II HİSSƏ
Mövzu 1: Ətraf mühitin sənaye və məişət tullantıları ilə çirklənməsinin mühafizə problemləri
Ətraf mühitin mühafizəsi problemi müasir dövrün ən vacib məsələlərindən biridir. Sənaye müəssisələrin, energetik sistemlərin və nəqliyyatın atmosferə, su hövzələrinə, yer altına atılan tullantısı elm və texnikanın inkişafının müasir dövründə elə bir səviyyəyə gəlib çatmışdır ki, bir çox rayonlarda, əsasən də sənaye mərkəzlərində çirklənmənin səviyyəsi həddən çoxdur.
Ətraf mühitin mühafizəsi kompleks problemdir və qlobal xarakter daşıyır. Gələcək inkişaf bu problemi sosial, ekoloji, texniki, iqtisadi, hüquqi və beynəlxalq aspektlərini kompleks hesabatını nəinki hər hansı bir istehsalat sahəsinə tətbiqi, hətta ölkə, region və dünya miqyasında tətbiqinin olunmaması mümkün deyil.
Ətraf mühitin bərk, maye və qaz şəklində olan sənaye və məişət tullantıları ilə davam edən çirklənməsi nəticəsində ətraf mühitin, sosial və iqtisadi əhəmiyyəti olan kəskin ekoloji problem kimi qalmaqdadır.
Ekoloji təmiz istehsalat sahəsində aparılan araşdırmaların uzun müddətli və çoxsaylı olmasına baxmayaraq sənaye və məişət tullantılarının utilizasiyası və təkrar emalı problemi hal-hazır zamanda çox aktual məsələdir.
Ona görə də ətraf mühitin sənaye və məişət tullantıları ilə çirklənməsinin iqtisadi, texnoloji və ekoloji əsaslandırma ilə yeni proqressiv və təhlükəsiz metodlardan istifadə etməklə alınması günümüzdəki əsas vacib məsələlərdən biridir. Problemin daha rasional və dolğun həllinin tapılması üçün tullantıların ilkin araşdırılması və qiymətləndirilməsi vacibdir.
Dostları ilə paylaş: |