Mövzu 15: Müasir kimya sənayesində termodinamik analiz üsulları
İstehsalda əsas məqsəd enerji məsrəfini azaltmaq, məhsulun maya dəyərində enerjinin payını azaltmaq, istehsalda yaranan enerji ehtiyatlarından təkrar istifadə və ya digər istehsal sahələrinin enerji tullantılarından istifadədir. Bu müasir kimya sənayesinin əsas məsələlərindən biridir. Bütün bu məsələləri həll etmək üçün hər bir müəssisədə, qurğuda, qurğunun hissəsində enerji məsrəfi analiz edilməlidir. Yəni, enerji kimyəvi texnoloji sxemlərin(e.k.t.s.) sisteminin termodinamik analizi 3 cür aparılır.
Enerji üsulu
Entropiya üsulu
Eksergiya üsulu
Dostları ilə paylaş: |