Mövzu 3: Tullantısız və aztullantılı istehsalatın əsas istiqamətləri
Tullantısız texnologiya yoxdur. Lakin, bu problem çıxandan bəri bir çox istehsal sahələrinin tullantıları kəskin azaldılıb. Məsələn; keçən əsrin 50-ci illərinə qədər tullantının miqdarı istehsalatda nəzərə alınmırdı. Təqribən 70-ci ildən bəri mineral ehtiyatların qorunması nöqteyi nəzərindən tullantıların təkrar istehsala yönləndirilməsi və xammaldan maksimum istifadə məsələləri hələ də qalır.
75-ci ildən bəri tullantısız texnologiyanın istifadə edilməsinin əsas səbəblərindən biri də ətraf mühitin çirklənməsi və tullantıların kənd təsərrufatına vurduğu zərərlər olmuşdur. İstehsalatda tullantının çoxalmasının səbəblərindən biri istehsal prosesinin köhnəliyi və istifadə edilən avadanlıq və qurğuların keyfiyyətinin azalmasıdır.
Təqribən 10-15 il sonra əksər avadanlıqlar keyfiyyətini 80-85% itirir.
energetika
dağ-mədən sənayesi
metallurgiya
kimya və neft emalı zavodları
maşınqayırma
kağız sənayesi
Energetika - bu sahədə əsasən yanacağın daha effektiv yandırılması, yanma istiliyindən istifadə, yanmanın həyata keçirilməsi. Yanma tüstüsündən təkrar enerji mənbəyi kimi istifadə. Onlardan SO2 – nin, N2 qazlarının təmizlənməsi. Tüstü qazlarındakı bərk hissəciklərin tutulması, küldən tikinti materialı kimi istifadənin təşkili.
Dostları ilə paylaş: |