Kimya və neft emalı zavodu – kimya və neft – kimya müəssisələrində daha təmiz oksidləşmə - reduksiya reaksiyalarının (O2, N2, hava ıştirakı ilə) tətbiqi. Elektrokimyəvi proseslərdən geniş istifadə, qazların və mayelərin təmizlənməsi üçün xüsusi membranlardan istifadə, biotexnikanın xüsusən, filizlərdən bioqazm alınmasında istifadə. Eyni zamanda kimya sənayesində kimyəvi prosesləri sürətləndirmək üçün müxtəlif təsiredicilərdən istifadə.
Maşınqayırma – burada əsasən qalvanik təbəqələrin çəkilməsinin yaxşılaşdırılması, suyun qapalı sistemə keçirilməsi, tullantı sularından metalların ayrılması. Bir çox detalların hazırlanmasında metal tozlarının preslənməsindən istifadə etmək.
Kağız sənayesi – Burada tullantı sudur. Ona görə də, bu istifadə qapalı sistemlərə keçir. Xammal oduncaqlardan əsas məhsulu sellüloza maksimuma çıxarmaq, ağac sellülozanın ağardılmasında aktiv oksigendən, ozondan istifadənin təmini. Ağacın ilkin kəsilməsi zamanı yaranan tullantılardan biotexnikanın köməyi ilə məhsul almaq. Kağız tullantılarından, makulaturadan istifadəni genişləndirmək lazımdır.