Ümumi qaydalar. «Ətraf mühitin mühafizəsi» proqramında əsas məqsəd ölkənin ekoloji təhlükəsiz inkişafını təmin etməkdir. Yəni, stabillik, gələcəkdə ətraf mühitin tullantılarla çirklənməsini azaltmaq və tullantıların təkrar emala maksimum cəlb olunması ilə əlaqədar olaraq təbii ehtiyatlara qənaət edilməsi. Proqram aşağıdakı məsələləri həll etməyi nəzərdə tutur: tullantılar və aztullantılı texnologiyanın tətbiqi əsasında tullantıların əmələ gələn həcminin azalması, yeni texnologiyanın tətbiqi ilə toksiki və təhlükəli tullantıların miqdarının azaldılması, tullantıların istifadə səviyyəsinin yüksəldilməsi, ikinci material ehtiyatlarının energetik potensialının və xammalın səmərəli istifadəsi, tullantıların təhlükəsiz yerləşdirilməsi, tullantıların kənarlaşdırılması və təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün maliyyə və digər ehtiyatların məqsədyönlü bölünməsi. Proqamda müxtəlif idarəetmə səviyyəsində problemlərin kompleks həllini əhatə edən federal, regional və sahə proqramlarının formalaşmasının vahid əsaslandırılmış sistemi nəzərə alınmalıdır. Tullantılara görə regional ixtisaslaşmış müəssisə yaradılmasını tələbedən emal və ya tullantıların təkrar emalı problemini sərbəst həll edə bilmədikdə regional proqramlar işlənir.
Sahə nazirlikləri və idarələr bu sahələrin tullantılarının azaldılmasını təmin edən elmi-texniki siyasət işləyir və bununla da federal və regional proqramların işlənməsində və realizə olunmasında iştirak edir.