«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor



Yüklə 0,58 Mb.
səhifə36/50
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#103141
1   ...   32   33   34   35   36   37   38   39   ...   50
Sistemin elmi-metodiki təminatı. Sistemin elmi-metodiki təminatı, sistemin təşkilatı – funksional strukturunu, onun əsas prinsip və inkişaf istiqamətlərini, texniki və dil uyğunluğunu müəyyənləşdirən sənədlərin işlənməsidir. İxtisaslaşdırılmış bankların tərkibinə bunlar daxildir: poliqon məlumatları bankı, saxlayıcılar, tullantıların saxlanılması və basdırılması, tullantıların emalı üzrə avadanlıq və tətbiqi texnologiya bankı, yerli və xarici elmi-tədqiqat işləri, patent-informasiya sənədlərinin bankı, yerli və xarici firmaların, müəssisələrin və təşkilatların haqqında məlumat bankı, yerli və xarici bazar tullantılarının konyuktura haqqında məlumat bankı.

Tullantılar bankı tullantıların həcmi barədə, onların əmələgəlmə mənbələri haqqında, onların həcmi, istifadə istiqaməti, ödənişlərin yerləşmə limiti və ölçüsü barədə, toksiki zəhərlərin sinfi və fiziki-kimyəvi xüsusiyyətləri barədə, poliqonlar haqda məlumat, zibilliklər barədə, tullantıların məhv edilməsi, obyektlərin yerləşdirilməsi barədə məlumata malik olur. Tullantıların informasiya bankının formalaşmasının əsasını statistik hesabatın qüvvədə olan məlumat forması, müəssisələrin ekoloji pasportları, həmçinin müəssisələrin toksiki tullantıların inventarizasiya məlumatları rol oynayır.

Tullantıların kənarlaşdırılması sahəsində elmi potensialı xarakterizə edən potent-informasiya sənədləri bankı işlənmələrin müəllifi barədə məlumatlara, onun məğzinə, yeniliyinə və məlumat mənbəyinə malik olmalıdır. Yerli və xarici tullantı bazarlarının konyuktura məlumatları bankı müəyyən növ tullantılara tələbat haqqında, alınmış və satılmış lisenziya haqda, məhsulun qiyməti haqda, tullantıların emalı üçün nəzərdə tutulan avadanlıq və texnologiya haqda və s. məlumata malik olmalıdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin