərdir. Bir qram U235 maddəsinin enerjisi 2.7 ton kömürün enejisinə bərabərdir. U energetikada istifadəsi reaktorların tipindən asılıdır. I növ istilik reaktorlarında yalnız U235 izotopu istifadə olunur. Onun filizdəki miqdarı cəmi 0.7% - dir və istifadə etmək üçün əvvəlcə uran filizi zənginləşdirilir. Bu proses olduqca çətin və ekoloji təmiz olmayan prosesdir. U235 izotopunun ayrılması fiziki prosesdir əvvəlcə mineraldakı uranın uçucu birləşməsi alınır. Həmin qazşəkilli U birləşməsini diffuziya arakəsmələri olan sahədən keçirirlər, bu zaman yüngül qaz molekulları daha uzaq məsafəyə uça bilir. Diffuziya təbəqələrini rahat keçir. Proses bir neçə dəfə təkrarlanmaqla tərkibindəki izotopun 80-85% - ni ayırmaq mümkün olur. Ayrılmış qazşəkilli U birləşməsi reduksiya edilərək U235 birləşməsinə çevrilir. Həmin maddə I növ atom reaktotlarında istifadə olunur.
I növ reaktorların mənfi cəhəti onun uranın cüzi hissəsindən istifadə edilə bilməsidir (0.7%). Hal – hazırda II və III tip atom reaktorları mövcuddur ki, onların xammalı U mineralının özüdür.Yəni, U235 izotopu və Th232 izotopu reaktorda sürətli elektronların təsiri ilə asan parçalana bilən izotoplara çevrilir. Həmin izotopların aşağıdakı tip reaksiyalar nəticəsində atom enerjisi alınır.
238 92U + n → 23992 U → 23993 Np – 23994 Pu


232 90 Th + n → 23390 Th → 23391 Pa → 23392 U
Parçalanma zamanı radioaktiv atom 2 bərabər hissəyə bölünür. Atom reaktorlarında enerjinin əmələ gəlmə səbəbi U atomlarının 2 bərabər hissəyə parçalanarkən kütlə itkisinə məruz qalmasıdır. Bu zaman yaranan neytronlar yeni atomların parçalanmasına səbəb olur. Həm də E=mc2 Enişteyn düsturuna görə külli miqdarda enerji ayrılmasına səbəb olur. Atom reaktorlarının gücü çox böyükdür. Aşağıdakı müxtəlif tip reaktorların minimum və maksimum enerjisinin miqdarı göstərilib.

Reaktor
I tip ...
II tip ...
III tip ...
Cəmi ...

Nmin , 109 vt (%)
400 (61)
-
260 (39)
660

Nmax, 109 vt (%)
360 (40)
170 (19)
370 (41)
900

Digər enerji mənbələri hidrotermal enerji, çəkilmə - qabarma, okean enerjisi, hidroelektrikdən daha çox istifadə olunur. Ancaq növbəti 100 illikdə təbii enerji ehtiyatlarının tükənməsi, bahalanması nəticəsində bu alternativ enerji mənbələri güclü inkişaf edəcək.


Metal ehtiyatları. Qeyd etdiyimiz kimi istifadə indeksinə görə metallar 2 qrupa bölünür.

  1. E.i.i.≥ 1.7% olan I qrup elementləri (Au, Hg, Sn, Ag, Zn, Pb, W, U, Cu, Sb)

  2. E.i.i.≤ 1.3% olan II qrup elementləri (Fe, Mo, Mn, Ni, Ti, Cr və K)

Elementlərin bu cür qruplara bölünməsi onların texnologiyasının inkişaf perespektivinə təsir edir. Hansı elementlərin e.i.i. kiçikdirsə onların texnologiyasının inkişafı ləng gedir.
I və II qrup metalların istifadəsi və miqdarı aşağıdakı kimidir.



Metal

Orta ehtiyat

Adambaşına istifadə norması

I qrup
II qrup
Nisbət II / I

0.05 ∙ 109
11.8 ∙ 109
219/1

0.42
14.37
34/1

Göründüyü kimi qara metalların adambaşına sərf norması əlvan metallara nisbətən 34 dəfə çoxdur. Həm də qara metalların orta ehtiyatı əlvan metallara nisbətən 219 dəfə çoxdur. Əslində ehtiyatı çox olan elementin daha çox sərf olması məqsədə uyğundur. Lakin həmişə bu gözlənilmir. Məsələn; əksər enerji ehtiyatların və ya metalların istifadə norması onun ehtiyatının böyüklüyündən asılı deyil. Cəmiyyət inkişaf etdikcə əksər elementlərin sərf norması (enerjisinin) adambaşına artır. Bu artım dinamikasında çox zaman I və II qrup elementlərinin artım sürəti eyni olur.
60-cı illərdən bəri tədqiqatlar göstərir ki, dəmir və misin istifadəsinin artım sürəti yaxındır. Baxmayaraq ki, misin e.i.i. 1.9; dəmirin ki, isə 0.4- dür. Bəzi hallarda e.i.i. böyük olan elementi digərləri ilə əvəz olunması nəticəsində istifadə indeksi aşağı düşür. 1965–cı ildə ABŞ – da gümüş pulun dövriyyədən çıxarılması nəticəsində onun adambaşına sərf norması azalmışdır.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin