İnformasiya təminatı. Proqramın vaxtlı-vaxtında informasiya ilə təmin edilməsi, onun müvəffəqiyyətli həlli, işlənməsi və realizə edilməsi üçün vacib şərtdir. Belə informasiya bir qədər statistik hesabata, həmçinin müəssisənin ekoloji pasportuna malik olur. Ancaq çox vaxt bu pasport doldurulmur və heç də həmişə müəssisənin ekoloji vəziyyətini əks etdirmir. Sənayenin bəzi sahələrində və regionlarda tullantılar üzrə avtomatlaşdırılmış məlumat bankı yaradılmış və öz funksiyasını göstərir. Ancaq informasiya toplanmasının vahid sisteminin və mübadiləsinin, həmçinin qeyd olunan bankların fəaliyyətinin koordinasiyasının olmaması onların informasiya dəyərini aşağı salır, informasiya sənədlərinin təkrarlanmasına səbəb olur və informasiya xidmətinin tam təmin olunmasına imkan vermir. Proqramın informasiya təminatının effektliyinin artırılmasını təmin etmək üçün vahid dövlət «Tullantılar» bankı işlənilməlidir. İnformasiya bankı tullantılar, texnologiya, avadanlıq, emalın haqqında məlumata, yerli və xarici elmi-texniki potensialı həyata keçirilən və tətbiq edilən elmi-tədqiqat işləri barədə məlumata malik olmalıdır. Vahid informasiya sisteminin yaradılması əsas aşağıdakı istiqamətlərdə həyata keçirilir: sistemin elmi-metodiki təminatı, ixtisaslaşdırılmış bankların formalaşdırılması və istehlakçıların məlumat-informasiya ilə təmin edilməsi.