Mövzu 13: Piroliz prosesi
Piroliz prosesinin əsas işləmə prinsipləri. Piroliz prosesinin qanunauyğunluqları. Piroliz prosesinə sərf olunan istiliyin miqdarının hesablanması.
Ədəbiyyat: [7,8].
Özünü yoxlama sualları:
1. Piroliz hansı şəraitdə aparılır?
2. Piroliz prosesi hansı temperaturda aparılır?
3. Piroliz zamanı əsas məhsullarla yanaşı hansı əlavə maddələr əmələ gəlir?
4. Piroliz zamanı daha ağır karbohidrogenlər hansı şəkildə qalır?
Mövzu 14: Məlumat sisteminin elmi – metodik təminatı
Tullantıların basdırıldığı, saxlanıldığı sahələr, yerlər, zibilliklər haqqında məlumat. Tullantıların yenidən emalı ilə əlaqədar tətbiq olunmuş texnologiya və qurğular. Tullantılar haqqında ölkə daxilində və xaricdə aparılan elmi–tədqiqat işləri. Tullantılar haqqında ümumdünya potent fondu. Hər bir tullantının həcmi, yanma mənbəyi, istifadə istiqaməti, fiziki–kimyəvi xassələri, zəhərlilik sinfi, tullantıların yerləşdiyi və məhv edildiyi sahələr üzrə məlumatın toplanması.
Ədəbiyyat: [2,4].
Özünü yoxlama sualları:
1. Sənayenin bəzi sahələrində tullantılar haqqında informasıya üzrə hansı müəssisələr yaranır?
2. Yaranmış tullantılar bankının əsas proqramına hansı bəndlər daxildir?
3. İxtisaslaşdırılmış bankların tərkibinə hansı funksiyalar aiddir?
4. Elmi –texniki inkişafın əsas vacib yollarında hansı tədbirin rolu vacibdir və risklidir?
5. Tullantıların emalı üzrə layihələrə hansı tədbirlər aiddir?
Dostları ilə paylaş: |