Mövzu 2: Tullantısız və aztullantılı istehsala qoyulan tələblər
Tullantısız texnologiyanın yaradılması üçün müəyyən tələblərin nəzərə alınmasının vacibliyi. İstifadə edilən texnoloji qurğu və avadanlıqların gücünün maksimum istifadəsi. Arasıkəsilməz enerji və xammaldan maksimum istifadə edən istehsalın yaradılması. Tullantısız və aztullantılı istehsal prosesinin mərhələli aparılması haqqında məlumat.
Ədəbiyyat: [2,4,5].
Özünü yoxlamaq üçün suallar:
Tullantısızlıq əmsalı neçə faiz olmalıdır ki, sənaye tullantısız hesab olunsun?
Bütün xammal və enerji tsikli daxilində səmərəli və kompleks şəkildə olan texnologiya necə adlanır?
Tullantısız texnologiya prinsiplərinə hansı mərhələlər daxildir?
İstehsalatda tullantıların çoxalmasının səbəbləri?
Tullantısız və aztullantılı istehsalatda enerjinin paylanması necə həyata keçirilir?
Dostları ilə paylaş: |