«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Tullantısız texnologiyanın prinsipləri



Yüklə 0,58 Mb.
səhifə9/32
tarix11.12.2022
ölçüsü0,58 Mb.
#120803
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant

Tullantısız texnologiyanın prinsipləri. Tullantısız istehsalın təşkili zamanı bir sıra mürəkkəb, təşkilatı, texniki, texnoloji, iqtisadi, psixoloji amillərin tətbiqi üçün qarşılıqlı əlaqəli prinsipləri qeyd etmək olar. Bu prinsiplərdən ən əsası sistemlilikdir. Bununla əlaqədar olaraq, hər bir ayrı-ayrı proses və ya istehsal regionda bütün sənaye istehsalının dinamik sisteminin elementi kimi, eyni zamanda bütövlükdə yüksək səviyyədə ekoloji-iqtisadi sistemin elementi kimi, insanın maddi istehsalından başqa digər təsərrüfat-iqtisadi fəaliyyəti kimi, təbiət mühiti (canlı orqanizmlərin populyasiyası, hidrosfera, litosfera, biosenozlar, landşaftlar), həmçinin insan və onun məskunluq mühiti kimi baxılır. Beləliklə, sistemlilik prinsipi tullantısız texnologiya yaradılmasının əsası kimi istehsal, sosial və təbii proseslərin mövcud olan gücləndirici qarşılıqlı əlaqəsini və qarşılıqlı asılılığını nəzərə almalıdır.
Tullantısız istehsalın yaradılmasının digər əsas vacib prinsiplərindən biri- ehtiyatların istifadəsinin kompleksliyidir. Bu prinsip xammalın bütün komponentlərinin və enerji ehtiyatları potensialının maksimum istifadəsini tələb edir. Məlum olduğu kimi, praktiki olaraq bütün xammal kompleks olub, orta hesabla onun üçdə bir hissəsindən çoxu lazımi elementlərdən ibarətdir ki, onlar da ancaq onun kompleks emal olunması yolu ilə ayrıla bilər. Belə ki, artıq hal-hazırda demək olar ki, bütün gümüş, vismut, platin və platinoidlər, həmçinin 20%-dən artıq qızıl filizin kompleks emal olunması yolu ilə alınır. Rusiyada xammalın səmərəli, kompleks istifadə olunması prinsipi vacib məsələ kimi Dövlət səviyyəsinə qaldırılıb və hökümət qərarlarında öz dəqiq əksini tapıb.
Onun konkret realizə formaları ilk növbədə tullantısız istehsalın proses mərhələsində, ayrıca istehsal kompleksinin və ekoloji-iqtisadi sistemin təşkili səviyyəsindən asılıdır. Tullantısız istehsalın yaradılma prinsiplərindən ən əsası material axımının dövriliyidir. Dövrü material axımlarına sadə misal kimi qapalı su və qazdövrlü tsiklləri göstərmək olar. Son nəticədə bu prinsipin ardıcıl tətbiqi əvvəlcə ayrı-ayrı regionlarda, sonra isə bütün texnosferlərdə maddələrin nizamlanan texnogen dövranı və onunla əlaqədar olaraq enerjinin çevrilməsinin formalaşmasına gətirib çıxarır.
Dövrü material axımının və enerjidən səmərəli istifadənin formalaşmasının səmərəli yolları kimi istehsalın kombinələşməsi və kooperasiyasını, yeni növ məhsul istehsalının işlənməsi və buraxılışını və onların təkrar istifadəsini qeyd etmək olar. Tullantısız istehsal texnologiyasının yaradılmasında əsas prinsiplərdən biri - istehsalın ətraf və sosial mühitə planlı və məqsədyönlü böyümə nəzərə alınmaqla təsirinin məhdudlaşdırılmasıdır. Bu prinsip ilk növbədə atmosfer havası, su, torpaq səthi, rekreasion ehtiyatlar, əhalinin sağlamlığı kimi təbii və sosial ehtiyatların saxlanması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bu prinsipin realizə edilməsi, effektli monitorinqlə, inkişaf etmiş ekoloji normalaşdırma, təbiətdən pilləli istifadə idarəçiliyi ilə birgə mümkündür.
Tullantısız istehsal texnologiyasının ümumi prinsipi onun təşkilinin səmərəliliyidir. Burada həlledici rolu bütün xammal komponentlərinin ağıllı istifadəsi, enerji, material və istehsalın istifadə gücünün maksimum dərəcədə azaldılması və ekoloji əsaslandırılmış yeni xammal və enerji texnologiyalarının axtarışı oynayır ki, bu da bir çox hallarda ətraf mühitə vurulan mənfi təsiri zərəri azaldır. Bu halda son məqsəd, istehsalın eyni vaxtda enerji, texnoloji, iqtisadi və ekoloji parametrlərinə görə optimallaşdırılmasıdır. Bu məqsədə çatmağın əsas yolu yeni texnologiyaların işlənməsi və mövcud olan texnoloji proseslərin və istehsalın təkmilləşdirilməsidir. Tullantısız texnoloji istehsalın təşkilinə yanaşmağın əsas misallardan biri sulfat turşusu istehsalında pirit yanığı qalığının utilizasiyasını (təkrar istifadə edilməsi) göstərmək olar. Hal-hazırda pirit yanığı qalığı tamamilə sement istehsalına sərf olunur.
Ancaq pirit yanığının qiymətli komponentlərindən – mis, gümüş, qızıl, dəmir istifadə olunmur. Eyni zamanda pirit yanığı qalıqları emalının iqtisadi cəhətdən səmərəli texnologiyası təklif olunmuşdur ki, bunun nəticəsində mis, nəcib materiallar və dəmir alınır. Bu işlərin yekunu kimi, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəsi üçün aztullantılı və tullantısız texnologiya istiqaməti müəyyənləşdirilir. Bunlara - xammalın və enerji ehtiyatlarının kompleks istifadəsi, mövcud texnoloji proseslərin və istehsalın təkmilləşdirilməsi və prinsipcə yeni texnoloji proseslərin və avadanlığın işlənməsi; su və qazdövranlı tsikllərin; bir istehsalın tullantılarının digər istehsal üçün xammal kimi istifadəsi və tullantısız texnologiyanın yaradılması aiddir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin