«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant
Mövzu 2: Tullantısız və aztullantılı istehsala qoyulan tələblər və prinsipləri Tullantısızlıq meyarı. Mövcud olan qanunvericiliyə görə, müəssisə sanitar və ekoloji normalı pozduqda mövcud olmaq hüququndan məherum edilir. O, ya rekonstruksiya olmalı ya da yenidən fəaliyyətə başlanmalıdır. Yəni, bütün müasir müəssisələr aztullantılı və ya aztullantısız olmalıdır. Ancaq bu zaman belə bir sual meydana çıxır ki, aztullantılı texnologiya zamanı xammalın və ya materialın hansı yol verilən hissəsi uzun müddətli saxlanılmağa və ya basdırılmağa göndərilə bilər? Bununla əlaqədar olaraq sənayenin bəzi sahələrində tullantısızlığın qiymətləndirilməsi üçün kəmiyyət göstəriciləri müəyyənləşdirilmişdir. Belə ki, əlvan metallurgiyada komplekslik əmsalından geniş istifadə olunur. Bu əmsal emal olunan xammalın ümumi miqdar tərkibində faydalı maddənin payını faizlə müəyyən edir. Bir sıra hallarda o, 80%-i keçir. Kömür sənayesində (Rusiyada) istehsalın tullantısızlıq əmsalı (İt.ə), İt.ə=0,33-dür. Məlum olduğu kimi kömürçıxarma işi xalq təsərrüfatında iri material həcmli mürəkkəb ekoloji proseslərdəndir. Bu sahə üçün müəyyən edilmişdir ki, bu sahə o zaman tullantısız hesab edilir ki, tullantısızlıq əmsalı 75%-i keçmiş olsun. Yeni əmələ gələn süxur layları ilə yanaşı, keçmiş illərin süxur laylarının istifadəsi zamanı tullantısızlıq əmsalı 98%-dən artıq ola bilər. Ehtimal etmək olar ki, tullantısızlıq əmsalı 75%-ə qədər və ondan yuxarı aztullantılı texnologiyanın meyarı, 95% isə tullantısız texnologiyanın meyarı sayıla bilər. Bu zaman tullantıların toksikliyi mütləq nəzərə alınmalıdır. Tullantısız texnologiya ideal texnologiya modeli olub, əksər hallarda tam realizə olunmur, yalnız bir hissəsi realizə olunur (burada da aztullantılı texnologiya termini aydın olur). Ancaq hal-hazırda tullantısız texnologiyaya aid misallar vardır. Belə ki, bir çox illər ərzində Rusiyada Volxovskiy və Pikalevskiy gil zavodunda nefelindən gil, soda, potaş və sement praktiki olaraq tullantısız texnologiya sxemi əsasında istehsal edilir. Eyni zamanda nefelin xammalından alınan gil, soda, potaş və sement istehsalına sərf edilən istismar xərcləri digər sənaye üsulları ilə alınan bu adda məhsullara nisbətən 10-15% aşağı olmuşdur.